Jurnalistlər online versiyada xüsusi bir baza yaradır
A A A
11/11/2017
Oxunma sayısı : 3994

|


Televiziya jurnalistini bütöv bir gün qəzet redaksiyasında keçirməyə vadar etmək çətin məsələdir.Amma mən geridə qoyduğum günü tam olaraq müsbət və xeyirli bir təcrübə kimi hesabıma yazdım. 





ABŞ-ın Oklahoma ştatının ən böyük qəzetlərindən biri sayılan və hazırda gündəlik 55 min tirajla çıxan "Tulsa World" qəzetinin redaksiyasında oldum. Səhər mövzu seçimi iclasından tutmuş, nəşrin çapına qədər bir neçə prosesdə canlı iştirak etdik. Qəzet kimi onların da kağız versiyası ilə bağlı problemləri var. Deyirlər yeni çağırışdır. Amma məyus deyillər. Çünki qəzetin online versiyasını o qədər mükəmməlləşdiriblər ki, sadə dillə desək, bu versiya həm özünün xərclərini tam ödəyir, həm də qəzetinin çap versiyasının.

 Müştərilərə online versiya üzərindən kiçik məbləğə (ayda cəmi 4 dollar) abunəlik təklif olunur, bununla yanaşı reklam vermək istəyən şirkətlərə də xüsusi paketlər göstərilir ki, burada həm çap, həm də online versiyada xüsusi üstünlüklər təqdim olunur. Ən əsası isə bu media orqanının rəqəmsal və ya başqa sözlə Data jurnalistikası üzrə ixtisaslaşan əməkdaşlarının etdiyi yeniliklərdir ki, indi nəinki oxucu hətta dövlət orqanları həmin sistemdən ödənişli əsaslarla istifadə edir. 

Misal, jurnalistlər online versiyada xüsusi bir baza yaradır. Həmin bazada olan xəritədə illər ərzində Tulsa şəhərində baş verən cinayətlər, həmin cinayətlərin baş vermə səbəbi, cinayətlə bağlı gedən material, fotolar online formada izləyicinin qarşısına çıxır. Jurnalist və ya müstəqil ekspert ciddi araşdırma aparmaq istəyirsə, bütün statistik məlumatlar onun qarşısında olur. Daha hər hansı dövlət orqanına sorğu ilə müraciət etməyə ehtiyac qalmır. Bir qədər də bu media orqanının məşhuraşması haqqında. Amerika daxilində kifayət qədər məşhurluğu bu media orqanına onun əməkdaşlarının etdiyi araşdırmalar gətirib. 

Misal üçün, qəzetin əməkdaşları Tulsa şəhərində və ümumiyyətlə Oklahoma ştatında zəlzələrin sayının 2013-cü ildən sonra birdən-birə niyə kəskin sürətdə artdığını faktlarla araşdırıblar. Sən demə, bu neftlə zəngin bölgədə işləyən neft şirkətlərinin bəziləri yeni qazma sistemləri tətbiq ediblər ki, onlar da yerin qatlarını daha dərin qazmaqla yanaşı həm də yerin təkindəki qədim suxurları zədələyirlərmiş. Bəzi qatlarda isə boşluq əmələ gəlirmiş. Bu da son nəticədə zəlzələlərə gətirib Onların araşdırması ciddi rezonans doğurub, ölkə daxilində müzakirələrə səbə olub . Şirkətlərin bir çoxu fəaliyyətini dayandırmalı, bəziləri isə böyük məbləğdə cərimə ödəməli olublar. Həmin qurğularda istifadə isə qadağan olunub. İndi isə təhsil sahəsi ilə bağlı xüsusi araşdırmalara üstünlük verirlər. 

Çünki neftin qiymətinin aşağı düşməsi bu ştatın gəlirlərinə də təsir edib. Ştatın büdcəsində xüsusilə təhsil sahəsinə ayırmalarda ciddi azalmalar var. Bu media orqanı isə bunun əleyhinə kompaniyaya start verib və təhsilin önəmi ilə bağlı araşdırmalar apararaq , bu azalmalara qarşı bir növ mübarizə aparır. 


“Tulsa World” bir müddət əvvəl 100 illiyini qeyd edib. Əməkdaşlarının sayı 100-dən çox olan bu qəzet 2013-cü ildən varidatı 60 milyard dollardan daha çox qiymətləndirilən investor Uorren Baffetin Berkshire Hathaway media holdinqinə daxildir. Baffet hazırda Amerikanın ən varlı şəxsləri arasında ilk 3-lükdədir. İlk sırada isə “Amazon” kompaniyasının banisi Ceff Bezos gəlir . Yeri gəlmişkən o da media sektorunda təmsil olunur. Misal üçün məşhur Vaşinqton Post qəzetinin səhmlərinin böyük bir hissəsi məhz Bezosun şirkətinə məxsusdur.

ŞƏRHLƏR
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25