“Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.
A A A
11/30/2017
Oxunma sayısı : 4324

|

Noyabrın 30-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.

Konfransda Dövlət Komitəsi və Gənclər Fondunun rəhbərliyi, millət vəkilləri, dini icma sədrləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, konfransda gənclər və dini icmalar arasındakı qarşılıqlı əlaqələr və burada gənclərin rolu məsələsi ətrafında müzakirələr aparılacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizmə qarşı mübarizədə müxtəlif qurumlarla, o cümlədən gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə müxtəlif xarakterli tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, dini xurafat, dini radikalizm və ekstremizmə qarşı mübarizədə təbliğat işi daha yüksək səviyyəyə qaldırılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və Dövlət Komitəsi müxtəlif dövlət qurumları ilə birlikdə bu sahədə geniş proqram həyata keçirir.

Azərbaycanda din amilindən istifadə edərək hər hansı formada qarşıdurma yaratmaq və yaxud ictimai-siyasi sabitliyi pozmağa cəhd etməyin mümkün olmadığını bildirən Dövlət Komitəsinin sədri Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev rəhbərlik etdiyi Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, sovetlər dönəmində Azərbaycanda 17 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-dən artıq ibadət məkanı fəaliyyət göstərir. Republikamızda 750-dən çox icma var ki, bunun da 28-ni qeyri-islam icması təşkil edir. Azərbaycanda müxtəlif dini konfessiyalar sərbəst və azad şəkildə dini ayinlərini icra edirlər.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edildiyini bildirən Mübariz Qurbanlı bunu ölkə başçımızın dinimizə və mənəvi dəyərlərimizə növbəti diqqət və qayğısı kimi dəyərləndirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi altı il ərzində respublikamızın müxtəlif bölgələrində 4 minə yaxın layihənin maliyyələşdirdiyini vurğulayıb. Natiq bunların sırasında dini dözümlülük, tolerantlıq və dini maarifləndirmə ilə bağlı layihələrin olduğunu da diqqətə çatdırıb.
Fərhad Hacıyev onu da qeyd edib ki, respublikamızda beynəlxalq forumların keçirilməsi dünya miqyasında Azərbaycanın rolunu, ölkəmizə olan hörməti və inamı gündən-günə artırır.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında bildirib ki, dünyada baş verən münaqişələrin fonunda Azərbaycan dövlətinin dini konfessiyalara olan münasibəti olduqca təqdirəlayiqdir. Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli”nin sülhə xidmət etmək baxımından bir başlanğıc olduğunu vurğulayan Fəttah Heydərov Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sərbəst və sülh şəraitində yaşadığını bildirib. Millət vəkili, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Prezident yanında Gənclər Fondunun həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirib ki, dünayada gedən proseslər, münaqişələr, terrorizm və dini ekstremizm halları müəyyən formada gənclərə öz təsirini göstərir. Azəraycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü diqqətə çatdıran millət vəkili ölkəmizdə multikulturalizmin həyat tərzinə çevrildiyini bildirib.

Tədbirdə, həmçinin Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ”İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Asan Könüllüləri” Gənclər Təşkiıatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov və digərləri çıxış ediblər. Natiqlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Konfrans çıxış və müzakirələrlə yekunlaşıb.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15