“Etimad” uşaq və yeniyetmələrə psixoloji dayaq İctimai Birliyi “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib.
 
“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunub.
 
Sərgidə Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail də daxil olmaqla dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edib. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələr kompleks şəkildə təqdim edilib.
 
İctimai Birliyin üzvləri sərgidə təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullarla tanış olublar.