“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər”
A A A
11/14/2017
Oxunma sayısı : 23565
Məlahət Abbasova: “Məqsədimiz aztəminatlı, imkansız ailələrin uşaqlarına və internat məktəbinin məzunlarına yardım etməkdir”

Bu gün dövlət səviyyəsində əlil və valideynini itirmiş uşaqlara diqqət göstərilir. Eyni zamanda qeyri-hökumət təşkilatları da bu istiqamətdə saysız layihələr keçirirlər. Elə “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin də əsas qayəsi qaçqın, məcburi köçkün, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin qayğısına qalmaqdır. “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin sədri Məlahət Abbasova qəzetimizə müsahibəsində görülmüş və görüləcək işlər haqqında danışdı. Qeyd edək ki, M.Abbasova 1963-cü ildə Beyləqan rayonunda anadan olub. Sonradan ailəsi ilə birlikdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Zəngibasar (Masis) rayonunun Rəncbər kəndinə köç ediblər. Orta təhsilini 1971-1980-ci illərdə Rəncbər kənd orta məktəbində alıb. 1984-1988-ci- illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Coğrafiya fakültəsində təhsil alıb. Tələbəlik illərindəictimai-sosial əhəmiyyətli tədbirlərdə iştirak edib. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinintabeliyində olan İnsan Alveri Qurbanları üçün Sığınacaqda inspektor vəzifəsində çalışıb. Həmçinin 1992-ci ildən başlayaraq hüquq müdafiəçisi (ictimai vəkil) kimi fəaliyyət göstərir.
-“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin əsas məqsədi nədir?
-“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi 2006-cı ildən fəaliyyət göstərir. Eyni ildə də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Təşkilatın adından da məlum olduğu kimi, aztəminatlı, imkansız ailələrin uşaqlarına və internat məktəbinin məzunlarına, eləcə də yeniyetmələrə yardım etməyi qarşısına məqsəd qoyub. 
- SUK İB olaraq hansı layihələr keçiribsiz? 
-SUK İB bir çox tədbir və layihələr həyata keçirib. Bunlardan bir neçəsini qeyd etmək istərdim. "Gələcəyə İnam"Valideyn Himayəsindən Məhrum Uşaq və Gənclərə Yardım İctimai Birliyi ilə birgə internat məktəbini bitirmiş gənclərə "Qışın Günəşi" adlı xeyriyyə tədbiri keçirmişik. Tədbirdə 52 uşağa müxtəlif hədiyyələr təqdim edilib. Daha sonra Qurban bayramı münasibətilə İsveçdə yaşayan azərbaycanlı yardımsevər tərəfindən təşkilat vasitəsilə 25 sahibsiz uşağa kömək göstərilib. Bununla yanaşı, Qurban bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlara ət paylanılıb. 
20 mart 2016-cı ildə Novruz bayramı münasibətilə "Sahibsiz Uşaqlara Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə internat məktəbinin və aztəminatlı ailələrin uşaqları üçün "Bahar Sevincləri" adlı bayram şənliyi keçirilib.
Həmçinin onlarla sahibsiz uşağın sənədlərinin hazırlanmasında və bərpasında, paytaxtda və regionlarda alimentlərin alınmasında hüquqi köməklik etmişik. Eyni zamanda 20-dən çox müayinə və müalicəyə ehtiyacı olan uşağı müxtəlif səhiyyə müəssisələrinə göndərmişik. Üç nəfər uşağın ailələrə övladlığa verilməsi üçün tələb olunan sənədlərin toplanmasınayardım etmişik.
-Digər QHT-lərlə də birgə layihələr keçirirsizmi?
- SUK İB 2007-ci ildə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvü seçilib. Təşkilat 2013-cü ildən “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi ilə könüllü əməkdaşlıq edir. Bundan əlavə, Park Bulvarda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Qala BTX mühafizə xidməti və "NV–Lyks" təmir tikinti Şirkəti ilə birgə “Arzular divarı” adı altında xeyriyyə aksiyası keçirib. Həmçinin “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sabirabad, Hacıqabul, İsmayıllı, Saatlı rayonlarında həyata keçirilən “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsində iştirak etmişik. 
2008-ci ildə isə SUK İB və "Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi" İctimai Birliyi ilə birlikdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlk addım” adlı layihəni icra etmişik. 
-Bəs dövlət qurumları ilə əməkdaşlıq edirsinizmi? 
-Biz bir neçə dövlət qurumu ilə əməkdaşlıq edirik. Belə ki, 2010-cu ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə müharibədən əziyyət çəkən uşaqların həyatından bəhs edən “Güllələr altında” sənədli-bədii filmin yaradılması” layihəsini icra etdik. Layihənin məqsədi müharibədən əziyyət çəkən uşaqları diqqət mərkəzinə gətirmək və film vasitəsilə həm yerli, həm də xarici təşkilatları Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları ilə yaxından tanış etməkdir. Ağdam, Tovuz və Qazax rayonlarının cəbhə xəttinə yaxın kəndlərində insanların hər gün pozulan atəşkəsdən necə əziyyət çəkməsi, eləcə də ermənilərin tarixi vəhşiliklərini sübut edən Quba kütləvi məzarlığı “Güllələr altında” sənədli- bədii filmin əsas motivləridir. 
Keçən il təşkilat qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərə Nabran turu təşkil edib. Tur Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan "İrəliyə doğru bir addım" adlı layihəsi çərçivəsində həyata keçirilib.Üç günlük tur çərçivəsində onlara ilkin kompüter bacarıqları öyrədilib. Həmçinin psixoloq tərəfindən uşaqlarla söhbətlər aparılıb. Bununla yanaşı, layihə iştirakçılarından olan bir neçə valideynlə psixoloji təlimatlandırma aparılıb, intellektual yarışmalar, musiqili-əyləncəli oyunlar keçirilib.
Bu il yenə də Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəçərçivəsində internat məzunları üçün aşpazlıq kursları keçirdik. Üçaylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etmək idi. Layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan, potensial insan alveri qurbanları olan internat məktəblərini bitirmiş məzunlar üçün 3 ay müddətində 30 nəfər gənc qız və oğlanlara aşpazlıq kursları keçirildi. Kursu uğurla bitirənlərə sertifikatlar verildi. 
Bu illər ərzində DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə regionlarda və paytaxtda 48 müxtəlif “İnsan Alverinə Yox deyək!” adlı tədbirlərdə iştirak etmişik. Bununla bərabər, tərəfimizdən 70-dən çox insan alveri qurbanının hüquqları müdafiə olunub.
Sahibsiz uşaqların müalicəsi, reabilitasiyası ilə bağlı Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nasirliyi ilə də əməkdaşlıq edirik. 
-Uşaqların sahibsiz qalmaması üçün hansı profilaktik tədbirlər görülməlidir?
- İnsan subay olarkən özünə cavabdeh olur. Lakin valideyn olandan sonra övladlarına da cavabdeh olur. Ona görə də bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər bir-birlərini başa düşməli, uşaqlarına sahib çıxmalıdırlar. Valideynin aqressiyalı olması, atacağı hər hansısəhv addımıövladının gələcəyini məhv edir. Valideynlər hər hansı addım atarkən öz uşaqlarını dadüşünməlidirlər.

