Türkiyənin bələdiyyə sədrləri Bakıda görüşlər keçirib
A A A
11/08/2017
Oxunma sayısı : 30673
 Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin üzvlərindən ibarət nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
 
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Türkiyənin bələdiyyə sədrləriŞəhidlər Xiyabanını, Bakıdakı Türk Şəhidliyini və Atatürkün abidəsini də ziyarət edib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, ziyarətdən sonra nümayəndə heyəti Türkiyənin Azərbaycandakı  Səfirliyində görüş keçiriblər. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndələri də iştirak edib. Görüş zamanı təhsil, mədəniyyət, turizm və digər sahələrdə qarşılıqlı əlaqələr, həmçinin Azərbaycanın bir sıra şəhərləri ilə Türkiyə şəhərlərinin qardaşlaşması məsələsi müzakirə olunub, təkliflər səsləndirilib və bəzi ilkin razılaşmalar əldə edilib.
 
Daha sonra Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokolu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev və Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü imzalayıblar.
 
Tədbirdə çıxış edənlər qardaş ölkələrimiz arasındakı münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “Biz bir millət, iki dövlətik” kəlamına sadiq qalaraq bütün sahələrdə sıx əməkdaşlıq edir. Yüksək səviyyəli əlaqələr, ölkələrimizin birgə həyata keçirdikləri çoxlu layihələr münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə qardaş dəstəyi göstərir. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət-ənənələr qədim tarixə malik əlaqələrimizi şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduğunu nümayiş etdirib. Bildirilib ki, bu gün imzalanan sənəd də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.
 
Xatırladaq ki, noyabrın 6-da isə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndinə səfər edib. Qonaqlar Horadizdə “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edib, Cocuq Mərcanlıda aparılmış tikinti-quruculuq işləri ilə tanış olub, “Gücümüz birliyimizdədir” devizilə keçirilən ağacəkmə kampaniyasında iştirak ediblər. Səfər çərçivəsində Adana  şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “qardaş şəhər” niyyət protokolu imzalanıb. Bundan başqa, Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü kənd məktəbinə və kənddəki hər bir ailəyə bir televizor hədiyyə edib.
 
Qeyd edək ki, Adana, Mersin, Hatay böyükşəhər bələdiyyə sədrlərinin də daxil olduğu 29 nəfərlik nümayəndə heyətinin görüşləri sabah davam edəcək.
 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin turları davam edir-FOTOLAR - 19 / 07 / 2018 16:06
QHT sədrinin müavini millət vəkillərinə səsləndi - Təcili - 19 / 07 / 2018 09:05
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
Mühasibat uçotu üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı ekspertlər tərəfindən təqdim olunan təkliflərin müzakirəsi keçirilib - 18 / 07 / 2018 19:06
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33