Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının əməkdaşlığı veteran hərəkatına xüsusi tövhələr verəcək
A A A
12/15/2017
Oxunma sayısı : 33517

|

15 dekabr 2017-ci il tarixində Respublikanın əməkdar hüquqşünası Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki, Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının rəhbəri, hüquq elmləri doktoru, professor İlham Rəhimov Respublika Veteranlar Təşkilatında olmuşdur.

Öncə İlham Rəhimov Respublika Veteranlar Təşkilatında yaradılmış şəraitlə tanış oldu. Təşkilatın tarixi, Respublikamızda həyata keçirilən veteran hərəkatında Təşkilatın rolu, eləcə də, Prezident ilham Əliyevin veteranlar göstərdiyi diqqət və qayğı barəsində qonağa geniş məlumat verildi.

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynovla profesor İlham Rəhimovun görüşü keçirildi. Görüşdə həmçinin Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov və Təşkilatın Rəyasət Heyətinin üzvü hüquq elmləri doktoru, professor Bəhram Zahidov da iştirak etmişdir. 

General polkovnik Tofiq Ağahüseynov İlham Rəhimovu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. Təşkilatın sədri İlham Rəhimovun Azərbaycan xalqı və elmi qarşısında danılmaz fəaliyyəti olduğunu diqqətə çatdırdı. Veteranların hüquqlarının müdafiəsi, onların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirdi.

İlham Rəhimov da öz növbəsində Tofiq Ağahüseynovun timsalında bütün veteranları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibətilə təbrik etdi. Respublika Veteranlar Təşkilatında yaradılmış şəraiti yüksək qiymətləndirən İlham Rəhimov Təşkilatla tanışlıqdan məmnunluq ifadə etdi. Respublikamızada veterana hərakatının yüksələn xətlə inkişaf etdiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, Respublika Veteranlar Təşkilatının bütün qəbildən olan veteranların sosial problərinin həlli istiqamətdində gördüyü işlərin əvəzsiz olduğunu bildirdi. Təşkilatın əməkdaşlarının işini yüksək qiymətləndirərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

İlham Rəhimov rəhbərlik etdiyi Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının Azərbaycan Respublikasında həyata keçirdiyi, xüsusən də veteranların hüquqları sahəsində gördüyü işlər barəsində məlumat verdi. Assosasiyanın  Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlıq etməyə və gələcəkdə Veteranların hüquqlarının müdafiəsi sahəsində Təşkilata dəstək olmağa hazır olduğunu diqqətə çatdırdı.

Görüşdə Respublika Veteranlar Təşkilatı ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığı ifadə edildi.

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov İlham Rəhimova respublikada həyata keçirilən veteran hərəkatındakı fəal iştirakına görə Təşkilatın təsis etdiyi “Veteran Həmrəyliyi” və “Həzi Aslanov” yubiley medalını təqdim etdi.

Sonda Xatirə şəkli çəkdirildi. 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53