Fuad Hüseynzadə

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46
“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” – Seymur Verdizadə - 16 / 01 / 2018 10:34
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib - 16 / 01 / 2018 10:26
"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir! - 15 / 01 / 2018 16:56
"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin illik hesabatı. - 15 / 01 / 2018 16:45
Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub - 15 / 01 / 2018 16:30
Sahib Məmmədov minnətdarlıq sertifikatı ilə təltif edilib - Dünya Bankının "Doing Business" layihəsi tərəfindən - 15 / 01 / 2018 07:23
Xəlil Rzanın təhqir olunmasına etiraz: "Ola bilsin ki, bu statusu yazanda sərxoş olub..." - 14 / 01 / 2018 20:33
Gənclər biomüxtəliflik və ətraf mühitlə praktiki olaraq tanış olacaqlar - 14 / 01 / 2018 15:41
Əli Həsənov: ATƏT-in media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər - 13 / 01 / 2018 17:51
"Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı" nələr etməli… - 13 / 01 / 2018 08:45
“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək - 12 / 01 / 2018 17:58
“QHT Məktəbi”nin qış təlimlərinə qəbul başladı - 12 / 01 / 2018 15:16
MQF-nin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib - 12 / 01 / 2018 15:10
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir” - 12 / 01 / 2018 15:06
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib - 12 / 01 / 2018 14:54
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib - 12 / 01 / 2018 14:53
QHT -də “Könüllü necə olmalıdır?” - 12 / 01 / 2018 07:21
QHT sədri federasiyaya baş katib təyin olunub - 11 / 01 / 2018 17:20
Bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi mühüm hadisədir - 11 / 01 / 2018 17:13
Sahib Məmmədov: “Kütləvi şəkildə işdən çixarma kadr islahati deyil” - 11 / 01 / 2018 15:57
MQF-nin təşəbbüsü ilə İnsan Anatomiyası kafedrasının ictimai təqdimatı keçiriləcək. - 11 / 01 / 2018 15:41
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı” - 11 / 01 / 2018 15:32
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 11 / 01 / 2018 15:12