Misirin aparıcı media nümayəndələri cəbhə bölgəsinə səfər ediblər
A A A
12/04/2017
Oxunma sayısı : 1975

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə gəlmiş Misirin aparıcı media nümayəndələri cəbhə bölgəsinə səfər ediblər. Nümayəndə heyəti ilk olaraq 1993-cü ildə bir neçə ay işğal altına düşmüş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə gələrək ermənilərin törətdikləri vəhşiliklərin şahidi olublar. BAMF-ın prezidenti  Umud Mirzəyev nümayəndə heyətinə məlumat verib ki, doğulub boya-başa çatdığı Aşağı Əbdürrəhmanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin yanvarında Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə kəndin ərazisinin böyük hissəsi işğaldan azad olunub.

“İşğalda qaldığı bir neçə ay ərzində erməni vandalları tərəfindən kənddəki bütün evlər talan edilərək yandırılıb. Hətta kəndin qəbiristanlığındakı qəbirlər də dağıdılıb, məzar daşları güllələnib. Qəbiristanlıqdakı bütün məzar daşlarında güllə izləri var. Erməni silahlıları tərəfindən kənddə törədilən vəhşiliklər təkcə bizim deyil, hər kəsin faciəsidir”, – deyə Umud Mirzəyev bildirib.

Münaqişə ilə bağlı həqiqətlərin təbliğində belə səfərlərin böyük əhəmiyyəti olduğunu deyən BAMF prezidenti mütəmadi olaraq xarici media təmsilçilərinin regiona səfərlərini təşkil etdiklərini deyib.

Misir nümayəndə heyətinin üzvləri isə bildiriblər ki, bütün bu dağıntılar, qəbiristanlığa qarşı olan təhqirlər qəbuledilməzdir. Bu, insanların hisslərinə toxunur. Burada gördükləri onları çox kədərləndirib. Çünki məzar daşlarını dağıtmaq, atəşə tutmaq vəhşiliyin ən son həddidir.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov bildirib ki, dağıntıları, müharibə nəticəsində darmadağın olan insan həyatlarını görən şəxs buna laqeyd qala bilməz. “Bu dağıntılar onu göstərir ki, ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlıların izlərini silmək istəyirlər. Ancaq bizim burada olmağımız onu bildirir ki, Azərbaycan işğal altında olan bütün torpaqları geri qaytaracaq”.

Sonra Misir nümayəndə heyəti Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. 

Nümayəndə heyətinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, həmçinin kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Məlumat verilib ki, ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Nümayəndə heyəti kəndin məktəbi və məscidi ilə yaxından tanış olublar. Cəbhə bölgəsində səfərin sonunda isə nümayəndə heyəti 2016-cı ilin aprel əməliyyatları zamanı işğalçıdan azad olunan  Lələtəpə strateji yüksəkliyini də ziyarət ediblər. Səfərin sonunda BAMF prezidenti mətbuata müsahibəsində bildirib ki, nümayəndə heyəti dağıntıları, eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda tikilən evləri gördülər. Bu, Azərbaycanın dünyaya bir mesajıdır ki, biz Qarabağı bərpa olunmuş vəziyyətdə, yeni həyatda görürük. “Biz istəmirik ki, müharibə olsun, bura dağıntılar altında qalsın. Bizim siyasətimiz budur. Biz gələcəyi sülh içində, birgə yaşayışla, o cümlədən yeni evlərlə, məktəblərlə birgə görürük”. –sitatın sonu.

Xatırladaq ki, səfər çərçivəsində Misirli qonaqlar İslam Həmrəyliyi ili münasibəti ilə “İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfransda iştirak ediblər, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Bakı Dövlət Universitetinin rektoru  Abel Məhərrəmovla görüşüblər.  Görüşlərdə əsas müzakirə mövzusu ikitərəfli əlaqələrinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin Misir mətbuatında obyektiv işıqlandırılması və digər qarşılıqlı maraq doğuran məsələlər olub.

 BAMF-ın mətbuat xidməti 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT rayon çempionatına start verdi - 18 / 12 / 2017 19:46
"Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub" - “Əl-Əhram” qəzeti - 18 / 12 / 2017 19:41
“Qəhrəmanlar ölmürlər” layihə çərçivəsində seminar keçirilib - 18 / 12 / 2017 14:34
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi - 18 / 12 / 2017 14:28
QHT təmsilçisinin qeyri-adi toyu - 18 / 12 / 2017 07:12
Xaçmazlı gənclər “Arifə bir işarə” üçün bir araya gəldi - 17 / 12 / 2017 17:25
В Баку прошла конференция на тему «Туркманчайский мирный договор – 190: по следам исторической правды» - 17 / 12 / 2017 14:39
Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq, 2020-ə vəsiqə qazanarsa... - 16 / 12 / 2017 23:14
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bəyanatı - 16 / 12 / 2017 19:21
Media kapitanlarının Türkiyə səfəri davam edir - 16 / 12 / 2017 13:19
“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham - 16 / 12 / 2017 13:09
Parisdə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - 15 / 12 / 2017 15:46
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşını qeyd etdi - 15 / 12 / 2017 14:29
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib - 15 / 12 / 2017 13:13
Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək - 15 / 12 / 2017 06:50
Azay Quliyev növbəti dəfə seçiciləri ilə görüşdü - 14 / 12 / 2017 21:13
Sahib Məmmədov -55 - 14 / 12 / 2017 20:28
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib - 14 / 12 / 2017 15:00
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub - 14 / 12 / 2017 13:49
Hadi Rəcəbli: "Birinci qrup gözdən əlillər təhsil haqqından azad edilə bilər" - 14 / 12 / 2017 12:15
Hicran Hüseynova: "Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil" - 14 / 12 / 2017 11:53
Azərbaycan media təmsilçilərinin İstanbul şəhərinə səfər proqramı başlayıb - 14 / 12 / 2017 11:44
"İrsimizə atəş açmayın" filminin təqdimatı keçiriləcək - 14 / 12 / 2017 11:00
UNİCEF nümayəndəsi: "Əlilliyi olan uşaqların təhsilə cəlb olunmasına xüsusi diqqət edirik" - 14 / 12 / 2017 10:50
Layihə çərçivəsində növbəti seminar keçirilib - 14 / 12 / 2017 07:42
"Çıraqov və qeyriləri Ermənistana Qarşı" işi üzrə İctimai TV-də müzakirələr aparılıb - Video - 14 / 12 / 2017 07:24
Əlillər işlə təminatda hansı problemlərlə üzləşir? - 13 / 12 / 2017 16:09
BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib - 13 / 12 / 2017 11:37
Azərbaycanlı QHT nümayəndələri Almaniyada keçiriləcək tədbirdə iştirak edəcək. - 13 / 12 / 2017 11:00
Orduda QHT və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir - 13 / 12 / 2017 09:15