Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbəti VII Plenumu keçirilib
A A A
12/05/2017
Oxunma sayısı : 42930

|

05 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbəti VII Plenumu keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin və veteranlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.

Plenumun işini giriş sözü ilə sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq qeyd etmişdir ki, Respublika Veteranlar Təşkilatının VII Plenumunda RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, bütün şəhər və rayon təşkilatlarından, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla 120 nəfər üzv seçilmişdir.

Plenumda Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının 2017-ci il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq fəaliyyətini təhlil edərək demişdir: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikası Prezidentinin uğurla davam etdirdiyi veteranlara qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqeyinin, sosial müdafiəsinin gücləndirilməsidir. Azərbaycanda veteranların problemlərinin həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanan fərman və sərəncamlar bu qayğının əyani sübutlarıdır. Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar icra edilir. Müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib. Təkcə ötən il 450 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub və digər tədbirlər görülüb.

Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətinin səmərəliliyini ildən-ilə artırır. Bunu 2017-ci il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə Təşkilatın hesabat dövründəki fəaliyyəti də aydın göstərir. Bu dövrdə həyata keçirilən tədbirlər əsasən bir neçə istiqamət üzrə təşkil olunmuşdur. Bunlardan ən başlıcası İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkili və 72 illiyə hazırlıq istiqamətində həyata keçirilən tədbirlərlə bağlı olmuşdur.”.

Məruzəçi RVT-nin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları, veteranların sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təşkilati və təbliğati iş istiqamətləri üzrə fəaliyyətindən bəhs etmiş, Bakı şəhərində və ölkənin bütün rayonlarında keçirilmiş tədbirlər barədə Plenum iştirakçılarına qısa məlumat vermişdir. O, 2017-ci ilin oktyabr ayınadək ölkədə 602 nəfər ikinci dünya  müharibəsi iştirakçısı olduğunu, onlardan 16 nəfərinin yaşının 100-ü keçdiyini bildirmişdir. Həmçinin, 6683 nəfər ikinci dünya  müharibəsi veteranların dul qadınları, 4742 nəfər məhəlli döyüş iştirakçıları, 3340 nəfər arxa cəbhə veteranları, 21954 nəfər Silahlı Qüvvələr veteranları, 133.624 nəfər əmək veteranı olduğu vurğulanmışdır.

C.Xəlilov il ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən daxil olmuş 150-dən çox məktub, ərizə və müraciətlər əsasında veteranların sosial-hüquqi müdafiəsinin təmin olunması, problemlərinin həlli məqsədi ilə Azərbaycan Respublikası müxtəlif dövlət  orqanlarına rəsmi məktublar, sorğular göndərildiyini bildirmişdir. Eləcə də, il ərzində telefon vasitəsi ilə 100-ə yaxın müxtəlif zümrədən olan veteranın müraciət və xahişi araşdırılmış, zəruri hallarda onlar Təşkilatda qəbul edilmişlər. Həmin müraciətlər mənzillə təminat, mənzil təmiri, xüsusi avtomaşın alınmasından başlamış, şəhid statusunun bərpası, pensiyanın yenidən hesablanması, müharibə veteranı vəsiqəsinin verilməsi, məhkəmə qərarlarının icrasına qədər ən müxtəlif sahələri əhatə etmişdir.

C.Xəlilov Təşkilatın keçirdiyi ən mühüm tədbirlər sırasında “Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatını, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyovun, görkəmli alim və hərbi xadim Kərim Kərimovun yubileylərini, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisindəki İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” günündə dünyanın 70-ə yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə  çağrış və s. tədbirləri qeyd etmişdir. O, Azərbaycan Respublikası Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Cənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri, dünyanın 20 ölkəsindən yüksək səviyyəli qonaqların iştirak etdiyi “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfransı xüsusi vurğulamış, bu tədbirin ölkə ictimaiyyəti, həm də xarici ölkə nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

Məruzə ətrafında çıxış edən ikinci dünya müharibəsi veteranı Fatma Səfərova, Preziden Admistrasiyası İcyimai-siyasi məsələlər şöbəsinin müdir müavinin Ərəstun Mehdiyev, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Gəncə şəhər Veteranlar Təşkilatının sədri Yusif Məmmədov, Ağdam rayon Veteranlar Təşkilatının sədri Hümmət Sadıqov, Sabunçu rayon Veteranlar Təşkilatının sədri Elxan Mirzəyev, Zəngilan rayon Veteranlar Təşkilatının sədri Əşrəf Şükürov, RVT-nin 2017-ci ildəki fəaliyyətin yüksək qiymətləndirmiş, veteranlara göstərilən qayğıdan və qarşıda duran vəzifələrdən danışmışlar.

VII Plenum müzakirə olunan məsələlərlə bağlı, o cümlədən Respublika Veteranlar Təşkilatının 2018-ci il üzrə tədbirlər planının təsdiqi barədə müvafiq qərarlar qəbul etmişdir.

RVT-nin VII Plenumunda dövlət orqanlarının nümayəndələri, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media təmsilçiləri iştirak etmişlər.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41