Miqrantların ölkə ərazisində daimi yaşaması və müvəqqəti olma şərtləri müzakirə olunub
A A A
10/16/2017
Oxunma sayısı : 33244

|

Bakı şəhər regional miqrasiya idarəsində “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı və Dövlət Miqrasiya Xidmətinin (DMX), o cümlədən Xidmət yanında İctimai Şuranın fəal dəstəyi ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtləri” mövzusunda ictimai müzakirə keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Müzakirəyə çıxarılan məsələlər barədə məlumat verən layihə əlaqələndiricisi Azər Allahverənov bildirib ki, miqrantların inteqrasiyası bir sıra amillər sayəsində səmərəli ola bilər. Belə ki, şəffaf qeydiyyat mexanizminin mövcudluğu və miqrantların miqrasiya qaydaları barədə məlumatlı olmaları müzakirə olunan məhz bu mövzu kontekstində mühüm əhəmiyyət kəsb edir. Qüvvədə olan Miqrasiya Məcəlləsi miqrantların Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması, daimi yaşaması və müvəqqəti olma şərtlərini açıq şəkildə bəyan edir və vacib olan məqam həmin şərtlər barədə miqrantların düzgün şəkildə məlumatlı olmaları ilə bağlıdır. Layihə rəhbəri qeyd edib ki, bu kimi ictimai müzakirələr miqrantların qeydiyyatı ilə bağlı aktual məsələlərin nəzərdən keçirilməsi və həll olunması üçün geniş imkanlar açır.

Tədbirdə iştirak edən “Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova bildirib ki, miqrant uşaqlarının problemləri təmsil etdiyi təşkilatın fəaliyyət spektrinə daxildir və bir çox problemlər məhz müvafiq dövlət qurumları, o cümlədən DMX ilə qurulan səmərəli əməkdaşlıq nəticəsində həllini tapır. Lakin həmin qrupa aid edilən bəzi uşaqlar var ki, onlar Gürcüstan ərazisində doğulublar, hal-hazırda səhhəti ilə əlaqədar Azərbaycanda müalicə alırlar və bu səbəbdən həm miqrasiya, həm də səhiyyə orqanlarına rüsumlar ödəyirlər. Maddi vəziyyəti aşağı olan həmin ailələr tələb olunan rüsumları ödəməkdə çətinlik çəkirlər və bu səbəbdən onlarla münasibətdə bir sıra güzəştlərin tətbiq olunması zərurəti yaranır. Bu məsələnin gündəmdə saxlanılması olduqca vacibdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova miqrantların hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə danışıb və tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hüquqlarının təmin olunması zamanı müəyyən problemlərlə  üzləşən miqrantlar rahat şəkildə Müvəkkilin qaynar xəttinə müraciət edə bilərlər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov elmlə məşğul olan şəxslərin viza rüsumundan azad olunması, həmçinin Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi kimi məqamlara nəzər salıb və qeyd edib ki, bu kimi məsələlərlə bağlı geniş ictimai müzakirələr təşkil olunmalı və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura bu kimi təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımlar atmalıdır.

“Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev əcnəbilərlə sıx təmasda işləyən özəl qurumların, xüsusilə nəqliyyat xidmətləri göstərən müəssislərin nümayəndələrinin xarici dildə rahat danışmaları, ölkənin tarixi, siyasi sistemi barədə məlumatlı olmaları barədə danışıb və xüsusilə vurğulayıb ki, bu sahələrdə minimum biliyə malik olan şəxslər əcnəbilərlə ünsiyyət qurarkən daha doğru və dolğun məlumat çatdıra bilərlər ki, bu, bilavasitə bizim maraqlara cavab verən haldır.

Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev Türkiyə Respublikasından Azərbaycana təşrif buyurmuş tələbələrlə, qonaqlarla yaxından işləyən Fondun bu sahədə həyata keçirdiyi fəaliyyətlərə toxunub və bildirib ki, həmin əcnəbilərin qeydiyyatı ilə bağlı bütün məsələlər Dövlət Miqrasiya Xidməti tərəfindən operativ həllini tapıb. S.Əliyev həmçinin əcnəbilərə zəruri məlumat verəcək əyani vəsaitlərin hazırlanması və bu əsasda geniş məlumat kampaniyalarının keçirilməsi ilə bağlı proqramların vacibliyi barədə danışıb və “Həyat” təşkilatının bu müstəvidə icra etdiyi fəaliyyətləri yüksək dəyərləndirib. 

İctimai müzakirədə fəal iştirak edən DMX yanında İctimai Şuranın katibi Kənan Bağırov, vətəndaş cəmiyyəti təmsilçiləri Mehriban Hüseynova, Leyla Nuriyeva, Anastasiya Lavrina və digərləri əcnəbilərin ölkə ərazisində qeydiyyatı, müvəqqəti olması və daimi yaşaması ilə bağlı mövcud vəziyyətə nəzər salıblar və aktuallığı ilə səciyyələn bir sıra məsələlərin gündəmdə saxlanılmasının vacibliyini qeyd ediblər. 

Dövlət Miqrasiya Xidmətinin rəsmisi Vaqif Mansurov miqrasiya qanunvericiliyində əcnəbilərin qeydiyyatı, daimi yaşaması və müvəqqəti olması ilə bağlı şərtlər və bu sahədə yeniliklər barədə ətraflı məlumat verib, tədbir iştirakçılarını narahat edən çox saylı sualları cavablandırıb.

"Həyat" Humanitar Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46
“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” – Seymur Verdizadə - 16 / 01 / 2018 10:34
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib - 16 / 01 / 2018 10:26
"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir! - 15 / 01 / 2018 16:56
"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin illik hesabatı. - 15 / 01 / 2018 16:45
Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub - 15 / 01 / 2018 16:30
Sahib Məmmədov minnətdarlıq sertifikatı ilə təltif edilib - Dünya Bankının "Doing Business" layihəsi tərəfindən - 15 / 01 / 2018 07:23
Xəlil Rzanın təhqir olunmasına etiraz: "Ola bilsin ki, bu statusu yazanda sərxoş olub..." - 14 / 01 / 2018 20:33
Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar - 14 / 01 / 2018 15:41
Əli Həsənov: ATƏT-in media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər - 13 / 01 / 2018 17:51
"Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı" nələr etməli… - 13 / 01 / 2018 08:45
“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək - 12 / 01 / 2018 17:58
“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı - 12 / 01 / 2018 15:16
MQF-nin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib - 12 / 01 / 2018 15:10
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” - 12 / 01 / 2018 15:06
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib - 12 / 01 / 2018 14:54
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib - 12 / 01 / 2018 14:53
QHT -də “Könüllü necə olmalıdır?” - 12 / 01 / 2018 07:21
QHT sədri federasiyaya baş katib təyin olunub - 11 / 01 / 2018 17:20
Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi mühüm hadisədir - 11 / 01 / 2018 17:13
Sahib Məmmədov: “Kütləvi şəkildə işdən çixarma kadr islahati deyil” - 11 / 01 / 2018 15:57
MQF-nin təşəbbüsü ilə İnsan Anatomiyası kafedrasının ictimai təqdimatı keçiriləcək. - 11 / 01 / 2018 15:41
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı” - 11 / 01 / 2018 15:32
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 11 / 01 / 2018 15:12