Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib
A A A
11/14/2017
Oxunma sayısı : 2674

|

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə birgə Şuranın maliyyə dəstəyilə QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği, mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə Film Festivalı keçirir. Bu məqsədlə Şura tərəfindən peşəkar kino mütəxəssislərinin daxil olduğu Münsiflər Heyəti yaradılıb. 

Bu gün Şurada Münsiflər Heyətinin iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı dövrdən indiyədək milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib. 

SSRİ Dövlət Mükafatı laureatı, xalq artisti, professor, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünün təqdirəlayiq olduğunu və Festivalın keçirilməsinin kinonun və bütövlükdə mədəniyyətin inkişafına xidmət etdiyini bildirib. Şəfiqə Məmmədova cəmiyyət həyatının bütün sahələri ilə bağlı mövzularda maarifləndirmə işi aparmaq üçün kinonun çox səmərəli vasitə olduğunu vurğulayıb.

Münsiflər Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi, professor, ARKİ-nin birinci katibi Cəmil Quliyev Festival çərçivəsində indiyədək görülmüş işlər haqqında məlumat verib. Qeyd edib ki, Festival cəmiyyətdə estetik zövqün, mədəniyyətin inkişafına və Şuranın maliyyə yardımı ilə icra olunan layihələr çərçivəsində görülmüş işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. O, 25 oktyabr tarixində Film Festivalı ilə bağlı elan verdiyini bildirib. Cəmil Quliyev Festivalda iştirak etmək üçün QHT-lərin müvafiq qaydada Şuraya müraciət etdiyini və Festivala 2008-2016-cı illərdə hazırlanmış 100-dən artıq film təqdim olunduğunu deyib. C. Quliyev Münsiflər Heyəti üzvlərinin fərdi qaydada hər bir filmi ayrılıqda və xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndirdiyini bildirib.

Münsiflər Heyətinin digər üzvləri SSRİ Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin hazırladıqları filmləri yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar təşkilatların ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd ediblər. Münsiflər Heyətinin üzvləri Festivalın keçirilməsi ilə bağlı rəy və təkliflərini bildiriblər. 

Münsiflər Heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.

Qeyd edək ki, Film Festivalının yekun tədbiri, təqdimetmə mərasimi 24 noyabr, saat 11:00-da Feyrmont hotelində keçiriləcək

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"VƏTƏN ÖVLADI" sənədli filminin təqdimatı keçirilib - QHT TV - 19 / 11 / 2017 10:04
Dövlət Proqramının qiymətləndirilməsi və səhiyyədə ictimai nəzarətin təşkili ilə bağlı layihə icra edilir - 18 / 11 / 2017 16:58
Hemofiliyalı pasientlərin müayinələi zamanı tibbi sosial sorğu anketlərinin təhlili yaxın 5 il üçün tələbatı müəyyən etdi - 18 / 11 / 2017 16:58
Ermənipərəst PİN-in çirkin əməlləri və “milli” agentlər - 18 / 11 / 2017 16:54
Азай Гулиев: Группа международных НПО пытается нанести удар по процессам между Азербайджаном и ЕС - 18 / 11 / 2017 09:42
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib - 18 / 11 / 2017 08:20
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq" - 17 / 11 / 2017 22:13
“Kimlərsə, bina pulu ilə əlli-yüz məzunumuza qonaqlıq verir, nə alternativi…” - 16 / 11 / 2017 20:51
ATƏT-in mənzil-qərargahında məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib - 16 / 11 / 2017 19:55
Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…” - 16 / 11 / 2017 15:25
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib - 16 / 11 / 2017 11:16
Azay Quliyev: “Biz bu ənənəni davam etdirməliyik” - 16 / 11 / 2017 08:17
Hemofiliyanın müalicəsinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı hesabat təqdim olunacaq - 15 / 11 / 2017 21:13
“Böyük Tələbə layihəsi – 25” - 15 / 11 / 2017 18:09
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2017 14:47
“Bilməzdik ki, 15 il çəkəcək...” – Qələmli döyüşçülər haqda yubiley yazısı - 15 / 11 / 2017 10:21
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi - 15 / 11 / 2017 10:00
“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib - 15 / 11 / 2017 08:47
Sahib Məmmədov: 15-ə yaxın QHT PİN şəbəkəsinin üzvüdür - 15 / 11 / 2017 06:10
Qalib komandalar diplom və medallarla mükafatlandırıldı - 14 / 11 / 2017 20:22
Samir İmanovun kitabının imza günü təşkil olundu. - 14 / 11 / 2017 17:59
Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib - 14 / 11 / 2017 17:01
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü - 14 / 11 / 2017 13:47
Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır - 14 / 11 / 2017 13:21
Layihə çərçivəsində tədbir keçirilib - 14 / 11 / 2017 13:09
Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb - 14 / 11 / 2017 09:08
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər” - 14 / 11 / 2017 08:53
BMAM -da yeni təyinatlar və çevik icra strukturu - 14 / 11 / 2017 08:24
Gənclər Fondunun maliyyə dəstəyi ilə Astarada gənclərə biznes-təlimi keçirilib - 13 / 11 / 2017 19:19
"Viruslu hepatit hökm deyil!" -Dəvət - 13 / 11 / 2017 16:25