“Şalvar ala bilməyənlər arvad alırlar” - Tanınmış jurnalistdən valideynlərə sərt ittiham
A A A
12/16/2017
Oxunma sayısı : 30692
"Bu ilin 10 ayı ərzində Azərbaycanda 12 min 191 ailənin dağılması həyəcan təbili çalmaq üçün ciddi əsas verir. Rəsmi statistikaya görə, ölkəmizdə orta hesabla hər ay 1200 nikah pozulur. Bu cür təhlükəli vəziyyətin yaranmasına görə təkcə ayrı-ayrı fərdlər deyil, bütövlükdə cəmiyyət məsuliyyət daşıyır”.

Bu sözləri BakuPost.az saytına açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib. S.Verdizadə qeyd edib ki, Azərbaycanda ailə institutu tənəzzülə uğramaqdadır: "Nikahların pozulması təkcə bir ailənin faciəsi deyil. Bunun bədəlini biz hamımız bir yerdə ödəyəcəyik. Odur ki, cəmiyyət bu problemə laqeyd qalmamalıdır”.

Jurnalist deyib ki, boşanmaların sayının artmasının müxtəlif səbəbləri var. Onun sözlərinə görə, əsas səbəblərdən biri də bəzi valideynlərin vaxtından əvvəl baba, nənə olmaq arzusudur: "Azərbaycanda nikah yaşı 18-dir. Yalnız istisna hallarda, üzrlü səbəblər olduqda 17 yaşda da evliliyə icazə verilə bilər. Ölkəmizdə il ərzində təxminən 4000 erkən nikah baş tutur. Boşanmalarla bağlı statistikanən şişməsində erkən qurulan ailələrin də "payı” var”,

S.Verdizadə bildirib ki, valideynlərin ailənin yükünü daşımağa hazır olmayan gəncləri izdivaca məcbur etməsi sonradan fəlakətə gətirib çıxarır: "Sosial problemlərin müzakirə olunduğu verilişlərdə 5 il ekspert qismində fəaliyyət göstərmişəm. Bəzən valideynlərin qayğanaq bişirə bilməyən qızları ərə verdiyinin şahidi olmuşam. Əlində işi-gücü, sənəti olmayan oğlanların evlənməsi də eyni dərəcədə təhlükəlidir. Təəssüf ki,  özlərinə şalvar ala bilməyənlər arvad alırlar. Vəziyyət o həddə çatıb ki, bir-birini sevən gənclər ömür yollarını birləşdirməyə cəsarət etmirlər”.

ŞƏRHLƏR
XƏBƏRLƏR
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25