Şurada "Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib
A A A
11/21/2017
Oxunma sayısı : 9070
Bu gün Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirib. 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov görüşü açaraq bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” ilə əlaqədar hazırlanmış sənədlər toplusu 2016-cı il 27 iyulda QHT-lərin iştirakı ilə geniş müzakirə edilib. Şura tərəfindən həmin sənədlər toplusunun öyrənilməsi və təkliflərin verilməsi ilə bağlı Ekspertlər Qrupu yaradılıb. Qrup məhsuldar işləyərək iqtisadiyyatın müxtəlif sahələri üzrə təkliflər hazırlayaraq İİTKM-ə təqdim edib. F.Qurbanov qeyd edib ki, bu təkliflərin xeyli hissəsi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin hazırlanmasında nəzərə alınıb.
Fərasət Qurbanov deyib ki, bu gün artıq Yol Xəritəsində nəzərdə tutulan islahatların real həyatda tətbiqi uğurla həyata keçirilir. QHT-lərin sözügedən sənəddə əksini tapan məsələlərin həyata keçirilməsində yaxından iştirakı vacibdir. QHT-lərin burada rolu ictimai nəzarətin təşkil edilməsində, müxtəlif istiqamətlər üzrə ekspert xidmətlərinin göstərilməsində faydalı ola bilər.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında yeni iqtisadi model quruculuğu” mövzusunda giriş nitqi ilə çıxış edib. O deyib ki, Azərbaycanda islahatların ən böyük uğuru onun dönməz xarakter almasındadır. Çünki təkcə dövlət qurumları deyil, cəmiyyətin bütün təbəqələri islahat prosesinin bütün həlqələrinə - hazırlanma, icra, monitorinq və kommunikasiyaya yaxından cəlb olunublar. Hazırda neftin qiyməti hətta büdcə proqnozunda nəzərdə tutulduğundan 50 faizdən də çox baha olmasına baxmayaraq, iqtisadi islahatlar kursu dönməz, davamlı və sistemli xarakter daşıyır. Aşağı neft qiymətlərinə immunitet qazanmış milli iqtisadiyyat islahatların hesabına qeyri-neft sektoru üzrə ixrac həcmini 1/4-ə qədər artırıb, qlobal rəqabətlilik və "Doing business" reytinqlərində çətin rəqiblər geridə buraxılır. Vüsal Qasımlı əlavə edib ki, islahatlar nöqtəvi olmaqla əsas çağırışları hədəf alır. “İslahatlar iqtisadiyyatın drayverinə çevrilib. 2018-ci ildə iqtisadi artımın bərpası yeni iqtisadi tsiklin başlanğıcı deməkdir. İndi əsas məsələ iqtisadi artım tempinin yüksək həddinə nail olmaq və davamlılığı təmin etməkdən ibarətdir. Bunun üçün rəqabət mühitinin daha da yaxşılaşdırılması, institutsional və struktur islahatlarının davam etdirilməsi, təşviq mexanizminin gücləndirilməsi və maliyyə-bank sektorunda böhrandan çıxmaq üçün əldə olunmuş ilkin nəticələri möhkəmləndirmək lazımdır. İqtisadi islahatların ölkədə reallaşdırılan infrastruktur layihələri ilə sinerji təşkil etməsi dayanıqlı inkişaf üçün şərtdir.” 

Görüş çərçivəsində İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov “İqtisadi islahatlarda vətəndaş cəmiyyətinin rolu”, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev “İqtisadi islahatlar: makroiqtisadi sabitlik və dayanıqlı inkişaf”, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov “İqtisadi islahatlar: fiskal dayanıqlıq”, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev “İqtisadi islahatlar: biznes mühitinin təkmilləşdirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə bildirilib ki, cənab prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq islahat prosesi davamlı xarakter daşıyır. Nəticədə yaranan inkişaf və dinamika özünü qeyri neft ixracında aydın şəkildə büruzə verir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2017-ci ilin 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixracda ciddi artım baş verib. Eyni zamanda mövsümü amillərdən dolayı payızda ixracın strukturunda da dəyişiklik olub.

Müzakirələrdə vurğulanıb ki, vətəndaş cəmiyyəti institutlarının islahat prosesində yaxından iştirak etməsi üçün imkanlar yaradılıb. Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin açıq ictimai müzakirələrinin təşkil olunması islahat prosesində vətəndaş iştirakçılığının təmin edilməsi və açıq hökümət prinsiplərinə uyğundur. Vətəndaş cəmiyyəti institutlarının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə islahatlar barədə maarifləndirmənin artırılması istiqamətində fəaliyyət göstərməsi üçün geniş imkanlar var.

Toplantının sonunda vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15