ABŞ-ın Monterey şəhərinin mərkəzi Azərbaycan bayraqları ilə bəzədildi -Video+Foto
A A A
11/09/2017
Oxunma sayısı : 33627

|

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-də geniş tədbir keçirilib.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, diplomatik nümayəndəlik Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib.

 

Tədbiri giriş nitqilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) qonaqları salamlayaraq, Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Monterey ilə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətləri barədə danışan mer qarşıdakı illərdə bu münasibətlərin daha da sıxlaşacağına ümid etdiyini diqqətə çatdırıb.

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışaraq, üçrəngli bayrağımızın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini, 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildiyini və 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdığını qeyd edib. Baş konsul müstəqil və müasir Azərbaycanın bütün sahələrdə inkişaf edərək, bu gün regionda və beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb.

 

Monterey Şəhər Şurasının sabiq üzvü, Lənkəran-Monterey münasibətlərinin yaradılmasında önəmli rol oynamış Nensi Selfric (Nancy Selfridge) Lənkəran-Monterey əlaqələrinin tarixindən söz açaraq, Montereyin Azərbaycan ilə münasibətlərinin daha da möhkəmlənməsi sahəsində bundan sonra da səylər göstərəcəyini bildirib.

 

Daha sonra Monterey merinin imzaladığı, Azərbaycan Dövlət Bayrağı Günü və Monterey-Lənkəran münasibətləri haqqında bəyannamə mer K.Roberson tərəfindən baş konsul N.Ağayevə təqdim olunub.

 

Yerli Azərbaycan icmasının üzvü Eldar Xudiyevin skripkada ifa etdiyi “Sarı Gəlin” və “Bayatılar” mahnıları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Xatırladaq ki, Monterey şəhəri 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb. //Modern.az



ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39