Məhluqə Rəhimova: “50 şirkətə müraciət elədik, heç birindən cavab gəlmədi…”
A A A
11/16/2017
Oxunma sayısı : 12742

“İcra hakimiyyətləri bir çox hallarda  fəaliyyətimizə maneçilik törətmək istəyirlər”

Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) sədri Məhluqə Rəhimovanın Versus.Az-a müsahibəsi.

– Məhluqə xanım, bu gün Əlil Qadınlar Cəmiyyəti öz işini hansı istiqamətdə aparır və hansı dövlət qurumu ilə işləyir?

– Biz Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi ilə işləyirik. Qazaxda, Mingəçevirdə icma əsaslı reablitasiya mərkəzləri, Günərzi Qayğı Mərkəzimiz var. Günərzində Mərkəzə 30 uşaq gəlir, qidalanır, dərslərini hazırlayırlar. Dövlətlə müxtəlif proqramlar üzrə sıx əməkdaşlığımız var. Amma təəssüf doğuracaq haldır ki, icra hakimiyyətləri bir çox hallarda  fəaliyyətimizə maneçilik törətmək istəyirlər. Dələduzlar vəzifələrdən getməlidir ki, yerlərinə təmiz adamlar gəlsinlər.

“Adamı insanların özünün özünə dəyər verməməsi daha çox yandırır”

– Əlil Qadınlar Cəmiyyətinin rəhbəri kimi fəaliyyət sahənizlə bağlı olaraq daha çox problemli insanlarla ünsiyyətdə olursunuz. Bu gün bir sıra fəaliyyət istiqamətlərində çalışan insanların, xüsusilə məmurların vətəndaşlara yanaşması və insanların özünün öz hüquqlarına münasibəti ilə bağlı nələri müşahidə edirsiniz?

– Dediyiniz hər iki məsələ ilə bağlı cəmiyyətin öz üzərində işləməli olduğu çox problemlər var. Biz mövcud neqativləri hər yerdə müşahidə edirik.

Məsələn, müxtəlif rayonlarda oluruq, araşdırmalar aparır və icma əsaslı reablitasiya mərkəzləri yaradırıq. Eləcə də daim ailələrdə olur, əlil uşaqlarla, onların valideynləri ilə görüşlər keçirir və çətinlikləri varsa həll etməyə, onlara maddı və mənəvi dəstək olmağa çalışırıq. Qarşılaşdığım ən böyük təəssüf doğurucu məqam, insanların öz hüququnu bilməməsidir. Xəstə, əlilliyi olan bu insanlar çox vaxt öz ehtiyacları üçün hara, kimə müraciət edəcəklərini və ən əsası da öz hüquqlarından necə istifadə edəcəklərini bilmirlər. Əlil arabalarına, şəkər xəstəsidirsə dərmanlara ehtiyacı olan insanlar çarəsiz vəziyyətdə qalırlar. Biz müəyyən dövlət orqanlarına müraciət edib problemləri həll edirik. Deyərdim ki, bu sahədə bizə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi çox böyük dəstək verir. Sadəcə olaraq, insanların özünün özünə dəyər verməməsi adamı yandırır. İnsanlar onlara normal hüquqi yardım göstəriləndə belə, çaşqın vəziyyətdə qalıb çalışırlar ki, çıxarıb sənin cibinə beş manat qoysunlar.

“…sən məni oğru, cibəgirən düzəltmək istəyirsən?”

Biz o insanlara başa salmağa çalışırıq ki, sənə göstərilən dəstək əslində öz hüququndur. Bunun üçün kiməsə nəsə verməyə ehtiyac yoxdur. Çox vaxt, kobud şəkildə deyirəm ki, sən məni oğru, cibəgirən düzəltmək istəyirsən. Əgər imkanın varsa, get öz yaşamını düzəlt. Çox vaxt insanlara təmənnasız hüquqi, sosial yardım etməyimizi təəccüblə qarşılayırlar. Çox vaxt buna da inanmırlar, “belə də insanlar var”- deyə suallar verilir. Belə halların olmaması üçün biz həm də maarifləndirmə işləri aparırıq. Problemli ailələrə, insanlara onun hüquqlarını başa salırıq.

Baxırsan ki, 1-ci qrup əlildir, tullana-tullan gəzir, amma özünə əlillik dərəcəsi, yaxud əlil arabası ala bilmir. Beyləqanda bir nəfər belə əlilə müəyyən müraciətlər əsasında əlil arabası alıb göndərdim.

Bu mənada, mən əksər hallarda məmurlardan heç nə gözləmirəm. İnsanlar öz hüquqlarını tələb etmək əvəzinə, onu almaq üçün acizanə şəkildə məmura rüşvət verməyə daha çox maraq göstərir, onu ələbaxan edir. Axı niyə belə olmalıdır? Ona görə deyirəm ki, məmuru bu xoşagəlməz vəziyyətə məhz vətəndaşlar özləri gətiriblər. Elə zənn edilir ki, məmurdursa, vəzifədə oturubsa, mütləq bir iş üçün ona pul verməlisən. Vətəndaş da bilməlidir ki, o məmur da insandır və həmin vəzifədə ona xidmət üçün oturub, buna görə dövlət ona məvacib verir. İnsanlar öz hüquqlarını bilmir, məmurları rüşvətə cəlb edirlər. Məmurlar da artıq öyrəşiblər.

