“Bu, Azay Quliyevə qarşı qısqanclıq və kəmfürsətlikdir”
A A A
10/17/2017
Oxunma sayısı : 39768


ATƏT-in vitse-prezidenti, qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların, xarici medianın iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayarkən səsləndirdiyi bir fikiri təhrif edilib. AXCP sədri Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin saytı isə təhrif olunmuş fikirlər üzərindən Azay Quliyevə qarşı kampaniya aparıb. Bununla bağlı qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov maraqlı təhlil aparıb. Onun yazısını təqdim edirik:

senan.jpg (28 KB)

- "Azadlıq" qəzetinin saytı haqda fikirlərimizi hansı sözlərlə ifadə edək ki, mahiyyətlərinə uyğun gəlsin? İnanın ki, deməyə söz qalmayıb. Hətta sarı media da bunu etmir. Təsəvvür edirsiniz? ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların, xarici medianın iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayır. Tutaq ki, bunu Almaniyadan, Böyük Britaniyadan, lap elə Ukraynadan olan millət vəkili, kordinator elan etsəydi “Azadlıq” qəzetinin, onun başbilənlərinin, Milli Şuranın, elə “Azadlıq” radiosunun reaksiyası necə olardı? Bəllidir, elə deyilmi? Əlbəttə, çıxışı geniş işıqlandırardılar.
İndi düşünək ki, realda birgə rəyi azərbaycanlı deputat, ATƏT PA-nın vitse- prezidenti elan edir, bütün dünyanın diqqəti həmin Azərbaycanlının sözlərindədir, yüzlərlə yerli və beynəlxalq media orqanı mətbuat konfransından canlı yayım edir, yüksək peşəkarlıq və diplomatik üslub saxlanılmaqla hazırlanan bəyanatı hər yerdə yayılır. Bir azərbaycanlı kimi nə hiss keçirirsiniz? Cavabınız təxminən bəllidir. Hər kəs qürur hissi keçirir.

22499084_10155307005883645_8634072147735824480_o.jpg (113 KB)
Amma görün "Azadlıq" qəzeti nə hiss keçirir? Demək Qırğız mətbuatı və tərcüməçi bir sözün tərcüməsində yanlışlığa yol verir. İzah edim: Azay Quliyev bəyanatında "self-sensorship" sözü işlədir, (fotoda qeyd olunub) yəni özünə senzura, yerli mətbuat bunu tərcüməçinin səhvən işlətdiyi "KİV-ə senzura" kimi anlayaraq yayır. Sonra nə olur? Hazırki prezident Atambayev beynəlxalq müşahidəçilərlə keçirdiyi görüşdə açıqlama verir ki, Qırğızıstanda KİV-ə senzura yoxdur. Öz məsuliyyətini dərk etməyən KİV haqqında sərt cəzalar olsa da, seçkini izləmək üçün heç bir media orqana qadağa qoyulmayıb.

1.jpg (42 KB)


Atambayevlə görüşdə iştirak edən ATƏT-ın qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru Azay Quliyev məsələyə bir daha aydınlıq gətirir və izah edir ki, o mətbuata müsahibə verməyib və missiyanın yekun bəyanatını mətbuat konfransında səsləndirib. Bəyanatda isə "KIV -ə senzuradan" yox, "özünə-senzuradan" söhbət gedir və bunlar da fərqlı anlayışlardır. Əgər sizin dediyiniz kimi, yəni ölkədə "KIV -ə senzura var" ifadəsi mənim adımdan deyilibsə, bu yalnız tərcümə xətası və ya jurnalist səhvidir. Missiya rəhbəri onu da əlavə edib ki, “ATƏT-ın ilkin hesabatında da "self-sensorship" ifadəsi qeyd olunub və həmin hesabatı biz Qırğızıstanın XİN-ə rəsmən təqdim etmişik”. Hesabatda bütün müsbət tərəflərlə yanaşı, çatışmazlıqlar və problemlər də qeyd olunub. Azay Quliyevi AŞPA müşahidə missiyasının rəhbəri Doris Fiala və Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Layma Andrekiene də müdafiə edib. Ona verilən məlumatın yanlış olduğunu anlayan Prezident Atambayev yaranmış anlaşılmazlığa görə təəssüf hissi keçirdiyini bildirib və yenidən məsələyə qarışaraq yerli mediadan səhvini düzəltməyi xahiş edib. Bu barədə qırğız mətbuatı ətraflı məlumat yayıb. Azay Quliyev sonrakı sui-istifadələrə və manipulyasiyalara yol verilməməsi üçün çıxışını rəsmi twitter hesabında yerləşdirib. Çıxışın video yazısı da ATƏT PA-nın saytında var. İstənilən adam çıxışın mətni və video yazısı ilə tanış ola bilər. Vəssalam.

