Gənclərimizin dövlət bayrağına ehtiramı vətənpərvərliyin bariz nümunəsidir
A A A
11/08/2017
Oxunma sayısı : 35130
Elvin Babayev  | 

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi sədrinin 1-ci müavini


Bayraq, himn və gerb bütün ölkələrin rəsmi dövlət atributudur. Azərbaycan Respublikasının üçrəngli bayrağı müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir. Bayraq hər bir xalq üçün müqəddəs hesab edildiyinə görə həmişə ehtiramla yanaşılıb.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti Gəncə şəhərində yerləşirdi. Çünki, Bakı şəhəri bolşevik və daşnak qüvvələri tərəfindən işğal olunmuşdur. Məhz buna görə də Azərbaycanın ilk müstəqil bayrağı qırımızı ay və səkkizguşəli ulduzdan ibarət olaraq 1918-ci ildə Gəncədə qəbul edilmişdir. Həmin vaxt qəbul edilsə də, bildirilmişdi ki, bu bayraq müvəqqətidir. Bakı azad olduqdan sonra isə 9 noyabr 1918-ci ildə müqəddəs üçrəngli bayrağımız qəbul olundu. Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun sürmədi və bayrağımız zirvələrdə dalğalanmadı. 
Uzun illərdən sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və üçrəngli bayrağımız yenidən dalğalandı. Bununla da Azərbaycan xalqı yenidən öz bayrağı ilə fəxr etmək, onunla qürur duymaq şərəfinə nail oldu. Belə ki, 17 noyabr 1990-cı il tarixində ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız  Naxçıvan Ali Məclisinin qərarı ilə  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul olundu. Bu qərardan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasının önündə Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçrəngli bayrağı dalğalanmağa başladı. Bununla yanaşı, Azərbaycan Respublikasının  Ali  Sovetinə təklif  edildi ki, üçrəngli bayrağımız Azərbaycanın  dövlət bayrağı kimi qəbul edilsin.  Beləliklə, üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu. 
Bildiyimiz kimi, bayrağımızda olan rənglər türkçülüyü, müasirliyi və islamçılığı özündə əks etdirir. Bu isə Azərbaycan dövlətinin, xalqının öz inanclarına, dəyərlərinə sadiqliyindən xəbər verir. 
Bayrağa göstərilən diqqət və qayğının nəticəsidir ki, Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamına əsasən Dövlət Bayrağı Meydanı yaradıldı . Ölkə başçısı 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunur. Dünya ictimaiyyəti də millətimizin öz bayrağına nə qədər hörmət etdiyini, sevdiyini görür. Bildirmək istərdim ki, Dövlət Bayrağı Meydanı hər ölkədə yoxdur. 
Bayrağımız bizim qürur mənbəyimizdir, and yerimizdir. Xalqımızın qəhrəmanlıq tarixindən bu günə qədər gələn bayraq sevgimiz keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Məhz bu məsuliyyəti dərk edən Azərbaycan gəncləri milli maraqları üstün tutur, daim dövlətimizin keşiyində dayanaraq onu qoruyur və hər zaman üçrəngli bayrağımızı zirvələrdə dalğalanmasına cəhd göstərir. 
“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB olaraq hər zaman gənclərimizə dövlət atributlarını sevmək, milli maraqların daim keşiyində dayanmaq, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etmək, dövlətçilik ideyalarını üstün tutmağı tövsiyə edirik. Sevindirici haldır ki, gənclərimiz dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Bayrağımız, himnimiz, gerbimiz istər vətəndə, istərsə də xaricdə yüksək səviyyədə təbliğ olunur. Təkcə bayrağı tanıtmaqla deyil, həm də vətəni, bayrağı insanlara sevdirməyi bacarırlar. Bu mənada gənclərimizin tərbiyəsini yüksək qiymətləndirirəm.
Bu gün qürurla deyə bilirəm ki, dövlətimizin bayrağı dünyanın aparıcı təşkilatlarının önündə dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması ilə bayrağımızın yüksəliklərdə dalğalanması məni çox sevindirir. 
Bizim hər birimizin borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənimizin müstəqilliyini əbədi olaraq qoruyaq.
Bayraq Günümüz Mübarək!

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38