Bəziləri saxtakarlıqla Qarabağ müharibəsi əlili statusunu alıb
A A A
12/02/2017
Oxunma sayısı : 3438

Vüsal Nəzərov: "Bəzi şəxslər saxtakarlıq edərək Qarabağ müharibəsi əlili statusunu alıb, bu kateqoriyadan olan şəxslərin təminatından istifadə edirlər”

 

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunub.Azərbaycan şəhərlərində dəfn olunmuş Dağlıq Qarabağ şəhidləri erməni hücumları zamanı yüzlərlə insanın öldürüldüyünü deyir.

 

Ermənistan hərbi qüvvələrinin erməni separatçı-terrorçuları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı apardığı müharibədə 1 milyondan artıq vətəndaş öz yurd-yuvasından məcburi köçkün düşüb və 50 mindən artıq vətəndaş isə əlil olub.

 

Bu gün də müharibə şəraitində olan Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Son illər ölkəmizdə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranlarının pensiya və müavinətlərinin artırılması, onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb.Hökumət təşkilatları ilə yanaşı qeyri-hökumət təşkilatları da bu istiqamətdə fəaliyyət göstərirlər. Onlar bu kateqoriyadan olan vətəndaşların hüquqi maarifləndirilməsi, əlillərin işlə təmin edilməsi, veteran vəsiqələrinin alınmasında üzləşdikləri problemlərin həllində onlara kömək göstərilməsi idi.

 

Müsahibimiz birinci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Nəzərov Vüsal Əkrəm oğlu bizimlə söhbətində bu kateqoriydan olan vətəndaşlara güzət və imtiyazların olduğunu vurğulayıb.

 

Bildirək ki, V.Nəzərov torpaqlarımızın işğaldan azad, ərazi bütövlüyümüzün bərpa olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması uğrunda gəncliyini və gələcəyini fəda etməkdən bir an olsun çəkinməmiş, düşmənlə döyüşdə görmə qabiliyyətini itirib.

 

Qarabağ qazisi özünü belə təqdim etdi: "10 mart 1977-ci ildə doğulmuşam.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində xidməti vəzifəmi yerinə yetirərkən yaralanmışam. Belə ki, Ağdam istiqamətində gedən döyüşlər zamanı 2008-ci ildə iki gözümü itirdim. Hazırda ehtiyyatda olan zabitəm”.

 

V.Nəzərov bildirir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də davam edir: "Deyirlər atəşkəs elan olunub. Amma mən cəbhə bölgəsində xidmət etdiyim müddətdə atəşkəs görmədim. Düşmən hər zaman təxribata can atır. Nəticədə hərbiçilərimiz şəhid və əlil olurlar. Aprel döyüşləri də dediklərimin dəlilidir. Dördgünlük müharibə bir daha göstərdi ki, bu döyüşlərin gedişatı zamanı yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər”.

 

Qarabağ müharibəsi əlilinin təminatı...

 

Qarabağ qazisi bildirib ki, münaqişənin davam etməsi ilə yanaşı ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib: "Müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edilir.Məsələn, "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan addımlardan biridir. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Dövlət Proqramı həyata keçirilib. Eləcə də, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Prezidentin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.

 

Qanunvericiliyə əsasən dövlət tərəfindən Qarabağ müharibəsi əlilləri mənzil və avtomobillə təmin olunurlar. Mən avtomobillə və pensiya ilə təmin olunmuşam. Birinci qrup Qarabağ müharibəsi əlilli olaraq mənə165 manat Prezident təqaüdü də verilir”.

 

 

Qarabağ müharibəsi əlilinin problemləri...

 

Vüsal Nəzərov bildirib ki, Qarabağ müharibəsi əlillərinin problemləri də var: "Dövlətin apardığı siyasət odur ki əlillər sosial müdafiə ilə təmin olunsunlar, onlara dövlət qayğısı göstərilsin, sağlam cəmiyyətə inteqrasiya edilsinlər. Amma təəssüf olsun ki, dövlətin bu siyasətinə yerlərdə olan əksər məmurlar əməl etmirlər. Məmurlarla yanaşı, kommersiya bankları da əlillərin digər vətəndaşlarla bərabərhüquqlu olmasını qəbul etmirlər.

Heç kimə sirr deyil ki, əliliyi olan şəxslərin məşğuliyyət problemi var. Biz əmək qabiliyyətini itirmiş vətəndaşlar kimi qəbul olunuruq. Yəni işə qəbul olunmuruq. Pensiya və təqaüdlə yaşayırıq. Biz problemlərimizi həll etmək üçün kredit götürmək istəyirik. Amma banklar bizə kredit vermirlər.

