Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub
A A A
12/14/2017
Oxunma sayısı : 31966
Bu gün Avropa İttifaqı və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" birgə layihəsinin yekun qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub.

 
APA-nın xəbərinə  görə, layihə Azərbaycanda 3351 həssas uşağın pulsuz hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərindən istifadə imkanlarının artırılmasına kömək edib.

 
Şirvan, Mingəçevir, Qəbələ, Ağcabədi və Şəmkir, həmçinin qonşu rayonlarda keçirilən layihə çərçivəsində həmçinin zorakılıq baş verdiyi halda müdafiə tədbirlərindən yararlana bilmək üçün qapalı müəssisələrdə yaşayan 3500 uşağın hüquqları daha yaxşı monitorinq olunub.

 
Tədbirdə çıxış edən UNİCEF Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, Azərbaycanda ədliyyə sahəsində əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir: "Bu nəticələr uşaq və yeniyetmələrin həyatına təsir edən məsələdir. Əsas məsələ ailələrin ədliyyə sisteminə çıxışını asanlaşdırmaqdır. Bu layihənin dayanıqlı olması üçün hökumətin maliyyə dəstəyi mütləqdir. Layihənin gerçəkləşdirilməsi üçün hər uşağa 64 manat (32 avro) lazımdır. Azərbaycanda adekvat insan hüquqları resurslarının yaradılması baxımından hazırda Vəkillər Kollegiyasının atdığı addımların sürətləndirilməsi vacibdir. Bu layihənin büdcəsi 402 990 avro olub" .

 
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçisi Yorun Villems bildirib ki, qanunla problemi olan uşaqların taleyi ürəkaçan deyil. O deyib ki, Azərbaycan Cinayət Məcəlləsinə uşaqlarla bağlı əlavə və dəyişikliklərin edilməsi  vacibdir: "Alternativ icma, əsaslı reabilitasiya və islah işlərinin gerçəkləşdirilməsi istiqamətində təkmilləşdirilmiş addımlar atılmalıdır. Uşaqlara cəza yox, əlavə şans verilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməliyik. Layihə çərçivəsində regionlarda 3 min ailə hüquqi yardımla təmin olunub. Avropa bu sahəni dəstəkləməkdə davam edir".

 
Tədbirdə çıxış edən  millət vəkili Bahar Muradova isə bildirib ki, uşaqlar üçün ədliyyə  sistemi Milli Məclisin gündəliyinə daxil olan məsələdir. Qeyd olunub ki, yeniyetmə yaşına çatmayan uşaqların ədalətli mühakiməsi sahəsində qanunvericilik aktlarına dəyişiklik edilməlidir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31