“Prezident “mən millətimin nökəriyəm” deyirsə, sən niyə belə deyilsən?..”

– Deyək ki, vətəndaş savadsızdır, hüququnu bilmir. Axı vəzifədə oturan bilir və nəyə görə vətəndaş öz haqqını-hüquqnu ondan savaşaraq  almalıdır?

– Bu bizim bəlamızdır. Məmurlar özləri də vətəndaşı belə vərdiş elətdiriblər. Get-gələ salınan, incidilən insan da artıq bezir və ona istədiyini verməyə çalışır.

Adi bir misal çəkim: Tələbə vaxtlarında təhsil müəssisələrində bilik almaq əvəzinə müəllimə pul verib qiymət alanları çox görmüşük. Deyirdim, ay yazıq, axı sən niyə oxumursan, sən niyə bilik almayasan deyə pul verirsən, müəllimi niyə pis öyrədirsən? Çox vaxt mənə qəribə baxırdılar. O pul verənlərin çoxusu bu gün işsizdir, çünki məktəbi pul gücünə qurtarıblar. Düzdür, qarşı tərəf də haqlı sayıla bilməz. Çünki o da insanları rüşvətə öyrədir.

– Çıxış yolu nədir?

– Məncə məmurların özləri ilə danışıqlara gedilməlidir ki, sən öz əlinlə ətrafında oğru yaratma. Kimsə sənə rüşvət təklif edirsə alıb, əlini, gözünü oğurluğa öyrətmə. Məmur vətəndaşa qulluq etməlidir. Əgər Prezident “mən millətimin nökəriyəm”deyirsə, sən niyə belə davranmırsan? Rayonlarda icra başçıları hamısı özünü prezident hesab edir, qəbul günlərində belə, insanları incidirlər. İcra başçısının qəbuluna düşmək üçün bir neçə “qəbullar”-dan keçməlisən. Kim problemlə gedirsə, deyirlər “xətəkarlardır, rədd eliyin”. Sən elə et ki, o xətəkar olmasın. Elə et ki, səni sevsin, sənə inansın, hakimiyyətinə inansın. Sən özünü sevdirməyi bacar. Amma əksinə olur. Bu cür dövlət qurumları milləti prezidentin əleyhinə qaldıran bir nömrəli sistemdir. Prokuratura, məhkəmələr, hamısı dövlətin əleyhinə işləyir. Mən onlardan qorxuram, pula, var-dövlətə görə hər şeyə gedirlər.

“Fiziki qüsurlu birini görəndə qulağını dartıb “kış-kış” edənlər…”

– Məhluqə xanım, sizcə bu gün əvvəlki illərlə müqaisədə cəmiyyətdə fiziki qüsurlu insanlara münasibətdə dəyişiklik varmı?

– Əslində cəmiyyətin fiziki qüsurlu insanlara qarşı münasibətində dəyişiklik var. İndi belə insanlara adi baxılır. Bunun birinci səbəbi ondan ibarətdir ki, artıq 2013-cü ildən Azərbaycan hökuməti sosial sahədə bir yenilik yaratdı və bölgələrdə sosial layihələr həyata keçirilməyə başlandı. İcma əsaslı reablitasiya mərkəzləri yaradıldı. Hansı ki, orada əlil uşaqlar, gənclər və onların valideynləri toplaşır, onlara təlimlər, treninqlər keçirilir. Əsas məqsəd evlərdə gizlədilmiş uşaqların ictimaiyyət arasına çıxardılmasını qorxu həyacanla qarşılayan, özünü çarəsiz sayan valideynləri marifləndirməklə onları bu ümidsizlikdən uzaqlaşdırmaqdır. Düşünürəm ki, müəyyən mənada əsas məqsədlərə nail olunub. Məsələn, cənub bölgəsində – Masallıda, Cəlilabadda Biləsuvarda əlillərin sayı çoxdur. Araşdırmalara görə, bu göstəricinin müəyyən arzuolunmayan səbəbləri var. Əsas onu deyə bilərəm ki, əlillərin çoxluğu qız uşaqlarının erkən ərə verilməsi, bir çox hallarda valideynlərinin narkotik istifadəçisi olmaları ilə bağlıdır. Biz reablitasiya mərkəzlərində uşaqlarla işləməyə başladıqca ailələr öz problemlərini mərkəzdə olan işçilərə çəkinmədən deməyə başladılar. Ən əsası isə hər gün o uşaqlar mərkəzə gəlir, ictimai nəqliyyatdan istifadə edir və insanların arasına çıxırlar. Fiziki qüsurlu birini görəndə qulağını dartıb “kış-kış” edənlər artıq bu gün olanlara adi yanaşır, cəmiyyətin bir üzvü kimi baxırlar.

