Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb
A A A
10/13/2017
Oxunma sayısı : 28000

|

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasını davam etdirir. 

Layihə çərçivəsində növbəti tədbir Tərtər rayonunun Xoruzlu kəndində keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.

Tərtər rayon Xoruzlu kənd orta məktəbin direktoru Emin Mahmudov gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacib olduğunu bildirib. Direktor deyib ki, rəhbərlik etdiyi pedaqoji kollektiv şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. E.Mahmudov qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün təhsil müəssisələri ilə yanaşı, həm də vətəndaş cəmiyyəti institutları səyləri artırmalıdırlar.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə layihənin məqsədi barədə geniş məlumat verib. JAM sədri bildirib ki, işçi qrupun qarşısında dayanan əsas vəzifə cəbhəyanı bölgələrdə yaşayan yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək, erməni vandalizmini ifşa etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli döyüş yoluna işıq salmaqdır. S.Verdizadə deyib ki, hər bir Azərbaycan gəncinin öz soy-kökü, keçmişi ilə fəxr etməyə haqqı çatır.

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını vurğulayıb. “Ruh” sədri deyib ki, yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənməklə keçmişlə gələcəyin vəhdətini yarada bilərlər.

Ehtiyatda olan baş leytenant Yaşar Hüseynov Birinci Qarabağ Müharibəsində keçdiyi döyüş yolu barədə tədbir şitirakçılarına ətraflı məlumat verib. Keçmiş döyüşçü gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini əziz tutmağa çağırıb.


Jurnalist Araşdırmaları Mərkəzi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46
“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” – Seymur Verdizadə - 16 / 01 / 2018 10:34
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib - 16 / 01 / 2018 10:26
"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir! - 15 / 01 / 2018 16:56
"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin illik hesabatı. - 15 / 01 / 2018 16:45
Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub - 15 / 01 / 2018 16:30
Sahib Məmmədov minnətdarlıq sertifikatı ilə təltif edilib - Dünya Bankının "Doing Business" layihəsi tərəfindən - 15 / 01 / 2018 07:23
Xəlil Rzanın təhqir olunmasına etiraz: "Ola bilsin ki, bu statusu yazanda sərxoş olub..." - 14 / 01 / 2018 20:33
Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar - 14 / 01 / 2018 15:41
Əli Həsənov: ATƏT-in media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər - 13 / 01 / 2018 17:51
"Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı" nələr etməli… - 13 / 01 / 2018 08:45
“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək - 12 / 01 / 2018 17:58
“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı - 12 / 01 / 2018 15:16
MQF-nin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib - 12 / 01 / 2018 15:10
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” - 12 / 01 / 2018 15:06
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib - 12 / 01 / 2018 14:54
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib - 12 / 01 / 2018 14:53
QHT -də “Könüllü necə olmalıdır?” - 12 / 01 / 2018 07:21
QHT sədri federasiyaya baş katib təyin olunub - 11 / 01 / 2018 17:20
Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi mühüm hadisədir - 11 / 01 / 2018 17:13
Sahib Məmmədov: “Kütləvi şəkildə işdən çixarma kadr islahati deyil” - 11 / 01 / 2018 15:57
MQF-nin təşəbbüsü ilə İnsan Anatomiyası kafedrasının ictimai təqdimatı keçiriləcək. - 11 / 01 / 2018 15:41
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı” - 11 / 01 / 2018 15:32
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 11 / 01 / 2018 15:12