“Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib
A A A
10/14/2017
Oxunma sayısı : 7970
Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə  dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbiri tanınmış jurnalist Vəsilə Vahidqızı açıb.

O, belə bir layihənin  həyata keçırılməsini ictimiyyət arasında çox müsbət bir rezonans yaradacağını vurğulayaraq bunun sabirsevərlər üçün əvəzsiz bir töhvə olduğu qeyd etdi. 

Daha sonra söz alan layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi bu layihədə Sabirə aid olub müxtəlif mənbələrdə – kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə,  internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradıldığı qeyd etdi.

 Şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bu günlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri,  şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin  1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı  Məmmədsəlimin sağlığındaikən  xatirələri əsasında hazırlatdırdığı  maketı və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar  müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin  təmirdən oncəki 360 Panoramik görüntüsü və  muzeyin maketin əsasında  tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da  virtual muzeydə yer alıb.

 S.Tahirli  qeyd etdi  ki, şairə aid bütün məlumatların daxil ola bildiyi  vahid baza ilk dəfə olaraq yaradılır. 

Daha sonra  saytı işləyib hazırlayan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli  “Virtual muzey”ın təqdimatını etdi. Təqdimatdan sonra  AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova,  Beynəlxalq Avrasiya Mətbuat  fondunun rəhbəri Umud Mirzəyev, əməkdar artist Ağalar Bayramov, sabirşünas professor Alxan  Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı Azər Süleymanlı çıxış etdilər. 
Sonda şairin ABŞ-da yaşayan nəvəsi  və tədbirə SKYPE vasitəsilə qoşulan Gündüz Tahirli hər kəsi  salamlayaraq ədibin Şamaxıda tikilməkdə olan muzeyinin inşası barədə məlumatlar verdi.

Mirzə Ələkbər Sabir Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25