Şura 2018-ci il üçün 1-ci qrant müsabiqəsini elan edir
A A A
11/15/2017
Oxunma sayısı : 55590


15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. Müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qhtwww.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.

QHT.az-ın məlumatına görə, Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
 
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:
 
  1. İnsan hüquqlarının, söz, ifadə və fikir azadlığının təmin edilməsi istiqamətinə dair təşəbbüslər;
  2. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
  3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;
  4. Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin problemlərinin həllinə dair təşəbbüslər;
  5. Qəhrəmanlıq tarixinin təbliği və şəhid ailələrinə dəstək təşəbbüsləri;
  6. Təhsil və mədəniyyət sahələrinin inkişafına dair təşəbbüslər;
  7. Narkomaniya, İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;
  8. İnsan alverinə qarşı mübarizəyə dair təşəbbüslər;
  9. Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair təşəbbüslər;
  10. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;
  11. İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;
  12. Əmək münasibətlərinin rəsmiləşdirilməsi əsaslarının təbliği və qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində təşəbbüslər;
  13. Milli ailə dəyərlərinin təbliği, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər;
  14. Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslər;
  15. Qadın və uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili;
  16. Ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;
  17. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyaların institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;
  18. Regionların sosial-iqtisadi inkişafına dair təşəbbüslər;
  19. İnnovativ ideyalara dair təşəbbüslər;
  20. Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə dair təşəbbüslər.

Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
 
Qrantın məbləği
2016-cı ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min)manat ola bilər.
2017-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdanartıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
 
Müsabiqənin proseduraları
Müsabiqə üzrə ərizə və layihələrin qəbulu 15 noyabr 2017-ci il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 5 mərhələdə aparılır:
1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;
Bu mərhələ 15 noyabr–15 dekabr 2017-ci il saat 16.00-dək müddəti əhatə edir.

2-ci mərhələ - Ərizələrin texniki seleksiyası;
Bu mərhələ 15 noyabr-15 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir

3-ci mərhələ - Layihə təkliflərinin texniki seleksiyası;
Bu mərhələ 15 noyabr-20 dekabr 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan layihə təklifi, ona əlavə olunan sənədlər araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

4-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
Bu dövr 21 dekabr 2017-ci il tarixdən–18 yanvar 2018-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və konfidensial qaydada qiymətləndirilir.

5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi.
 
Müsabiqə qalibləri 2018-ci il fevral ayının 10-dan sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın internet saytında yerləşdiriləcək. Qalib təşkilatlara məlumat fərdi qaydada çatdırılır və müqavilə imzalanır.
 
Qeyd edək ki, müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 30 noyabr 2017-ci il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.
 
Ərizənin elektron forması, həmçinin qaydaları və şərtləri ilə Şuranın www.cssn.gov.az, www.e-qht.azwww.qhtxeber.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin Hüquq məsələləri üzrə baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar. Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: [email protected]
 

 Elave 1-Layihe teklifi formasi.doc

 Elave 2 Fealiyyet plani.doc

 Elave 3 Xercler smetasi.xls

 Musabiqe elani 2018 1-ci musabiqe.doc

 Musabiqe qaydalari 2018.doc

  Musabiqe sertleri 2018.doc


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 15:26
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53
Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT - 11 / 07 / 2018 17:47
2500 illik Nizami Yurdunda baş verən hadisələr - 11 / 07 / 2018 14:35
“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib. - 11 / 07 / 2018 14:02
Rufiz Qonaqov : “Ölkəmizdə ictimai siyasi sabitliyi pozmaq mümkün olmayacaq” - 11 / 07 / 2018 13:59
“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır” - 11 / 07 / 2018 13:57
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi radikalların əməlini pislədi - 11 / 07 / 2018 13:55
“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq" - 11 / 07 / 2018 13:30
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi davam edir - 11 / 07 / 2018 13:27