Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz – Səbuhi Abbasov
A A A
10/13/2017
Oxunma sayısı : 38734
Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşan "İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı konfransda iştirak edir.

Konfransda ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri iştirak ediblər. Konfransda çıxış edən ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemləri qaldırmaqla yanaşı Azərbaycan əleyhinə durmadan neqativ fikirlər söyləyən Arzu Qeybullayevaya sərt cavab verib: 'Hörmətli xanımlar və cənablar. Məndən öncə çıxış edən dəyərli həmkarlarım Avropada və dünyada yeni medianın inkişaf perspektivləri, mövcud problemləri barədə geniş məruzə etdilər. 

Mən də çıxışımda Azərbaycanda, Cənubi Qafqaz regionunda internet medianın vəziyyəti, mövcud problemlər barədə danışacam. Artıq 26 ildir ki, Azərbaycan müstəqillik əldə edib, demokratik inkişaf yoluna qədəm qoyub. Heç kimə sirr deyil ki, Post Sovet ölkələrinin böyük əksəriyyəti keçid dövrünü böyük itkilərlə keçirdilər. Bəzi ölkələrdə bu proses hələ də davam edir. Ölkəmiz bu prosesi minimum itki ilə başa vurdu. Bu prosesdə azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin  formalaşmasında jurnalistikanın çox böyük rolu var. Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklam və piardan olur. Sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir. 

Mən burada çıxış edən və ölkəmizi durmadan aşağılayan Arzu Qeybullayevanın fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla erməni mediasında işləyən birisi Azərbaycanla bağlı obyektiv rəy bildirə bilməz. Bu sadəcə mümkün deyil. 

Digər bir tərəfdən biz burada dünyada internet medianın rolu və vəzifələrindən danışmaq üçün toplaşmışıq. Ümid edirəm konfrans hər kəs üçün faydalı olacaq. Bu faydalılığı hər vəchlə pozmaq düzgün deyil. Hər kəs gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir'

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcək.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29