BAMF prezidenti BMT-nin Nyu Yorkdakı baş qərargahında görüşlər keçirib
A A A
12/13/2017
Oxunma sayısı : 40437

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilatın nümayəndə heyəti ilə birgə Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının Sülh və Təhlükəsizlik mövzusunda keçirilən panel müzakirələrinə qatılıb. Maraqlı debatlara səhnə olan müzakirələrdə GUAM ölkələrində münaqişələrin alovlanmasında sülh və təhlüəsizlik amilləri, münaqişələr zamanı humanitar böhranın aradan qaldırılması, münaqişələrin həllində qarşılıqlı etimad, sülh və dayanıqlı inkişaf kimi məsələlər diqqətə çatdırılıb. BAMF-ın prezidenti Umud Mirzəyev və  nümayəndələr Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətlə bağlı məsələləri və ölkəmizin mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırıb.

İlk görüş BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Mark Andre Dorel (Marc-Andre Dorel) ilə keçirilib. BAMF-ın bu illər ərzində gördüyü işləri, Şuranın dünyada tanınmasına verdiyi töhvəni çox yüksək qiymətləndirən cənab Dorel bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib. O eyni zamanda BAMF-ı  BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin 2019-cu ildə təşkil edəcəyi ən yüksək statuslu Liderlər Forumuna qatılmağa, eyni zamanda forumun işinə ayrıca töfhə verməyə dəvət etdi. BAMF –ın bu forumda xüsusi təqdimatla çıxışının əhəmiyyətinə toxunan cənab Dorel təşkilatın beynəlxalq təcrübəsinin bütün üzvlərə ciddi faydalar gətirəcəyinə, şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar açacağına inandığını bildirib.

Görüş zamanı BAMF prezidenti Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və dövlətin oynadığı vacib rol barədə Mark Andre Dorelə ətraflı məlumat verib.  Fikir mübadiləsi zamanı ECOSOC-un QHT bölməsi ilə birgə fəaliyyətin zəruriliyindən söhbət açıb. BMT-in Baş Assambleyası kimi yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti haqqında danışılan görüşdə gələcək əməkdaşlığın imkanları da geniş müzakirə olunub. Cənab Mirzəyev bu yaxınlarda BAMF-ın təşkilatçılığı ilə Azərbaycanın  bir sıra qeyri qeyri hökumət təşkilatlarının iştirakı ilə “BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda keçirilən tədbiri yada salıb. Bildirib ki, BAMF-ın ofisində baş tutan tədbirdə Azərbaycandan olan vətəndaş cəmiyyəti qurumlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Bu görüş həm yerli QHT-lər, həm də BMT-ın Bakıdakı nümayəndəliyi tərəfindən çox müsbət qarşılanıb.   

Umud Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərərçəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu tendensiya olub.

Bununla yanaşı, BAMF prezidenti dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşması və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

BMT-yə səfər çərçivəsində BAMF nümayəndələri İnsan Haqqları Bəyənnaməsinin elan olunmasının     70 illiyinə həsr olunmuş tədbirə qatılıblar. Tədbirdə çıxış edən BMT baş katibi Antoni Quterreş, BMT Baş Assambleyasının 72 sessiyasının prezidenti Miroslav Lajçak, BMT-nin Miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Louis Arbor və digərləri bu günkü dünyamızda insan haqlarının pozulmasının bəşəriyyətin üz-üzə qaldığı ən ağrılı problem olduğunu qeyd ediblər. Çıxışçılar insan haqlarının pozulmasına səbəb olan müharibələrin heç zaman qələbə ilə yekunlaşmadığını ifadə ediblər. Tədbirdə BMT İnsan Haqları Komissiyasının keçmiş komissarı, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Navi Pilay ilə görüşən Umud Mirzəyev insan haqqları ilə bağlı durumun yaxşılaşdırılması üçün zəruri olan tədbirlər və bu sahədə Azərbaycanın təşəbbüslərindən söz açıb. Xanım Navi Pilay gənc ölkələrin bu sahədə əzmlə fəaliyyət göstərməli olduqlarını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində müsbət mövqeyini qeyd edib. Daha sonra Umud Mirzəyev BMT Sosial-İqtisadi Şurasının baş komissarı Hu Vonqbo və BMT-nin Afrika üzrə xoşməramlı səfiri, Yeni Gələcək Fondunun prezidenti Delois Blakely ilə görüşüb. Xanım Delois Blakely BAMF-ın fəaliyyəti ilə tanış olduğunu, görülən işləri yüksək dəyərləndirdiyini bildirib.

Qeyd edək, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi BAMF-ın Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının müzakirələrində iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.

BAMF-ın mətbuat xidməti 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Beynəlxalq Avrasiya Mətbuat Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45