Şuranın Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - Video+Foto
A A A
11/24/2017
Oxunma sayısı : 7929

|


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


QHT.az xəbər verir ki, mərasimdə çıxış edən Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev festival haqqında geniş məlumat verib.




C. Quliyev bildirib ki, festivalda Şuranın dəstəyi ilə QHT-lərin 2008-2016-cı illərdə hazırladığı 100-ə qədər film iştirak edib. Peşəkar kino mütəxəssislərindən ibarət Münsiflər Heyəti festivala təqdim edilən ekran əsərlərindən birinci, ikinci və üçüncü yerin qalibi olan, diploma və Şuranın xüsusi mükafatına layiq görülən filmləri seçib.


Son illər ölkəmizdə film festivallarının coğrafiyasının genişləndiyini deyən Cəmil Quliyev Şuranın film festivalı keçirməsinin xüsusi ictimai əhəmiyyəti olduğunu vurğulayıb: “Festivala təqdim edilən ekran əsərləri Kinematoqrafçılar İttifaqının üzvü olan peşəkar kino mütəxəssilərindən ibarət Münsiflər Heyəti tərəfindən seçilib.


Festivalda həyatın müxtəlif sahələrini əhatə edən ekran əsərləri yarışıb. Yüzədək filmin qatıldığı festivaldakı ekran əsərlərinin əksəriyyəti sənədli filmlərdir. Bu filmlər böyük zəhmət hesabına çəkilib. Biz çalışdıq ki, filmlərin çəkilişində əməyi olan insanları qiymətləndirək”.


Şura sədri, deputat Azay Quliyev tedbirin əhəmiyyətindən danışaraq bildirib ki, festival Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub.


Şura sədri deyib ki, müharibə bu gün yalnız qoşunların təmas xəttində deyil, həm də informasiya müstəvisində gedir:


“Cənab prezident İlham Əliyev bizə bütün istiqamətlərdə hücum taktikası mövqeyi seçməyi əmr edib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, xüsusi ilə erməni vandalizminin ifşasi, soyqırım həqiqətlərinin dünyada tanıdılması sahəsində həyata keçirdiyi fəaliiyet hər birimiz üçün böyük nümunədir. Bu cəhətdən vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. QHT-lər dövlət siyasətinin həyata keçirilməsinə davamlı olaraq dəstək verirlər. Şuranın dəstəyi ilə QHT-lər ötən illər ərzində vətənpərvərliyin, milli maraqlarımızın müdafiəsi ilə bağlı xeyli filmlər hazırlayıblar. Onlar yalnız ölkədə nümayiş etdirilmir, xarici auditoriyalarda da Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də töhfələrini verirlər”.



Azay Quliyev deyib ki, kiçik vəsaitlə QHT-lərin fədəkarlıq göstərərək müxtəlif mövzularda maraqlı ekran əsərləri yaratması həqiqətən də təqdirəlayiqdir. Şura sədri qeyd edib ki, bu tip tədbirlərin yaratdığı rəqabət mühiti QHT-ləri üzərlərinə düşən işi bundan sonra daha yüksək peşəkarlıqla icra etməyə sövq edəcək. QHT rəhbərlərinə müraciət edən Şura sədri bildirib ki, QHT-lərin hər zaman ortaya peşəkar, keyfiyyətli məhsul qoymalarını istəyirlər.


QHT-lər icra etdikləri layihələr çərçivəsində hazırladıqları filmlər, sosial çarxlar elə keyfiyyətdə olmalıdır ki, televiziyalar ondan asanlıqla istifadə edə bilsinlər.



Mərasimin sonunda festivalın qalibi olan filmlərin adları açıqlanıb. “25 ilin akkordları” filmi festivalın xüsusi mükafatına layiq görülüb. “Uçmaq istəyirəm” filmi birinci, “Əsgər atası” filmi ikinci və “Günahkarlar və günahsızlar” filmi isə üçüncü yeri qazanıb. Digər 11 ekran əsərinə festivalın diplomları təqdim olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15