"Qarabağ çağırır bizi" - Sabunçu rayonunda vətənpərvərlik mövzusunda tədbir keçirilib
A A A
11/30/2017
Oxunma sayısı : 4290


Noyabrın 30-da Sabunçu rayonu 94 nömrəli tam orta məktəbdə “Qarabağ çağırır bizi” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Sabunçu Rayonun idarə və təşkilat rəhbərləri , bir sıra QHT-lərin Sabunçu rayon təşkilatlarının əməkdaşlarının, Qarabağ müharibəsi əlillərin, veretanların, şagird və valideyinlərin iştirakı ilə keçirilən tədbir dövlət Himninin səslənməsi ilə başladı.

Azərbaycanın, o cümlədən, Qarabağın azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusuna həsr edilmiş bədii kompozisiya nümayiş etdirildi.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbirdə çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bu kimi tədbirlərin əhəmiyyətindən, gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ölkəmizdə görülən işlərdən, möhtərəm prezident İlham Əliyev cənablarının müharibə şəraitində olan Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi proqramlardan, hərbi quruculuq, müdafiə sənayesi sahəsində aparılan islahatlardan söz açdı, gənclərin vətənpərvər kimi yetişməsində valideynlərlə yanaşı təhsil ocaqlarının da çox böyük rol oynadığını xüsusi vurğuladı.


Azərbaycan Respublikası “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxışında Qarabağın azadlığı uğrunda vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan, ölkədə baş verən siyasi proseslərdən, vətənpərvər övladların döyüş əzmindən söz açdı. Ölkəmizin azadlığının, müstəqilliyinin qorunması istiqamətində bu kimi vətənpərvər mövzularda keçirilən tədbirlərin yetişməkdə olan gənc nəslin formalaşmasında müstəsna rol oynadığını xüsusi vurğuladı. Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlarla təltif edilmiş bir qrup Qarabağ müharibəsi əlilini və veteranları təbrik edərək Fəxri Fərmanları onlara təqdim etdi.

Respublikanın, o cümlədən rayonun ictimai-siyasi həyatında göstərdiyi səmərəli fəaliyyətlərinə görə bir qrup Qarabağ müharibəsi əlili və veteranı Azərbaycan Respublikası “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin təsis etdiyi medallarla təltif edildilər.



ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15