 

2.jpg (79 KB)
Bəs “Azadlıq” qəzetinin saytı? Bəli, mahiyyət burada özünü ortaya qoyur. Bu qəzet dərhal dünyada ən mötəbər və nüfuzlu hesab edilən ATƏT-in Azərbaycandan (əminəm ki, başqa millətin nümayəndəsi haqqında belə yazmazdı) olan müşahidə missiyasının rəhbəri haqqında belə bir xəbər paylaşır ki, "Qırğızıstan Prezidenti Azay Quliyevi sözünü geri götürməyə məcbur etdi". Qırğız mətbuatının verdiyi yazıda isə (https://24.kg/…/65858_prezident_kyirgyizstana_nedovolen_vy…/) yuxarıda dediyim məqamların qısa məzmunu verilib. Yəni məqalə ilə azadlığın verdyi başlıq arasında diametral fərq var. 
Sırf reket media texnikası.
Təsəvvür edirsiniz? ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru qurumun rəsmi bəyanatını elan edir və Əli Kərimlinin "boevoy listok"u ATƏT rəsmisinin sözünü deyil, rusiyameyilli prezidentin adını qabardaraq bir azərbaycanlının dünya səviyyəsində qazandığı uğura kölgə salmağa və ona açıq şəkildə böhtan atmağa, hətta iki ölkə arasında nifaq salmağa çalışır. Və yeri gəlmişkən, Azay Quliyev tvitterdə "Azadlıq" qəzetinə qısa, amma onların layiq olduğu cavabı verib. Sitat: "Atambayevin "özünəsenzuru" səhvən "KİV-əsenzur" kimi təqdim etməsinə etdiyim düzəlişlə razılaşmasını"fake" qəzetlər təhrifcəsinə manşet edib"

screen-azay.png (16 KB)


Hamı bilir ki, bu zehniyyət Azərbaycanımızın heç bir uğuruna , xüsusilə beynəlxalq sahədə əldə olunan nailiyyətlərinə sevinmir, bu aydındır. 
Onu da başa düşdük ki, qərəzlisiniz, sadəcə bunları həzm edə bilmirsiniz. Etdiyiniz isə namərdlikdir, xainlikdir bunu da bilməyiniz pis olmaz. Digər tərəfdən deyək ki, özünüzü yeganə müxalifət adlandırırsınız və siyasi baxışlarınıza görə Azay Quliyevə rəğbət bəsləmirsiniz. Bu bəlli və zatən hər imkan düşəndə ona qarşı şər və böhtan püskürməkdən də çəkinmirsiniz. 
Yaxşı, heç olmasa öz işinizə, peşənizə önəm verin, hörmət edin. 
Bu açıqlamanı Azay Quliyev Azərbaycan Milli Məclisinin deputatı kimi verməyib axı. Bunu ATƏT-in müşahidə missiyasının rəhbəri kimi ATƏT-in adından mediaya təqdim edib. Bir şey olmamış kimi, vay -şüvən salıb ATƏT-in yanına qaçırsınız, ondan imdad diləyirsiniz və ağına bozuna baxmadan pulunu alıb yeyirsiniz. Bu qədər cılızlıq və kəmfürsətlilik olmaz! Sonra başınıza döyürsünz ki, niyə bizə inam qalmayıb. Sözü şəxsi maraqlarınıza görə o qədər hörmətdən salmısınız ki, deməyə söz qalmır, o ki, qaldı inama...

Musavat.com

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38