Gülayə Səfərova: “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
A A A
10/12/2017
Oxunma sayısı : 8205


Gülayə Səfərova: “Milli-mənəvi dəyərlər üzərində formalaşan ailə modelimizin qorunub saxlanılması istiqamətində maarifləndirmə işlərini gücləndirməliyik”
Gənc ailələr arasında maarifləndirmə işlərinin aparılması, eləcə də onlara hüquqi yardımın göstərilməsi hər zaman aktualdır. Qabaqlayıcı tədbir olaraq bunun effekti daha çoxdur. Hazırda bu istiqamətdə vətəndaş cəmiyyəti də aktiv iş görür. Elə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi da sırf bu istiqamət profilləşmiş QHT-lərdəndir. İctimai birliyin sədri Gülayə Səfərova  "Palitra" qəzetinə müsahibəsində ailə məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb. 

-“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi nə zaman yaradılıb və əsas fəaliyyət istiqaməti nədən ibarətdir?
-“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi” 2005-ci ildən fəaliyyət göstərsə də, 31yanvar 2007-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatından keçib. Təşkilatın əsas fəaliyyəti - münaqişəli ailələrlə iş, qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yardım etmək, qadın və uşaqların hüquqlarının müdafiəsidir. Təşkilatın məqsədi ailədaxili zorakılıq aktlarına qarşı mübarizə aparmaq, ailələrin hüquqlarının qorunması sahəsində fəaliyyətin inkişafıdır.
Təşkilat təsis olunduğu gündən bu günə qədər Birliyin məqsəd və vəzifələrinə uyğun olaraq ailədaxili münasibətlərə təsir edən amillərin öyrənilməsi və ailələrin dağılmasının qarşısının alınması istiqamətində tədqiqatlar aparıb, ailə hüququ sahəsində qanunvericilik, beynəlxalq sənədlər, elmi araşdırmalar, yerli və əcnəbi müəlliflərin əsərlərini və s. özündə əks etdirən informasiya bankı yaratmışdır ki, təcrübədə də ondan istifadə edir. Eyni zamanda ailələrin hüquqlarının vəziyyəti ilə bağlı əhalinin müxtəlif təbəqələri arasında rəy sorğuları keçirir və onların nəticələrini ümumiləşdirərək dövlət orqanlarının və ictimayyətin nəzərinə çatdırılması istiqamətində işlər görür. Ailədaxili münaqişələrin aradan qaldırılması, ailələrin qorunub saxlanması, sağlam inkişafı ilə bağlı polis bölmələri, dövlət qurumları, yerli QHT-lərlə əməkdaşlıq edərək bu istiqamətdə bir çox işlər görüb.

-Ailələrə nə kimi hüquqi yardım göstərə bilirsiz?
-Təşkilatın hüquqşünası tərəfindən ailələrə boşanma, aliment tələbi, atalıq faktının müəyyən olunması, əmlak bölgüsü və s. bu kimi mülki məsələlərlə, əmək hüququnun pozulması ilə bağlı hüquqi yardımlar göstərilir və zərurət yarandıqda məhkəmə proseslərində nümayəndə qismində iştirak edərək insanların hüquqlarının müdafiəsi ilə, eyni zamanda təşkilat 2005-ci ildən bu günə qədər insan alveri qurbanlarının hüquqlarının məhkəmələrdə müdafiəsi ilə məşğul olur. 

-Əsasən, hansı mövzuda layihələr keçirirsiz?
-Məişət zorakılığına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı layihələrimiz olur. Həmçinin ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım göstərilir. HİV/AİDS-lə bağlı məktəblərdə, universitetlərdə, parklarda, çimərliklərdə, əhalinin sıx olduğu yerlərdə geniş məlumatlandırma kampaniyaları aparılır. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi mövzusunda da layihələr keçirmişik.
Bütün bunlarla yanaşı, insan alveri ilə mübarizə istiqamətində də bir neçə layihə icra etmişik. Bu mövzuda son layihəmiz olaraq “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan” devizi ilə maarifləndirmə kampaniyasını təşkil etmişik. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihə çərçivəsində elə bu günlərdə Xaçmaz rayonunda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirdik. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz Rayon Polis Şöbəsi və digər qurumların rəsmiləri iştirak edirdilər.

-Bugünkü Azərbaycan ailələrində hüquqi baxımdan nə dərəcədə maarifləndirməyə ehtiyac var?
-Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə, insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, böyüyə hörmət, kiçiyə məhəbbət, torpağına, el-obasına və milli mentalitetə bağlı olması ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında qurulur. Milli-mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Təbii ki, dəyişən zaman, müasir inkişaf, erkən nikahların sayının artması, boşanmaların, ailə münaqişələrinin çoxalması ailə institutunun inkişafında problemlər yaradır. Milli-mənəvi dəyərlər üzərində formalaşan ailə modelimizin qorunub saxlanılması, onların gələcək nəsillərə ötürülməsi istiqamətində proflaktik tədbirlər aparmalıyıq, maarifləndirmə işlərini gücləndirməliyik. 

-Bu gün Azərbaycanda ailə münaqişələrinin, eləcə də boşanmaların əsas səbəbi nədir?
-Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, tərəflərin erkən yaşda ailə qurmaları, ailə məsuliyyətini dərk etmədən evlənmələri, səbirsizlik, bir-birinə güzəştə getməmək, xəyanət, yersiz qısqanclıqlar, sosial şəbəkələrdən düzgün istifadə etməmək, təsadüfi tanışlıqlar, xarici təsirlər, qayınana-gəlin münasibətləri, övladın olmaması. 

- Gənclərə ailə münaqişəsi yaşamasınlar deyə, ailə qurmamışdan qabaq hansı tövsiyələr verilməlidir?
-Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər. Ən əsası da gənclər bir-birlərini yaxşı tanımalı və qarşılıqlı sevgi ilə ailə qurmalıdırlar.

Fuad Hüseynzadə

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25