QHT-lər Milli Advokasiya Strategiya planı hazırlayır
A A A
11/29/2017
Oxunma sayısı : 5427

|

Yoluxucu xəstəliklər arasında ən çox ölümə (1.3 milyon 2016) səbəb olan vərəm xəstəliyi ilə mübarizəni gücləndirmək məqsədilə 29 Noyabr 2017-ci ildə Azərbaycan Arbitraj və Mediasiya mərkəzində Azərbaycanda növbəti 3 il (2018-2020) üçün “Milli Advokasiya Strategiya Planının hazırlanması mövzusunda seminar keçirildi.

QHT.az xəbər verir ki, vətəndaş cəmiyyəti təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi insanların ehtiyaclarına yönəli vərəm xidmətləri modelinə keçid yolunda qarşıya çıxan əsas maneə və çətinliklərin aradan qaldırılması istiqamətində görülə biləcək strateji tədbirlər müəyyənləşdirərək, dövlət və qeyri-dövlət strukturlarının birgə iştirakı ilə “Milli Advokasiya Strategiya planı”nın hazırlanması idi.

Tədbirdə QHT nümayəndələri vərəm sahəsində öz təcrübələrini bölüşdü, vərəm xidmətləri sahəsində əsas çətinliklər və ehtiyaclar sadalandı, “Vərəmlə mübarizə üzrə Azərbaycan Respublikasının qanunu”nda olan boşluqlar və lazımi dəyişiklər müzakirə olundu. Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya xidmətinin baş məsləhətçisi Elnura Şərifova vərəm xəstələrinin müavinət alması üçün zəruri olan sənədləşmə prosesi haqqında geniş məlumat verdi. Seminar interaktiv və əhəmiyyətli müzakirələrlə davam etdi.

Tədbirdə Vərəm əleyhinə Azərbaycan QHT Koalisiyasının üzvləri- Azərbaycan Qızıl Aypara cəmiyyəti, “Hayat” Humanitar dəstək təşkilatı, “Vərəmsiz gələcəyə doğru” pasiyent hüquqlarının müdafiəsi təşkilatı, “Sağlamlığa Xidmət” İctimai birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi və “İnformasiya təşəbbüslərinə dəstək” İB, QHT TV-in baş redaktoru iştirak edirdilər.

Seminar “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü və Səhiyyə sahəsində Siyasət və Araşdırmalar Mərkəzinin (PAS Mərkəzi) maliyyə dəstəyi ilə “Vərəm və DD-Vərəmə Səmərəli Nəzarət üçün Səhiyyə Sistemlərinin Gücləndirilməsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vərəm proqramı (TB-REP)” çərçivəsində təşkil olunmuşdur.

Sağlamlığa Xidmət ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15