Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü
A A A
11/14/2017
Oxunma sayısı : 2594

13 noyabr 2017-ci il tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin 15 illiyi münasibəti ilə qəzetin əməkdaşlarının bir qismi ilə Türkiyənin Azərbaycandakı Səfirliyində görüşdü.

Musavat.com -a verilən məlumatda bildirilir ki, görüşdə Türkiyə-Azərbaycan dostluq münasibətlərindən, hər iki xalqın rifahının təmin olunmasından, Türkiyə ilə Azərbaycanın birgə əməkdaşlığından danışıldı.

Erkan Özoral “Hərbi And” qəzetinin təsisçisi və baş redaktoru Emin Həsənlini və kollektivin digər üzvlərini təbrik etdi. Türkiyə ilə Azərbaycanın dostluq münasibətinin hər iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd etdi. Səfir Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını vurğuladı və “Hərbi And” qəzetinin Bakının işğaldan azad olunması ilə bağlı xüsusi buraxılışlar hazırlamasını, tədbirlər keçirməsini, bir sözlə qəzetin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi.

WhatsApp Image 2017-11-13 at 19.48.32.jpeg (71 KB)

Daha sonra Emin Həsənli çıxış edərək, Türkiyənin Azərbaycandakı səfirinə öz təşəkkürünü bildirdi. Əlavə etdi ki, qəzet yarandığı gündən daima Türkiyə səfirliyi tərəfindən dəstək göstərilib və qəzetə ilk texniki avadanlıq da məhz Türkiyə səfirliyi tərəfindən verilib. E. Həsənli Türkiyə-Azərbaycan dostluğunun köklərinin qədimlərə dayandığını vurğulayaraq, Birinci dünya müharibəsində Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak silahlılarından xilas etməsindən, Çanaqqala döyüşündə Azərbaycanın Türkiyəyə maddi və hərbi yardımından, hazırda da bu dostluq-qardaşlıq münasibətinin uğurla davam etdiyindən və əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğundan danışdı. E. Həsənli çıxışına davam edərək bildirdi ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsində hər iki ölkənin dövlət və hökumət başçılarının xüsusi rolu və güclü siyasi iradəsi, dövlətlərimizin hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsinin xüsusi önəmi var. Emin Həsənli həmçinin Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışdı: "Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti böyük əhəmiyyətə malikdir". 
Daha sonra səfir dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi və Azərbaycanın hərtərəfli dinamik inkişafını, əldə olunan nailiyyətləri vurğuladı. Görüşdə həmçinin bir çox sahələr üzrə fikir mübadiləsi aparıldı. Sonda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və “Hərbi And” qəzetinin kollektivi xatirə şəkli çəkdirdi.

Musavat.com

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25