Səlim Müslümov: Nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən 70-dən çox sosial xidmət layihəsi icra olunur
A A A
11/03/2017
Oxunma sayısı : 43161


QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasının daim diqqətdə saxlandığını, bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin böyük əksəriyyəti də bu məqsədə yönəlib. Hazırda nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən 70-dən çox sosial xidmət layihəsi icra olunur ki, onlardan 67 layihə məhz uşaqlarla bağlıdır. Eyni zamanda bu layihələrin sayı da ildən ilə çoxalır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında müvafiq təbəqədən olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərilməsi üzrə layihələrin sayı bu il ötən illə müqayisədə iki dəfədən çoxdur. Bu layihələr çərçivəsində sosial xidmətlərlə əhatə olunan uşaqların sayı iki dəfədən çox artaraq 4046 nəfərə çatıb”.

S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan layihələr çərçivəsində hazırda 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin məqsədilə günərzi xidmət mərkəzləri yaradılıb: “Həmçinin sosial sifarişlər üzrə layihələrə uyğun olaraq 23 rayonda sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri mərkəzi, 22 rayonda isə sosial reabilitasiya xidmətləri mərkəzi, 2 surdoloji mərkəz, autizm sindromlu uşaqlar üçün 2 reabilitasiya mərkəzi və s. fəaliyyət göstərir. Müvafiq layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi, sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və digər istiqamətlərdə də işlər aparılır.”

Nazir bildirib ki, sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat işinin gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi və s. də layihələr üzrə görülən işlər sırasındadır: 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53