Azay Quliyev: "Azərbaycan və Rusiya QHT-lərinin birgə əməkdaşlığı üçün böyük potensial var"
A A A
11/30/2017
Oxunma sayısı : 30474

|


"Azərbaycan və Rusiyanın ictimai sektorları arasında münasibətlərin səviyyəsi bizi qane etmir".

 

QHT.az APA-ya istinadən xəbər veri ki, bunu Rusiya İctimai Palatası rəhbərliyi ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O, Rusiya İctimai Palatasının katibi Valeri Fadeyevin dəvəti ilə Moskvaya səfərə gəldiklərini söyləyib: "Bugünkü görüşün məqsədi iki qurum arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Azərbaycanla Rusiya arasında isti münasibətlər mövcuddur. Hər iki ölkə bir-birini strateji tərəfdaş adlandırır. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanda da çoxlu sayda rus var".

 

 

A. Quliyev dövlətlər arasında münasibətlərin səviyyəsinin yüksək olmasına baxmayaraq, iki ölkə arasında ictimaiyyətlərarası münasibətlərin yüksək səviyyədə olmadığını vurğulayıb: "Azərbaycan və Rusiya QHT-lərinin birgə əməkdaşlıq etməsi üçün çox böyük potensialı var. Bu əməkdaşlığı təmin etmək üçün bu gün Rusiya İctimai Palatası ilə görüş keçirdik.

 Gələcək fəaliyyəti özündə əks etdirən bir çərçivə sənədi üzərində işləyirik. Bu, birgə əməkdaşlıq və işbirliyi haqqında anlaşma Memorandumudur. Bildiyiniz kimi, sonuncu dəfə 2013-cü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya İctimai Palatası arasında belə Memorandum imzalanmışdı. Lakin həmin sənədin vaxtı bitib. Onu yeniləmək lazımdır. Burada çox maraqlı və məhsuldar müzakirələrimiz oldu. Demək olar ki, bütün məsələlərdə vahid mövqe nümayiş etdirdik. Bəzi həssas məsələlərdə ümumi yanaşma yoxdur. Lakin ümid edirəm ki, bizim sonrakı dialoqumuz imkan verəcək ki, bütün məsələlər üzrə ümumi razılığa gələk. Dörd istiqamətdə işçi qrupların yaradılması haqqında razılıq əldə etdik. Bu qruplar əsasən gənclər və tələbələrin fəaliyyətini əhatə edən, təhsil-elm və mədəniyyət sahəsində əməkdaşlıq sahəsində, insan hüquqlarının qorunması, miqrasiya məsələləri və ictimai nəzarət, birgə tədbirlərin və mübadilə proqramlarının təşkili üzrə işçi qruplarıdır".

 

A. Quliyev miqrasiya məsələləri və insan hüquqlarının qorunması ilə bağlı işçi qrupun yaradılmasının önəmini də qeyd edib: "Bildiyiniz kimi, Rusiyada həm Rusiya vətəndaşı, həm də Azərbaycan vətəndaşı olan azərbaycanlılar yaşayırlar. Onların hüquqlarını qorumağa böyük ehtiyac var. Bununla bağlı çoxlu sayda məsələlər gündəmə gəlir. Bu gün İctimai Palata və Rusiyanın digər QHT-ləri bu məsələlərlə bağlı çox böyük işlər görə bilər. Bizim üçün bu, həyati əhəmiyyətli məsələdir. Ona görə də birgə işçi qrupu yaratdıq. Bu işçi qrupu əsas vəzifəsi bu sahədə olan problemləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı addımlar atmaqdan ibarətdir".

 

A. Quliyev İctimai Palata rəhbərliyini Azərbaycana səfər dəvət etdiklərini də söyləyib

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 15:26
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53
Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT - 11 / 07 / 2018 17:47
2500 illik Nizami Yurdunda baş verən hadisələr - 11 / 07 / 2018 14:35
“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib. - 11 / 07 / 2018 14:02
Rufiz Qonaqov : “Ölkəmizdə ictimai siyasi sabitliyi pozmaq mümkün olmayacaq” - 11 / 07 / 2018 13:59
“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır” - 11 / 07 / 2018 13:57
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi radikalların əməlini pislədi - 11 / 07 / 2018 13:55
“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq" - 11 / 07 / 2018 13:30
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi davam edir - 11 / 07 / 2018 13:27