Bundan əlavə bildiyiniz kimi Ramanıda əlil gənclər üçün Peşə Təlim Mərkəzi yaradılıb. Bütün respublika üzrə 18-30 yaş arasında olan gənclər müxtəlif peşələrə yiyələnmək üçün o mərkəzə gəlirlər. Orada çox maraqlı bir ortam var: əlil arabasında olanlar, çətin danışan, danışa bilməyən, gözdən əlil və başqa qüsuru olanlar bir yerə toplaşıblar. Burada gənclər üçün gələcəyə çox böyük bir ümid qapısı açılır. Onlar burada peşənin müxtəlif sirlərinə yiyələnirlər. Tikiş, rəssamlıq, xalçaçılıq, kompüterdə işləmək, klinariya, satıcılıq və sair 30 adda peşəyə sahiblənirlər. Biz iş adamlarını məcbur edirik ki, belə gəncləri işlə təmin etsinlər. Bu gənclərin öz həyatlarını uğurlu qurmaları üçün onları izləyirik və əlimizdən gələn dəstəyi göstəririk.

 “Çox valideyn fikirlərşir ki, əşşi bundan nə olacaq ki…”

– Əlillərin uğurlu təhsil almaları üçün hansı imkanlar yaradılıb və nə dərəcədə qaneedicidir?

– Aydın məsələdir ki, Əlillərin Evlərdə Təhsil Proqramları var. Ancaq evdə təhsil proqramı keyfiyyətsizdir. Bir müəllim 5 ailədə 5 uşağa dərs deyə bilər. Çox vaxt düzgün dərs keçmirlər və valideyn də məsuliyyətsizlik edir. Burda valideynin də günahı var. Valideyn müəllimdən gəlib evdə düzgün dərs verməsini tələb eləmir. Çox valideyn fikirlərşir ki, əşşi bundan nə olacaq. Bu da bizim bir bəlamızdır. Ancaq elə ailələr də var ki, uşağının təhsili ilə bağlı narahatdır və daim bunun üstünə düşür, onu cəmiyyətə yararlı etməyə çalışır. Sən uşağını düzgün formalaşdırmalısan, uşağın oxuyub ali təhsilli olmalıdır. Tutaq ki, ayaqları yoxdur, amma biliyi olsa, kompüteri bilsə, yaxşı mütəxəssis ola bilər. Ona görə də biz reablitasiya mərkəzlərində valideynlərin də bu sahədə marifləndirilməsinə önəm veririk.

“Öz normal uşağına təhsil verməyən ailə xəstə uşağına necə yanaşacaq…”

– Yenə də bütün problemlərin həllinin kökündə düzgün düşüncə, sağlam təfəkkür forması və insan münasibətləri dayanır.

– Burda bölgələrin rolunu xüsusi qeyd etmək lazımdır. Mən cənub bölgəsində – Yardımlı, Masallı, Cəlilabadda çox işləmişəm. Yardımlıda bütün qadınlar, qızlar təhsildən aralanıb, ərə veriliblər. Qız 17-18 yaşına çatanda hesab edirlər ki, evdə qalıb. Biz orda ali savadlı psixolioq, müəllim, musiqi müəllimi tapa bilmirik, onlarla işləyək. Öz normal uşağına təhsil verməyən ailə, sizcə xəstə uşağına necə yanaşacaq. Biz onların üzərində işləyirik və çalışırıq ki, insanlar təhsil almağa, övladlarının gələcəyini qurmağa daha çox maraqlı olsunlar.

“İstərdim ki, imkanlı şirkətlər, iş adamları bu məsələdə bir qədər diqqətli olsunlar”

– Fiziki qüsurlu insanların cəmiyyətə yararlı bir insan kimi özünü ifadə etməsinə yardım edənlərə böyük təşəkkür düşür. Maraqlıdır, bu prosesdə iş adamları, imkanlı şəxslərin sizə – cəmiyyətin özünə nə kimi dəstəyi olur?

– Heç bir dəstək ala bilmirik. Əlbəttə ki, müraciətlər olunur. Amma cəmiyyətin üzdə olanları da bu məsələyə çox laqeyd yanaşırlar. Düzdür, dövlət bu istiqamətdə böyük işlər görür. Amma imkanlı şəxslər, şirkətlər də yardım etməyə can atsalar çox gözəl olar. Yəni dərd paylaşdıqca azalar, sevinc paylaşdıqca çoxalar…

Ötən ilə bir neçə QHT ilə birlikdə Qurban Bayramında hardasa 50 şirkətə müraciət elədik. İnanın ki, heç birindən cavab gəlmədi. Azərbaycanın ən varlı təşkilatı belə, demədi ki, götürün bu 2 manatı uşaqlara bayram hədiyyəsi alın… Amma qardaş Türkiyədə, eləcə də digər yerlərdə belə xeyriyyəçi, humanitar işlər görən şirkətlər var və insanlara yardımlar edilir. Mən istərdim ki, bizim imkanlı şirkətlər, iş adamları bu məsələdə bir qədər diqqətli olsunlar və yardım etməkdən çəkinməsinlər. Məncə, bu xoşməramlı istəyimizi bir ənənə halına çevirmək üçün müəyyən işlər görülməlidir.

T.Qafarlı

Versus.Az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15