“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa keçirildi
A A A
10/17/2017
Oxunma sayısı : 10103

|

üavini“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusundaDəyirmi Masa yığıncağı keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, Millət Vəkillərinin, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi. 

Yığıncağı giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə yığıncağı iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi. 

 Sonra Sərraf Oruc 18 aprel 2017-ci il tarixindən, 18 oktyabr 2017-ci il tarıxinə kimi həyata keçirilən layihənin və həyata keşirilən layihənin nəticəsi kimi,  zəruriyyətdən yaranan «Şəhid Ailələrinin və Müharibə Əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin yaradılması haqqında ətraflı məlumat verərək, bildirdi ki, əsas məqsəd şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.  Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir. Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər. Sərraf Oruc həyata keçirilmiş layihənin 6 ay müddətində ayrı-ayrı bölgələrində adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid ailələrinin, müharibə əlillərinin və veteranların birgə iştirakı ilə tədbirlər keçirərək onların tibbi-sosial problemlərinin həllinə köməklik göstərilməsi və maarifləndirmə işləri aparıldığı barəsində Dəyirmi Masa iştirakçılarına ətraflı məlumat verdi. 

Azərbaycan Respublikası Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Millət vəkili Hadi Rəcəbli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinins sədr müavini , ehtiyatda olan polkovnik-leytenant Şura Musayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin sektor müdiri Müqabil Mahmudov, 20 yanvar Birliyinin sədri Soltan Əzimov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı Arif Məhərəmov, “Veteranqadınlarının Sosial reabilitasiya” birliyinin sədri Radə Abbas, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri, Respublika Axsaqqallar Şurasinin üzvü Akif Kərimov, “Ehtiyatda olan zabitlər konfederasiyası” İctimai Birliyinin sədr müavini ehtiyatda olan polkovnik Həsən Əmirov, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” Birliyinin sədri Vahid Abbasov, “QÜRUR Şəhid Ailələri” Birliyinin sədri Naibə Behbudova,  Şəmsi Əsədullayev adına Xeyriye Birliyinin icracı drektoru və QHT- TV- nin rəhbəri Cəsarət Hüseyinzadə, Sosial Rifah və Tədqiqatlar Birliyinin sədri Əkrəm Babayev çıxış edərək, şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğılarından danışaraq onların tibbi-sosial problemlərinin həlli istiqamətində aparılan işlərdən danışdılar.Çıxış edənlər, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, həyata keçirilən layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun icrasına ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəyinə bildirdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sector müdüri çıxış edərək müharibə əlilərini maraqlandıran və ən ağır problemlərdən biri olan, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında suallara cavab verdilər. 

Layihənin direktoru, Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsininin bölgələrdə işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək təşkilatı işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Cənab Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov Şirvan şəhər İcra İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Adəm Hüseynova, Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cəbab Ayaz Əsgərova, Başçısının müavini Əfsanə Məmmədova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehti Mehtiyevə və layihənyənin hüquqşunastı İlham Əhmədova öz təşəkkürünü bildirdi. 
       

Dəyirmi Masa yığıncağının sonunda, QHT-nın, KİV-nin nümayəndələrinin və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri haqında çıxışları, müzakirələr və təkliflərin verilməsi ilə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirildikdən sonara,  Dəyirmi Masa yığıncağı adından, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial sığortalarında yatnmış problemlərin həl olunması üçün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraçiyyət  edilməsi qərara alındı.  

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25