Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
A A A
12/02/2017
Oxunma sayısı : 51460

|

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib 

Noyabrın 30-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Komitə sədrinin müavini, Seçki Komissiyasının sədri Niyazi Rəhimov səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini salamlayaraq bildirib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən ilk dəfə olaraq komitə yanında İctimai Şuraya seçkilər keçirilir.

Onun sözlərinə görə, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm islahatlar həyata keçirilib. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanunlar qəbul edilib, eyni zamanda QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilib. 2012-ci ildə “Açıq Hökumətin təşviqinə dair ilk Milli Fəaliyyət Planı” təsdiq edilib. 2016-cı ildə daha bir Fəaliyyət Planı qəbul edilərək ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanun qüvvəyə minib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Ölkədə vətəndaş cəmiyyəti ilə hakimiyyətin birgə fəaliyyət göstərdiyi dialoq platformaları mövcuddur. Bu platformaların bir çoxunda birgə qərar qəbuletmə və birgə fəaliyyət formaları mövcuddur ki, bu da ictimai iştirakçılığın ən yüksək səviyyəsi deməkdir.

Sonra komitə yanında İctimai Şuraya seçkilər keçirilib. Səsvermədə  qeydiyyatdan keçmiş 41 QHT nümayəndəsindən 38-i iştirak edib və səs verib.

Səsvermə “İctimai iştirakçılıq haqqında” Qanunun və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə əsasən keçirilib. Qanunvericiliyə əsasən səsvermədə iştirak edənlərin ümumi sayının yarıdan çoxunun səsini qazanmış namizədlər qalib hesab olunur. Səsvermənin nəticələrinə əsasən aşağıda adları qeyd edilmiş QHT təmsilçiləri komitə yanında İctimai Şuranın üzvü seçiliblər:

Rauf Xurşud oğlu Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti (34 səs)
Fuad Dursun oğlu Hümbətov – Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini (31 səs)
İradə Nəcəf qızı Yaqubova – “Els-Müstəqil Araşdırmalar Mərkəzi”nin sədri (31 səs)
İsrayıl İsa oğlu İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru (30 səs)
Eyyub Mahmud oğlu Hüseynov - “Azad İstehlakçılar” İctimai Birliyinin sədri  (28 səs)
Ruslan Bahyəddin oğlu Atakişiyev - “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri (28 səs)
Mirzə Ağamurad oğlu Məmməd Vəliyev – “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri (24 səs)

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:22
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38