Təəssüf ki banklar birinci qrup Qarabağ müharibəsi əlillərinə kredit vermirlər. Mən bir dəfə 5000 manat kredit götürmüşəm və vaxtlı-vaxtında ödəniş etmişəm. İndi isə deyirlər ki kredit vermirik. Amma məbləğindən asılı olmayaraq kredit vermirlər. Qanunvericiliyə görə bütün vətəndaşlar bərabərhüquqludur. Amma banklar qanunu pozurlar”.

Vüsal Nəzərov bildirib ki, müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı məsələsi də dövlətin diqqətində olan məsələlərdəndir: "Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar və şəhid olanların ailəsi dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Mən Sumqayıt şəhərində ev növbəsində dayanmışdım. Bir dəfə mənzil paylanıldı, mənə verilmədi. Deyildi ki adıma ipoteka krediti var. Bəli, mənə güzəştsiz ipoteka krediti verilib. Hələ 20 ildən sonra bu ev mənim ola-olmaya. Yerlərdə olan məmurlar öz üzərinə düşən vəzifəsini yerinə yetirsələr yaxşı olar.Hər ay 225 manat ipoteka krediti ödəyirəm. Həyat yoldaşım ali təhsilli olsa da mənə baxdığına görə işləmir. İki məktəbli övladım var. İpoteka kreditində olan evimi sığortalatdırmaq istədim, heç bir şirkət sığortalamadı. Mən mənzilin verilməsini gözləyirəm”.

 

 

"QHT-lər layihələrin effektivliyini və təşəbbüskarlığı artırsınlar”

 

Qarabağ qazisi deyib ki, son illər Azərbaycanda şəhid ailələri, əlil və veteranların problemlərinin həlli istiqamətində onlarca ictimai təşkilat yaradılıb: "Bəzi qeyri-hökumət təşkilatları Qarabağ müharibəsi əlillərinin məsələsi ilə bağlı aktiv fəaliyyət göstərirlər. Xüsusi günlərdə bizi ziyarət edirlər, görüşürlər. QHT rəhbərləri əlilliyi olan şəxsləri bir yerə toplayırlar, bizim iştirakımızla Qarabağ müharibəsi əlillərinin problemlərini müzakirə edirlər. Biz də təkliflərimizi veririk. Bəzən əyləncə tədbirləri keçiririk.Əlilliyi olan şəxslərin toplanma yerləri məhduddur. Məcburuq restoranları kirayə tutaq. QHT-lər ofislə təmin olunması üçün yerli icra hakimiyyətinə dəfələrlə müraciət ediblər. Bu qurumdan bildirilib ki onların belə bir səlahiyyəti yoxdur.

Aktiv ictimai fəaliyyətlə məşğulam və "Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin üzvüyəm.Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında "qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu yaradılıb. Şura Qarabağ qaziləri, şəhid ailələri, qaçqın və məcburi köçkünləri hər zaman diqqətdə saxlayır və hər il bu istiqamət üzrə onlarla QHT layihəsini maliyyələşdirir. Çox yaxşı olardı ki, QHT-lər layihələrin effektivliyini və təşəbbüskarlığı artırsınlar. Doğrudur, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə tədbirlər keçirilir. Əlillərə və sağlamlıq imkanları məhdud insanlara diqqət və qayğı artırılmalı, onların problemlərinin həllinə cəmiyyət cəlb olunmalı, reabilitasiyası, sosial və psixoloji hazırlıqları təmin edilməlidir. Onu da qeyd edim ki, qəbul olunan dövlət proqramlarının həyata keçirilməsində hökumət təşkilatları ilə yanaşı, qeyri-dövlət təşkilatları da mühüm rol oynayır”.

 

Təklif...

 

Birinci qrup Qarabağ müharibəsi əlili bir təklif də irəli sürdü: "Dövlət məni minik avtomobili ilə təmin edib. Təklif edirəm ki gözdən birinci qrup əlillər sürücü xidməti ilə də təmin olunsunlar. Mən görmə qabiliyyətimi itirdiyim üçün avtomobilimi başqa şəxs idarə etməli olur. O şəxslər də sürət həddini keçdiyinə görə mənə cərimə gəlir. Mən cəriməni ödəməkdə çətinlik çəkirəm. Hərbi xidmətdə olduğum zaman xidməti avtomobilimi sürücü ilə təmin etmişdilər. Yaxşı olardı ki indi də avtomobil ilə təmin etsinlər.

 

Bir məsələni də vurğulmaq istəyirəm. Belə ki, bəzi şəxslər saxtakarlıq edərək Qarabağ müharibəsi əlili statusunu əldə edib, bu kateqoriyadan olan vətəndaşların təminatından istifadə edirlər. Qarabağ müharibəsi əlilləri ilə bağlı araşdırılma aparılmalıdır. Həqiqi və saxta əlillər müəyyənləşdirilməlidir”.

 

Elcan İbrahimov

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15