Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb
A A A
11/14/2017
Oxunma sayısı : 2696

Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zafer Ocak “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb.

İctimai Birlikdən   bildiriblər ki, Zafer Ocak görüşdə türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladaraq, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu qeyd edib. Türkiyənin və Azərbaycanın daim bir-birinin yanında olduqlarını vurğulayan hərbi attaşe buna misal olaraq, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən xilas etməsini göstərib. O, həmçinin Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinin Türkiyənin əleyhinə səsləndirdiyi əsassız iddialara qarşı “Bu gün Türkiyə nümayəndələri burada yoxdur, ancaq mən buradayam” deyərək Türkiyənin mövqeyini qətiyyətlə müdafiə etməsini dostluq və qardaşlıq münasibətlərimizin əyani göstəricisi olduğunu vurğulayıb. Hərbi attaşe Azərbaycan Silahlı Qüvvələrinin son dövrlər regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb və aprel döyüşlərinin buna bariz nümunə olduğunu bildirib.

Qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən E.Həsənli Azərbaycan ilə Türkiyənin bütün sahələrdə güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji təminatında mühüm addımlar atılır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti böyük əhəmiyyətə malikdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin həmişə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəklədiyini xatırladan E.Həsənli bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına görə Ermənistan ilə diplomatik əlaqə qurmayıb və sərhədlərini bağlı saxlamaqdadır. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri ordularımız arasında əməkdaşlığın inkişafına təkan verir və döyüş gücünün artırılması baxımından önəmli rola malikdir.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25