Respublika Veteranlar Təşkilatında Konstitusiya günü qeyd edildi
A A A
11/10/2017
Oxunma sayısı : 22891

|

10 noyabr 2017-ci ildə Respublika Veteranlar Təşkilatında Konstitutsiya gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri istefada olan general-polkovnik Tofiq Ağahüseynov açdı. Təşkilatın sədri Konstitusiyanın dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin funksiyalarını dolğun əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik hüquqi sənəd olduğunu bildirdi. O, həmçinin Azərbaycan Konstitutsiyasının dünyanın ən inkişaf etmiş ölkələrinin Konstitutsiyaları ilə eyni humanist prinsiplərlə əsaslandığını vurğulamış, xalqımızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra belə mükəmməl ali hüquqi sənədin qəbul olunmasını Azərbaycan Respublikasının hüqüqi dövlət kimi varlığının əyani sübütu olduğunu qeyd etmişdir.

Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konsititutsiyanın əhəmiyyətindən və onun tarixi inkişafından danşdı. Cəlil Xəlilov: “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.  Artıq 18 ildir, Azərbaycan xalqı böyük fəxrlə noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun məqsədlə o zaman ölkə prezidenti olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Tədbirdə digər çıxış edənlər  Konstitutsiya gününün əhəmiyyətindən konstitutsiyanın xalqın və dövlətin tarixindəki önəmindən danışdılar. Həmçinin Konstitutsiyanın hazırlanmasında və qəbul edilməsində fəaliyyəti olan insanların xalqımızın yaddaşında əbədi qalacaqları vurğulandı.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46
“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” – Seymur Verdizadə - 16 / 01 / 2018 10:34
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib - 16 / 01 / 2018 10:26
"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir! - 15 / 01 / 2018 16:56
"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin illik hesabatı. - 15 / 01 / 2018 16:45
Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub - 15 / 01 / 2018 16:30
Sahib Məmmədov minnətdarlıq sertifikatı ilə təltif edilib - Dünya Bankının "Doing Business" layihəsi tərəfindən - 15 / 01 / 2018 07:23
Xəlil Rzanın təhqir olunmasına etiraz: "Ola bilsin ki, bu statusu yazanda sərxoş olub..." - 14 / 01 / 2018 20:33
Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar - 14 / 01 / 2018 15:41
Əli Həsənov: ATƏT-in media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər - 13 / 01 / 2018 17:51
"Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı" nələr etməli… - 13 / 01 / 2018 08:45
“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək - 12 / 01 / 2018 17:58
“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı - 12 / 01 / 2018 15:16
MQF-nin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib - 12 / 01 / 2018 15:10
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” - 12 / 01 / 2018 15:06
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib - 12 / 01 / 2018 14:54
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib - 12 / 01 / 2018 14:53
QHT -də “Könüllü necə olmalıdır?” - 12 / 01 / 2018 07:21
QHT sədri federasiyaya baş katib təyin olunub - 11 / 01 / 2018 17:20
Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi mühüm hadisədir - 11 / 01 / 2018 17:13
Sahib Məmmədov: “Kütləvi şəkildə işdən çixarma kadr islahati deyil” - 11 / 01 / 2018 15:57
MQF-nin təşəbbüsü ilə İnsan Anatomiyası kafedrasının ictimai təqdimatı keçiriləcək. - 11 / 01 / 2018 15:41
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı” - 11 / 01 / 2018 15:32
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 11 / 01 / 2018 15:12