“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyinin nümayəndələri peşə reabilitasiya mərkəzində olub
A A A
10/13/2017
Oxunma sayısı : 8977
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində "Sağlamlıq Naminə Təbiblər" (SNT İB) ictimai birliyinin nümayəndələri və mərkəzin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə  Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə  Həsrətova və mərkəzin direktor müavini Vüqar Əsgərov, SNT İB-in baş katibi Amil Tağıyev və idarə heyətinin üzvü Anar Məmmədov iştirak ediblər. Mərkəz haqqında məlumat verən Rəhilə  Həsrətova bildirib ki, burada 15-30 yaş arası sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və peşə hazırlığı təşkil olunur. 

On peşə üzrə (kompüter istifadəçisi və dizayneri,  toxuculuq,kulinariya, xalçaçılıq, tikişçi, ağac üzərində oyma, rəssamlıq, aşpaz köməkçisi, kişi bərbəri, qadın bərbəri) fəaliyyət mövcuddur. SNT İB-in baş katibi Amil Tağıyev və idarə heyətinin üzvü Anar Məmmədov SNT İB-in fəaliyyətindən çıxış edərək bildiriblər ki, əsas məqsəd tibbi cəhətdən əhalinin maarifləndirilməsi, həkimlərin və tibb işçilərinin elmi-praktik səviyyələrinin artırılmasına kömək göstərmək, yoluxucu xəstəliklər və narkomaniya ilə mübarizədə kömək göstərmək, regionlarda həkimlər və tibb işçiləri arasında əlaqələrin qurulmasına və (elmi və təcrübi) əməkdaşlığın inkişafına köməklikgöstərməkdir. Sonra icra olunan layihələr barədə də məlumat verilib. 


   Mərkəzin direktor müavini  Vüqar Əsgərov sözlərinə əlavə edərək bildirdi ki, bu mərkəz əlilliyi olan insanlara Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilib. Burada  indiyədək 450 nəfər peşə reabilitasiyasına cəlb edilib. Hazırda müvafiq kateqoriyadan olan 140-a yaxın gənc on peşə üzrə burada təcrübəli müəllimlər tərəfindən peşə təlimi keçir. Bölgələrdən peşə təliminə cəlb olunanlar mərkəzdə dövlət hesabına bütün müvafiq xidmətlərlə təmin edilirlər. Bu gənclərin istedadlarının cəmiyyətə təqdim olunması üçün onların əl işlərindən ibarət sərgilər keçirilir, gənclər üçün müxtəlif gəzintilər, ekskursiyalar və müxtəlif sosial proqramlar təşkil olunur. Peşə təlimini bitirənlərin məşğulluğunun təmini üçün də müvafiq işlər aparılır.

   Görüşdə sözü gedən mərkəzlə SNT İB arasında əməkdaşlıq müzakirə olunaraq yaxın müddətdə müayinə aksiyasının keçirilməsi də planlaşdırılır. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25