QHT Forumu Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirib
A A A
10/16/2017
Oxunma sayısı : 34861
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 16 oktyabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyində “İntellektual insan və vətəndaş cəmiyyəti” adlı dəyirmi masa keçirmişdir. 

 Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Mədəniyyət və Turizm Nazirliyi və QHT nümayəndələri  iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov tədbir iştirakçılarını salamlayaraq “İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda fikir bildirmiş və layihənin əhəmiyyəti barədə demişdir : “artıq üç ildir ki, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-ləri maliyyələşdirir, mədəni irsimizin qorunması sahəsində olan layihələri dəstəkləyir və bundan sonra da nazirlik dəstək verməyə daima hazırdır”.  

Daha sonra Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə dəstək verən Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə və nazirliyin heyətinə təşəkkürünü bildirmişdir. Mili QHT Forumunun yaranış tarixi, məqsəd və fəaliyyətləri  barədə məlumat verən Rauf Zeyni iştirakçılara vətəndaş cəmiyyətinin tarixi  və əhəmiyyəti barədə danışmışdır. Rauf Zeyni “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirmişdir ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan heç bir inkişafdan söz gedə bilməz.

 2017- ci ildən bəri MQF-nin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Rauf Zeyni  eyni zamanda bildirmişdir ki, hazırda QHT-lər  mədəniyyət sahəsi üzrə xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və mədəniyyətimizin tanınması məqsədi ilə tədbirlər həyata keçirir. Bunun üçün də vətəndaş cəmiyyətinin Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlığa, birgə tədbirlər həyata keçirməyə ehtiyacı vardır.  

 Tədbirdə mövzu ətrafında maraqlı müzakirələr aparılmış və bundan sonra da MQF ilə Mədəniyyət və Turizm Nazirliyinin daha  geniş əməkdaşlıq etməsi təklif olunmuşdur.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53