“Yeni başlanğıc” layihəsi başa çatıb –Həbsxanalara 535 kitab hədiyyə edilib
A A A
11/07/2017
Oxunma sayısı : 39427

Məhkumların cəmiyyətə reinteqrasiyası ilə əlaqədar çətinlikləri ictimaiyyətin diqqətinə çatdırmaq, onlara qarşı neqativ steriotiplərin azalması, çəza çəkən şəxslərin fərdi inkişaflarına töhvə vermək məqsədilə həyata keçirilən “Yeni başlanğıc" layihəsinin icrası başa çatıb.Layihə Aynurə Allahverdiyeva, Ərşad Məmmədov, Uğur Nuri və onların mentoru Leyla   Əzizli tərəfindən həyata keçirilib. 

 “İnkişaf zamanı” proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində gənclər tərəfindən toplanan 535 kitab Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4,6,16 saylı, Uşaq Tərbiyə və Şəki cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edilib.  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaşəkmə və Uşaq Tərbiyə Müəssisəsində məhkumlarla görüş keçirilib. Məhkumlara qarşı neqativ steriotiplərin azaldılmasına yardım göstərilməsi məqsədilə sosial çarx çəkilib.

Sosial çarx “Yeni başlanğıc" layihəsi heyətinin təşəbbüsü və gənc aktyorlar Ümman Budaqov,  Kənan İsmayılov, Rafiz Mehdiyev, Habil Xanlarov, aktrisalar Jalə Quliyeva, Vəfa Qurbanova, Sevda Ağazədənin yardımı ilə çəkilib. Onlar gənclərin bu təşəbbüsünə könüllü dəstək veriblər.

Layihələ yekunlarının təqdimatına Ədliyyə Nazirliyi yanında İctimai Komitə üzvləri, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev,  Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin sədri Əhməd Abbasbəyli iştirak edib.

Təqdimatda İctimai Komitə üzvləri layihə heyəti və gənclərə öz tövsiyyələrini veriblər. Sosial çarxın çəkilməsinə dəstək verən rejissor və aktyorlar, iştirakçılar öz fikirlərini bölüşüblər. İctimai Komitə üzvləri layihə heyəti və iştirakçıların məhkumların islah prosesi, onların cəmiyyətə reinteqrasiyası ilə bağlı suallarını cavablandırıblar. “Konstitusiya” Arşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev layihənin həyata keçirilməsində Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin əməkdaşlığı və dəstəyini xüsusi qeyd edib. Bu təşəbbüsə və könüllü fəaliyyətlərə görə, gənclərə təşəkkür edən Ə.Nuriyev layihənin əhəmiyyətini vurğulayıb: “Layihə fəaliyyətləri əsasən gənclərin könüllü töhfəsi ilə həyata keçirilib. Gənclərin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Çox sevinirik ki, gənclərimiz bu cür layihələrə maraq göstərirlər. Biz də hər zaman bu təşəbbüslərə dəstək verməyə hazırıq”.

“Yeni başlanğıc" layihəsi çərçivəsində çəkilən sosial çarx:

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39