Azay Quliyev: Dağlıq Qarabağ məsələsi Tramp, Putin və Makronun gündəliyində olmalıdır
A A A
11/10/2017
Oxunma sayısı : 20189

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ Prezidenti Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Fransa Prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan tərəfi dəfələrlə açıqlama verib və öz narazılığını ifadə edib: “Azərbaycanın millət vəkili kimi deyə bilərəm ki, Minsk qrupuna və ona rəhbərlik edənlərə Azərbaycan cəmiyyətində inam yoxdur. Artıq heç kim bu görüşlərin, xüsusilə Ermənistanın imitasiya siyasətinin davam etdiyi vaxtda nəsə bir nəticə verəcəyini düşünmür. Ona görə də Minsk qrupundan nəsə gözləmək indiki mərhələdə sadəlövlükdən başqa bir şey olmaz, şəxsən mən heç nə gözləmirəm".

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həllinə ümid o zaman artar ki, məsələ həmsdər ölkələrin rəhbərlərinin gündəliyində olsun və onlar bu problemin ədalətli həllində şəxsən maraqlı olsunlar, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək və danışıqlar masasında konstruktiv mövqe sərgiləməsi üçün ona təsir imkanlarından istifadə etsinlər: "Ancaq təəssüf ki, bu gün bu maraq hiss olunmur. Əksinə, hər üç həmsədr ölkə tərəfindən işğalçını stimullaşdıran addımların şahidi oluruq. Məhz bundan ruhlanan Ermənistan danışıqlar prosesində qeyri-adekvat davranır və beynəlxalq hüququ kobud şəkildə pozmağa cürət edir.

Ona görə də hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ABŞ Prezidenti Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Fransa Prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Yəni hər üç prezidentin əlaqələndirilmiş və vahid yanaşması olmasa, Minsk qrupunun fəaliyyəti və vasitəçilik missiyası heç bir əhəmiyyət kəsb etməyəcək. Bu gün Azərbaycan ictimaiyyətinin gözləntisi odur ki, hər üç ölkənin Prezidenti həm 1992, həm 1994, həm də 1995-ci illərdə və sonrakı illərdə ATƏT-in sammitində dövlət başçılarının qəbul etdiyi qərarların icrası ilə bağlı konkret addımlar atsınlar”.

A.Quliyev bildirib ki, Minsk qrupunun həmsədri olan hər üç ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdürlər: “Onlar ən azından özlərinin BMT Təhlükəsizlik Şurasında qəbul etdikləri qətnamələrə və qərarlara hörmət etməli, icrası məcburi olan bu sənədlərə Ermənistanın etinasız yanaşmasına göz yummamalıdırlar. Hələ mən iqtisadi sanksiyanı və ya hərbi müdaxiləni demirəm, ən azından, beynəlxalq hüququn tələbi olaraq Ermənistana qarşı siyasi sanksiya tətbiq etməlidirlər”.

ATƏT PA-nın vitse-prezidenti onu da əlavə edib ki, məsələnin hərtərəfli müzakirəsi və münaqişənin beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər və prinsiplər əsasında həlli yollarının tapılması üçün ən effektiv görüş formatı hazırkı şəraitdə dövlət başçılarının "3+2" formatı ola bilər: "Həmsədr ölkələrdə siyasi iradə və istək olsa, 2018-ci ilin birinci yarısında ABŞ, Rusiya, Fransa, Azərbaycan və Ermənistan dövlət başçılarının zirvə toplantısını təşkil etmək və həll prosesində ciddi dönüşə nail olmaq olar. Təkrar edirəm, əgər həmsədr ölkələr münaqişənin həllində maraqlıdırlarsa… Əks təqdirdə, hələ bundan sonra Minsk qrupunun çoxlu sayda uğursuz diplomatlarının təqaüdə çıxmasının və regiona nəticəsiz səfərlərinin şahidi olacağıq".

Qeyd edək ki, ATƏT-in Daimi şurasının 1163-ci iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyanat verib. Bəyanatda Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına məqsədi ilə əməli addımların atılmasını gözlədiyi qeyd olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46
“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” – Seymur Verdizadə - 16 / 01 / 2018 10:34
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib - 16 / 01 / 2018 10:26
"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir! - 15 / 01 / 2018 16:56
"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin illik hesabatı. - 15 / 01 / 2018 16:45
Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub - 15 / 01 / 2018 16:30
Sahib Məmmədov minnətdarlıq sertifikatı ilə təltif edilib - Dünya Bankının "Doing Business" layihəsi tərəfindən - 15 / 01 / 2018 07:23
Xəlil Rzanın təhqir olunmasına etiraz: "Ola bilsin ki, bu statusu yazanda sərxoş olub..." - 14 / 01 / 2018 20:33
Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar - 14 / 01 / 2018 15:41
Əli Həsənov: ATƏT-in media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər - 13 / 01 / 2018 17:51
"Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı" nələr etməli… - 13 / 01 / 2018 08:45
“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək - 12 / 01 / 2018 17:58
“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı - 12 / 01 / 2018 15:16
MQF-nin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib - 12 / 01 / 2018 15:10
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” - 12 / 01 / 2018 15:06
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib - 12 / 01 / 2018 14:54
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib - 12 / 01 / 2018 14:53
QHT -də “Könüllü necə olmalıdır?” - 12 / 01 / 2018 07:21
QHT sədri federasiyaya baş katib təyin olunub - 11 / 01 / 2018 17:20
Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi mühüm hadisədir - 11 / 01 / 2018 17:13
Sahib Məmmədov: “Kütləvi şəkildə işdən çixarma kadr islahati deyil” - 11 / 01 / 2018 15:57
MQF-nin təşəbbüsü ilə İnsan Anatomiyası kafedrasının ictimai təqdimatı keçiriləcək. - 11 / 01 / 2018 15:41
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı” - 11 / 01 / 2018 15:32
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 11 / 01 / 2018 15:12