Hepatit B və hepatit C-nin nikahdan əvvəl icbari tibbi müayinə siyahısına salınması təklif olunur
A A A
11/23/2017
Oxunma sayısı : 47504

Noyabrın 22-də Beynəlxalq Mətbuat MərkəzindəAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi” layihəsi çərçivəsində“Viruslu Hepatit Hökm Deyil!” adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbiri giriş sözləri ilə açan "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva qonaqları salamlayaraq bəzi məqamları qeyd etdi: "Bildiyinizkimi ölkə rəhbəri prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı və 2014-cü ildə qüvvəyə minən “İctimai İştirakçılıq” haqqında qanun vətəndaş cəmiyyətləri üçün böyük əhəmiyyətə malikdir.


Bu qanun cəmiyyətdə bizi narahat edən bir çox məsələləri ictimai nəzarət mexanizmləri vasitəsilə təhlil etmək və vətəndaş cəmiyyəti mövqeyindən çıxış edərək təklif və tövsiyələr vermək imkanı yaratdı.Vətəndaş cəmiyyətinin bir üzvü və "İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi olaraq ictimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə mübarizə layihəsini həyata keçirdik. Layihə çərçivəsində ilk öncə, Səhiyyə Nazirliyinin “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”-nın fəaliyyəti ilə yaxından tanış olduq. Komissiyanın 3 illik fəaliyyəti ilə bağlı ətraflı məlumatları, Nazirliyin bu xəstəliyin profilaktikası ilə bağlı gördüyü işləri, statistik göstəricilərin analizini və ölkəmizdə viruslu hepatitlərlə effektiv mübarizə yollarını əks etdirən analitik hesabat hazırladıq. Növbəti görülmüş işlər sırasında maarifləndirmə və məlumatlandırma məsələləri durur. 60000 nəfərdən çox sosial şəbəkə üzvləri arasında geniş maarifləndirmə işləri aparıldı.

Layihənin həyata keçirildiyi coğrafi ərazi Bakı şəhəri olmağına baxmayaraq, maariflənmə Respublikamızın digər şəhərləri - Sumqayıt, Gəncə, Qəbələ, Naxçıvanda yaşayan sosial şəbəkə üzvlərini də əhatə etmişdir. Layihə çərçivəsində 500 ədəd məlumatlandırıcı flayerlərin əvəzinə 5000 ədəd hazırlanmışdır. Və perspektivdə layihənin davamlılığını təmin etmək üçün 2018-ci ildə bu flayerlərin təhsil ocaqlarında paylanması və bir sıra digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Layihə sonu keçirdiyimiz bu tədbirdə isə viruslu hepatitlərlə effektiv mübarizə yolu kimi nikahdan əvvəl icbari tibbi müayinə siyahısına Hepatit B və Hepatit C daxil edilməsi və bu xəstəliyin müalicəsində 90% sağalma nəticələri verən ÜST tərəfindən tövsiyə edilən yeni müalicə metodlarının dövlət proqramı çərçivəsində tətbiq edilən müalicə sxemlərinə tədricən daxil edilməsi təklifləri ictimai müzakirə mövzusu oldu.

Tədbirdə ölkəmizdə viruslu hepatitlərə yoluxan xəstələrin statistikası ilə bağlı araşdırma nəticələri slaydlar və statistik qrafiklər şəklində təqdim olundu. Bu göstəricilər və digər yuxarıda qeyd olunan mövzular geniş formatda müzakirə edildi. Həmçinin, tədbir iştirakçılarına layihəyə həkim Hicran Xıdırova tərəfindən tövhə edilmiş maarifləndirici animasiya çarxı göstərildi. 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abbasova, AR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sahibə Fərəcova, QHT-ə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov çıxış etdilər. Onlar belə bir layihənin həyata keçirilməsinin mühümlüyünü və dövlətimizin yoluxucu xəstəliklər ilə mübarizədə sosial yönümlü siyasətini diqqətə çatdırdılar.

Daha sonra ictimai müzakirə mövzuları ilə bağlı “Azərbaycan Diabet Liqasının” sədrı Sultanova Yeganə, “Hemofiliyalı Xəstələr” İB-nın sədri Gülnarə Hüseynova, MQF idarə heyətinin sədri Qorxmaz İbrahimli, “Hippokrat Tibb Cəmiyyətinin” təsisçisi Mayil Tagiyev, “Leykemiya ilə Mübarizə İB”-nın sədri Mehriban Bağırova, “Sağlamlığa Xidmət” İB-nın sədri Elçin Muxtarlı, ”Azərbaycan qastroenteroloqlar və hepotoloqlar” İB-nın sədri Gülnarə Ağayeva, “Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosiasiyasının” sədri Taryel Ömərov, “Rinologiyanın İnkişafına Dəstək” İB-nın sədri Məzahir Guliyev, həkim mütəxəssislər Hicran Xıdırova, Ülviyyə Məmmədova, Aytən İsmayılzadə, Vasif İsmayıl, Faiq Məmmədzadə və digərləri öz fikirlərini bildirdilər.

Nəticə etibarilə, tədbirdə fikir mübadiləsində əldə edilmiş konstruktiv təkliflər uyğun dövlət qurumlarına göndəriləcək.


İnkişafa Doğru Qadın Təşəbbüsü Ictimai Birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45