Müasir universitet necə olmalıdır?
A A A
11/07/2017
Oxunma sayısı : 3793
Elməddin Hacılı 
Müasir universitet necə olmalıdır?

Təhsil yalnız informasiya yayırsa, onda o illuziyadır.
Beynəlxalq tədqiqatlara görə ali təhsil sektorunun cəmiyyətdəki, iqtisadi quruluşdakı və dəyərlərdəki  rolu baxımından daim əsaslı bir dəyişikliyə məruz qalması təbii haldır. Bu gün dünyada“rəqəmsal əsr”,”3.0 konsepti(yeni nəsil universitetləri)”,”elektron təhsil” kimi yeni anlayışların meydana gəlməsi təhsil sektorunun real tələbatlara uyğunlaşdırılmasına səbəb olan əsas göstəricilər kimi dəyərləndirmək olar. 
Bu yazıda biliklərə əsaslanan iqtisadiyyatda universitetlər – təhsil, tədqiqat və biliklərin kommersiyalaşması missiyasına uyğun fəaliyyət çevrəsinə malik olması kontektsində  gələcək istiqamətləri araşdırmaq üçün beynəlxalq və yerli səviyyədə ali təhsil sahəsinə təsir edən əsas amillərin və Azərbaycan  universitetləri üçün imkanların, çağırışların və təsirlərin tədqiqinə cəhd olunub.Ümumiyyətlə təhsil sektoru digər sektorlar üçün yeni məhsullar, bazarlar yaradır və bununla da həmin sektorların təhsilə olan özünə məxsus tələblər formalaşır. Müasir mərhələdə dünyada bu tələbləri aşağıdakı kimi qruplaşdırılır:
- Bilik əldə etməyin və biliyin demokratikləşdirilməsi
- Bazarların rəqabət qabiliyyəti
- Rəqəmsal texnologiyalar
- Qlobal mobillik
- Sənaye ilə inteqrasiya
- Maliyyə mənbələrinin müxtəlifliyi
- Klassik universitet anlayışında uzaqlaşma və s.
Ölkəmizdə də dövlət təhsil siyasətinin əsaslarınıntəşkil edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmçinin “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları da ölkədə insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan cəmiyyətin qurulması  prioritet istiqamətlər kimi qəbul olunmuşdur.
Amma son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etsə də, qoşulduğu ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, dərsliklə təminatın yaxşılaşdırılması, təhsil sənaye əlaqələrinin yaradılması və artırılması, klassik universitet idarəetməsində uzaqlaşma və müasir tələblərə cavab verən  universtetə çevrilmə, maliyyə mənbələrinin şaxələndirilməsi və təhsildə rəqəmsal texnologiyaların tətbiqi istiqamətində bır sıra problemlər öz həllini gözləyir.
 
Kurikulum və tədris materialları. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  ali təhsil  üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Müasir şərait müxtəlif ixtisaslar üzrə kurikulumların və uyğun olaraq tədris materialları  iqtisadi ölkənin inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna  malik olmasını tələb edir. Azərbaycan universitetlərində bu istiqamətdəki fəaliyyətlərinin təhlili göstərir ki,  ali təhsil  müəssisələrinin kurikulumları və tədris materialları əmək bazarında işçi səriştəsinə olan tələblərlə tam cavab verə bilmir. Bir sıra ixtsasları üzrə ali  təhsil  pilləsində kurikulumların  inkişafı və mövcud tədris materialları iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. 
Tədqiqatlara  görə Azərbaycanda  ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. 25-34 yaş arasında olan  ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir.  Özəl  sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranmışdır. Ən böyük  kadr çatışmazlığı  xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur(“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”). Qeyd olunan problemlərin həllinə həm dövlət,həm kommersiya və qeyri-kommersiya təşkilatlarının birgə fəaliyyəti ilə nail olunmalıdır. 
Eyni zamanada təhsil və kadr  hazırlığı prosesinə, həmçinin kurikulum və tədris materiallarının təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması aşağı səviyyədədir. İnkişaf etmiş universitetlərin  kurikulumlarının təhlili göstərir ki, təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri  ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumların və tədris materiallarının məzmunu  texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Ali təhsil kurikulumunun və tədris materiallarının daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət  göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir. 

Korporativ məsləhət xidmətləri. İnkişaf etmiş ölkələrdə konsaltinq artıq çoxdan idarəetmənin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.Xüsusi intellektual, elmi-nəzəri və praktik hazırlıq, peşəkarlıq, novatorluq, operativlik, müasir dünya iqtisadiyyatının inkişaf tendensiyalarını, perspektivlərini düzgün qiymətləndirmək, proqnozlaşdırmaq bacarığı tələb edən bu sahə son illər sürətlə genişlənməkdə, böyük nüfuz qazanmaqda, həm də təşkilatçılarına sanballı gəlir gətirməkdədir. Həmin ölkələrin universitetləri bu prosesdə mühüm rol oynayırlar. 

Təəssüf ki, tarix boyu həmişə “məsləhətli don gen olar” düşüncəsini əxlaqi-mənəvi dəyərlər sisteminin bir göstəricisinə çevirmiş Azərbaycanda bu xidmətin mahiyyəti, təşkili forması, əhəmiyyəti lazımınca dəyərləndirilməyib, çox zaman söz olaraq qalıb, əməldə gerçəkləşməyib. Odur ki, bir çox inkişaf etmiş ölkələrin universitetlərində müxtəlif dillərdə konsaltinqə aid xeyli kitablar çap olunub dərsliklərə, ali təhsil proqramlarına salınsa da, Azərbaycanda isə demək olar ki, belə bir təcrübə mövcud deyil.Azərbaycanda azsaylı korporativ məsləhət xidməti göstərən şirkətlər fəaliyyət göstərsə də, ali təhsil müəsissələrində bu fəaliyyət yox səviyyəsindədir.  
Fikirimzcə, Azərbaycanda konsaltinq xidmətləri bazarının inkişaf etməsində universtetlər də  yüksək səy göstərilməlidir. Azərbaycanın təhsillə bağlı qanunvericilik aktlarında və təhsil siyasəti sənədlərində, eyni zamanda universtetlərin özlərinin nizamnamələrində onlara korporativ məsləhət xidmətləri göstərmək imkanları verilsə də, universitetlərin bu istqamətdə bacarıqları və təcrübəsiz olması həmin qanun və siyasətin praktiki icrasını mümükünsüz edir. Qanunvericlik və universitelərin nizamnamələri onların korporativ msəlhət xidmətlərində də  vəsait əldə etmək imkanı versə də, Azərbaycan universitetlərinin indiyə qədər büdcələri dövlət vəasiti və təhsil haqqları əsasında formalaşır. Amma araşdırmalara görə inkişaf etmiş müasir univeritetlərin  büdcələrinin formalaşmasında təhsil haqları yanaşı korporativ məsləhət xidmətlərindən gələn gəlirlər də xüsusi rol oynayır. Azərbaycan universtetləri həmin  universitetlərinin bu sahədəki təcrübəsində yaralanmalıdır. Qeyd olunan problemlərin həlli baxımından ali təhsil müəsissələrinin korporativ məsləhət göstərməsi və müvafiq olaraq təlim materiallarını hazırlamasını da aktual edir. 
Sonda qeyd edək ki, yeni mərhələdə Azərbaycan universitetlərinin  idarəetmə fəlsəfəsində baş verən dəyişikliklər və bir sıra universitetlərin publik hüquqi şəxslərə çevrilməsi yuxarıda qeyd olunan problemlərin həlli istiqamətində əhəmiyyətli bir vasitə olacaqdır.  

ŞƏRHLƏR
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25