"GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi və Nəsimi Rayonu İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Sağlamlıq imkanlarından mәhdud şәxslәrə "BU MӘNӘM” adlı әl іşlәri satış sәrgisi keçirilib.
A A A
11/29/2017
Oxunma sayısı : 2244

|

29 Noyabr 2017 tarixində "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi və Nəsimi Rayonu İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Sağlamlıq imkanlarından mәhdud şәxslәrə "BU MӘNӘM” adlı әl іşlәri satış sәrgisi keçirilib. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.Onu da qeyd edib ki, Nəsimi rayonunda müxtəlif əlillik dərəcəsinə görə qeydiyyatdan keçmiş 7325 nəfər vətəndaş yaşayır. Bunların arasında əmək, böyük vətən və Qarabağ müharibəsi əlilləri, Çernobil qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. A.Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara, xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 147 nəfər əlil rayon istirahət mərkəzləri və sanatoriyalara göndərilmişlər. Əlil Təşkilatlari İttifaqının Prezidenti Davud Rəhimli və GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gulnarə Səlimova əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqların bildirib. Vurğulamışdır ki, əlillər cəmiyyətin bərabər hüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunub.Tədbir zamanı sərgidə əl işləri nümayiş olunan iştirakçılara hədiyyələr, fəxri fərman təqdim edilmiş, musiqi və ziyafət verilmişdir. Bütün istəklərmizi nəzərə alaraq, yerinə yetirən Bakı şəhər Nəsimi rayon İcra Başçısı Asif müəllimə "GÜLSAM" ƏRİB-in üzvləri adından və öz adımdan sonsuz təşəkkürümüzü bildiririk. Dəvətmizi qəbul edərək tədbirdə iştirak edən 1 saylı Sağlamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzində təhsil alan gənclərin iştirakına görə, Mərkəzin direktoru Rəhilə xanıma və digər iştirakçılara təşəkkürümüzü bildiririk.

GÜLSAM Əlillərin Reabilitasiya İctimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15