Media kapitanlarının Türkiyə səfəri davam edir
A A A
12/16/2017
Oxunma sayısı : 39071

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfərlər proqramı davam edir. Dekabrın 14-də media təmsilçiləri Türkiyənin məşhur media qurumlarında görüşlər keçiriblər.

TURKUVAZ Media Qrupuna gələn nümayəndə heyətinə media qurupun mövcud durumu, tətbiq etdiyi texnologiyalar barədə məlumat verilib. Daha sonra görüş ingilisdilli "Daili Sabah" qəzetinin redaksiyasında davam etdirilib. Qəzetin redaktoru Mehmet Çelik xəbər əldəetmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini çatdırıb. O, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb. Turkuvaz Media Qrupunun yayımladığı xəbərlərdə Azərbaycana aid informasiyaların kəmiyyəti və keyfiyyəti barədə xüsusi müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti üzvlərinin İstanbul Aydın Universitetində görüşü keçirilib. Universitetin direktor müavini Selman Arslanbaş nümayəndə heyətinə Universitetin fəaliyyəti, Azərbaycanla bağlı proqramları barədə məlumat verib. Daha sonra Universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Nümayəndə heyətinin üzvləri İstanbulda tarixi abidələrlə tanış olub, mədəniyyət obyektlərində görüşlər keçiriblər.

Azərbaycan media təmsilçilərinin İstanbula səfər proqramı dekabrın 17-nə qədər davam edəcək. Məlumat üçün bildirək ki, səfər proqramı Fondun «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir.

Nümayəndə heyətinin tərkibinə Fondun Müşahidə Şurasının sədri, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov,Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, APA holdinqin prezidenti Vüsalə Mahirqızı, "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, "Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov,"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, "Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, "AzərTAC” İnformasiya Agentliyinin müxbiri Səlim Rəhimzadə daxildir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53