İcra Başçısı tanınmış ictimai fəaldan əl çəkmir
A A A
12/06/2017
Oxunma sayısı : 34115
Tanınmış ictimai fəal, «Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası»nın sədri, eyni zamanda «7news» xəbər portalının baş redaktoru Səbuhi Abbasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bu barədə o, özü verdiyi məlumatda qeyd edir ki, Abşeron icra başçısı İradə Gülməmmədova bu vasitə ilə ona təzyiq göstərir.

«Bu gün Binəqədi rayon məhkəməsində Abşeron icra başçısı İradə Gülməmmədovanın şikayəti ilə xüsusi ittiham qaydasında şəxsimə və rəhbəri olduğum xəbər portalına qarşı iddia ilə bağlı növbəti məhkəmə keçirildi. Öncəliklə qeyd edim ki, ilin əvvəlində gedən yazı başqa saytın məhsuludur. Olduğu kimi istinadla vermişik. Yazı dərc olunmamışdan öncə dəfələrlə mövqe öyrənilməsinə, icra hakimiyyətinin rəsmi saytında göstərilən nömrələrlə əlaqə saxlamağa çalışmışıq. Başı tikinti-söküntüyə qarışan xanım başçını tapmaq ümumiyyətlə möcüzə kimi qəbul edilir. Əl-qərəz hakimə deyirəm yazı istinadla verilib, mənbə də zalda. Yazını tək biz yox, onlarla sayt verib». 

S.Abbasov icra başçısı barədə müəyyən iddialar da səsləndirərək əlavə edib: 

«Bundan başqa Abşerondakı mövcüd vəziyyət hər kəsə bəllidir. Hətta təklif etdim ki, gəlin hər birimiz indi cəhd edək, xanım icra başçısı ilə bir jurnalist kimi əlaqə yaratmağa çalışaq. Mümkün olacaqmı? Hakimə bu sualı verdikdə «bu mənə maraqlı deyil»  fikrini deməklə əslində mövcud vəziyyəti təsvir etmiş oldu. Qərar elan olundu ki, mən təqsirləndirilən şəxs qismində 13 dekabrda olacaq növbəti məhkəməyə qatılmalıyam. Bilirsiniz, ümumiyyətlə belə təfəkkürlü insanlar idarəçilikdən uzaqlaşdırılmalıdırlar. Bir nəfər mənə desin ki, İradə Gülməmmədova bu dövlət üçün strateji olaraq hansı xidmətə imza atıb. O hansı üz ilə medianı xüsusi ittiham qaydasında məhkəməyə verilir? Yaxud məhkəmə sistemi niyə haqlı tərəf olan vətəndaş cəmiyyətinin deyil, fəaliyyəti hər kəsə bəlli olan xanım məmurun yanında olur? Görünən odur ki, hələ də bəzi məmurlar Cənab Prezidentin çağırışlarını ya başa düşmür, ya da özünü elə göstərirlər ki, guya başa düşmürlər. İstənilən halda beyni korrupsiyalaşmış, harınlamış, dövlətin, dövlət başçısının müsbət imici «xərcləyən»  məmurlar çox qısa zaman kəsiyində layiq olduqları yeri görəcəklər». 

Ölkə.Az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 15:26
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53
Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT - 11 / 07 / 2018 17:47
2500 illik Nizami Yurdunda baş verən hadisələr - 11 / 07 / 2018 14:35
“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib. - 11 / 07 / 2018 14:02
Rufiz Qonaqov : “Ölkəmizdə ictimai siyasi sabitliyi pozmaq mümkün olmayacaq” - 11 / 07 / 2018 13:59
“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır” - 11 / 07 / 2018 13:57
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi radikalların əməlini pislədi - 11 / 07 / 2018 13:55
“Azərbaycanı Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qalacaq" - 11 / 07 / 2018 13:30
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi davam edir - 11 / 07 / 2018 13:27