Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 illik fəaliyyətini qeyd etdi
A A A
12/18/2017
Oxunma sayısı : 10269
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 yaşında
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ölkə QHT-ləri arasında nüfuz qazanmış təşkilatlardandır.


QHT TV xəbər verir ki, dekabrın 15-də təşkilat özünün 20 illik fəaliyyətini qeyd edib və bu münasibətlə hesabat konfransı keçirib. Milli himnimizin səslənməsindən sonra təşkilatın yubileyinə toplaşanlar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının keçdiyi çətin fəaliyyət yolu ilə tanış olublar. Tədbirdə qeyd olunub ki, təşkilat yaranana qədər, ötən əsrin 90-cı illərdə Azərbaycanda insanlar arasında hemofiliya xəstəliyi haqqında məlumatsız hökm sürürdü, qan xəstəliyi daşıyanların vəziyyəti isə xeyli açınacaqlı idi.

Çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnara Hüseynova bildirdi ki, təşkilatı qurduğu illər həmin xəstələrin müalicəsi və dərmanlarla təchizatı mümkünsüz idi. Amma ötən illər ərzində dövlətin vacib məsələyə diqqətinin yönəldilməsinə dair xeyli işlər görülüb, hemofiliyalı insanlara yardımla bağlı dövlət orqanları ilə sıx əməkdaşlıq qurulub. İnsanların problemləri ilə tanışlıq və xəstəlik haqqında maarifləndirmə işləri görülüb və proses davam etməkdədir.


Bu gün 20 illik fəaliyyətin çətinlikləri saya alınmasa da, böyük əmək, xidmətlər göz qabağındadır. Bu zaman kəsiyində görülən işlər nəticəsində Dövlət Proqramı qəbul edilib, indi xəstəliyin ilkin müayinəsi mümkünə çevrilib, xəstəliyin müalicəsində dərman preparatlarla təchizat bir qədər yaxşılaşıb.

Tədbirdə o da vurğulanıb ki, ötən illər ərzində regionlardakı hemofiliyalı şəxslərin dərmanlarla təminatı, kadrların təkminləşdirilməsi , beynəlxalq təcrübənin öyrənilməsi, Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılmasına nail olunub. Bundan başqa Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Mingəçevir şəhərlərində xəstəliyə dair informasiya mərkəzləri yaradılıb.


Konfransda çıxış edən Assosiasiyanın icraçı direktoru Ayaz Hüseynov isə təşkilatın gələcək planlarından, dəf olunacaq problemlərindən ,qarşıya qoyulan fəaliyyət proqramından danışıb. O, dərmanların regionlara paylaşdırılması mexanizminin yaradılmasının, hemofiliyalı insanların elektron bazasının hazırlanmasının, ortoped cərrahların təkminləşdirilməsinin, tibbi genetik laboratoriyanın yaradılmasının vacibliyini qeyd edib. Bu işdə dövlət dəstəyini arzuladıqlarını vurğulayıb. Hesabat konfransına qatılan İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanova yubileyini qeyd edən təşkilatı alqışlayıb və gələcək işlərində uğurlar arzulayıb.


Bu arada konfransda iştirak edən, mütəxəsis-həkim , professor Mir Eldar Babayev həm xəstəlik, həm də təbdir səbəbkarları barədə səmimi fikirlərini bölüşüb.

Tədbir qonaqların, QHT nümayənlərinin çıxışları ilə davam edib. Onlar təşkilatin vacib missiyasını alqışlayaraq onlara daim dəstəyin vacibliyini bildiriblər.

Əlil təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli müsahibəsində onu da qeyd etdi ki, gələn il 2018-ci ildə Bakıda hemofiliyalı xəstələrin problemləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Əlbəttə ki, bu tədbirin baş tutmasında məhz bu gün 20 illik yubileyini qeyd edən milli təşkilatımızın rolu böyükdür. Toplantıda qonaqlar üçün hemofiliya xəstəliyi barəsində və bu günədək keçirilmiş beynəlxalq, yerli tədbirlərlə bağlı vidioçarxlar nümayiş etdirilib.

Beləliklə, 20 illik fəaliyyətini qeyd edən təşkilat insanları xəstəliklə bağlı maarifləndirməyə, heofiliyalılara dəstək olmaqda davam edir. Bunun üçün yenə də dövlət dəstəyi, vətəndaş cəmiyyətindəki fəallıq əsas şərtdir. Çünki bütün insanların sağlam yaşamağa haqqı var.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
İlham Əliyev: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır” - 23 / 01 / 2018 19:01
Türkiyədə təhsil almış azərbaycanlı məzunlardan “Zeytun budağı”na dəstək - 23 / 01 / 2018 13:13
Əfsanəvi sərkərdənin anım günü keçirilib - 22 / 01 / 2018 18:19
QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək - 22 / 01 / 2018 18:01
Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu - 22 / 01 / 2018 15:17
ASGA media-hesabat yaydı: 2017-ci il ərzində 20 layihə, 14 tədbir, 12 səfər və 1267 məqalə - 22 / 01 / 2018 08:36
Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi - 22 / 01 / 2018 06:36
Yayım Assosiasiyası və QHT TV-nin birgə layihəsi olan "Yeni Nəşrlər" verilişinin ilk buraxılışı - 22 / 01 / 2018 05:59
Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi ehtiyacı olan insanları bir araya yığdı - 21 / 01 / 2018 08:58
Vətən sağ olsun!- Şuranın dəstəyi ilə çəkilən filmin nümayişləri davam edir. - 19 / 01 / 2018 19:43
20 yanvar faciəsinin 28-ci ildönümündə məktəblilər Şəhidlər Xiyabanına ziyarətə gəliblər - 19 / 01 / 2018 19:17
Bakıda 20 yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirilib - 18 / 01 / 2018 18:56
“Müstəqil Azərbaycanın tarixində 20 yanvar” - 18 / 01 / 2018 18:29
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək - 18 / 01 / 2018 18:21
Gənc rəssamlar 20 Yanvar şəhidlərini andılar - 18 / 01 / 2018 17:36
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür - 18 / 01 / 2018 13:31
Gənclər biomüxtəliflik və ətraf mühitlə Milli parkda tanış oldular - 18 / 01 / 2018 07:56
QHT sədri "ARB24"-ə təşəkkür etdi - 17 / 01 / 2018 19:16
QHT-dən gənclərə iş imkanı - 17 / 01 / 2018 18:57
Как жили азербайджанцы в Армении. - 17 / 01 / 2018 18:52
Müşfiq Ələsgərli sorğunun nəticələrini açıqladı - 17 / 01 / 2018 15:37
QHT sədri müğənniləri "topa tutdu" + VİDEO - 17 / 01 / 2018 15:31
Azay Quliyev Şura Katibliyinin baş məsləhətçisini Fəxri Fərman ilə təltif etdi - 17 / 01 / 2018 15:10
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46