Tarixi saxtalaşdıranlara qarşı Azərbaycanın mövqeyi dəyişməzdir
A A A
11/20/2017
Oxunma sayısı : 32094

|

2017-ci ilin noyabr ayının 14-17-də Moskva şəhərində, “Müstəqil Dövlətlərin Veteranlar (Pensiyaçılar) İctimai Təşkilatları Birliyi Beynəlxalq İtiffaqı”nın növbədənkənar VII Qurultayı və Təşkilatın Kordinasiya Şurasının plenumu keçirilmişdir. Tədbirlərdə Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təmsil etmişdir.

Tədbirlər çərçivəsində noyabrın 16-da “Müasir dövrdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi tarixini saxtalaşdıranlara qarşı mübarizənin gücləndirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Beynəlxalq İtiffaqın sədr müavini V.Tkaçenkonun “1941-1945-ci illər Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılmasına qarşı mübarizədə veteran təşkilatlarının rolu” mövzusunda  məruzəsi dinlənilmişdir.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Faşizm insanlığa yad ideologiyadır” mövzusunda məruzə ilə çıxış etmişdir. C.Xəlilov çıxışında İkinci dünya müharibəsində faşizm üzərində böyük qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakın, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 350 min soydaşımızın həyətlarını itirməsindən danışmış, ölkəmizdə 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyini bildirmişdir.

C.Xəlilov tədbir iştirakçılarının diqqətini İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəltmiş, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi çatdırmışdır. O demişdir: “Azərbaycanın 20 faizdən çox ərazisini bugünədək işğal altında saxlayan Ermənistan tərəfi özünün təcavüzkarlıq siyasətini açıq və arxayın şəkildə davam etdirir. Ermənilər bu siyasəti öz faşist sələflərindən, alman faşizminə xidmət göstərmiş erməni cəlladları general Dro və Qaregin Njde kimi cəlladlardan əxz etmişlər. Neçə ildir ki, nəinki ayrı-ayrı şəxslər, hətta Ermənistanın dövlət rəhbərliyi səviyyəsində həmin faşist cəlladların bəraətinə çalışılır. Bununla bağlı artıq neçə ildir ki, biz Azərbaycan veteranları, ümumən cəmiyyəti həyacan təbili çalır, beynəlxalq ictimaiyyəti erməni faşızminin ifşasına biganə qalmamağa, dünən və bu gün onlar tərəfindən törədilən cinayətləri birmənalı şəkildə qınamağa çağırırıq. Bununla bağlı müraciət hazırlanaraq Azərbaycan veteranları adından MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinin elektron ünvanlarına, veteran təşkilatlarına, beynəlxalq təşkilatlara göndərilmişdir. Ancaq təəssüf ki, bir nəticə yoxdur, əks-halda Ermənistan dövləti təcavüzkarlıq siyasətinə son verər, Azərbaycan torpaqları işğaldan azad edərdi”.

Cəlil Xəlilov çıxışınında həmçinin, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir.

Konfransda digər çıxışlarda da tarixi saxtalaşdıranlara qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunmuş və bununla bağlı dünya ölkələrinin veteran təşkilatlarına müraciət qəbul edilmişdir.

Qurultayda Təşkilatı məsələlərə də baxılmış, müzakirə edilən məsələlər barədə yekdil qərar qəbul olunmuşdur. Respublika Veteranlar Təşkilatının sədri  general-polkovnik Tofiq Ağahüseynov Müstəqil Dövlətlərin Veteranları İctimai Təşkilatları  Birliyinin Rəyasət Heyətinin üzvü seçilmişdir.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53