Azərbaycan, Ukranya və Kazak xalqlarının dostluq əlaqələri inkişaf edir!
A A A
12/25/2017
Oxunma sayısı : 13067

|

Dünya Kazakların Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları”-nın Getmanının Azərbaycan üzrə nümayəndəsi Kazak Marşalı Üzeyir Vahabov 20–23 dekabr tarixlində Azərbaycanda işgüzar səfərdə olmuşdur.

Həmyerlimiz Üzeyir Vahabov ilk öncə Fəxri xiyabana gedərək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyaraq ziyarət etdikdən sonra o, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi qoyaraq ziyarət etdi.

Sonra o, Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad etdi.

 Daha sonra Kazak marşalı Üzeyir Vahabov, Azərbacan xalının fəxri və həmyerlisi olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsini yad edib, abidəsi önünə gül dəstəsi qoydu. Sonra o, Şəhidlər Xiyabanında Ziyarət zamanı Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək, abidə önündə  baş əyərək gül dəstəsi qoydu.

 Kazak marşalı Üzeyir Vahabov, ziyarətləri bitirdikdən sonra,  Respublika Veteranlar Təşkilatında olaraq, təşkilatın  sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovla görüşərək gələcəkdə birgə əməkdaşlıq edərək tədbirlərin keçilməsi məsələsi müzakirə etdi.

Daha sonra Kazak marşalı Üzeyir Vahabov Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun və “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyinin qərargahında olaraq hər iki təşkilatların rəhbərləri ilə  görüş keçirdərək tanış oldu.

Görüş zamanı, Azərbaycan Respublikası Beynəlmiləlçi  Əlil Döyüşçülər Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin  veteranı Sərraf Orucov həmyerlimiz Kazak Marşalı Üzeyir Vahabova Azərbaycan,  Kazak və Ukraynaya xalqları arşındakı dostluq əlaqələrini inkişaf etdirərək həmrəylik nümayiş etdirərərək apardığı səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirdi.

Sərraf Orucov həmyerlimizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasın, özgəninkiləşdirilməsini, yer adlarının qanunsuz dəyişdirilməsinı barədə və bu ərazilərin guya Ermənistana məxsus olduğunu “sübut” edən “erməni yalanlarını” ifşa etmək məqsədi ilə, Rus dilində video disklər, broşuralar təqdim edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətin kimin tərəfində olduğu haqında ətraflı məlumat verərdi. 

Sərraf Orucov xüsusi ilə qeyd etdi ki, Dünya dövlətləri və xalqları arasında, çox saylı qırğınlara, münaqişəyə məruz qalmış dövlətlərdən biridə, Azərbaycan xalqına yaxın dost dövlət  sayılan Ukrayna dövləti və xalqıdır. Çünki bu gün Azərbaycan dövlətinin qarşılaşdığı hərbi münaqişə, Ukrayna dövlətində yaşanaraq, hərbi münaqişə nəticəsində, Ukraynanın bir neçe vilayətinin şəhər və qəsəbələrində bombalar yağdırılaraq, minlərlə dinc əhalinin  ölümünə səbəb olur və əhali qorxu içində yaşayır. Ukrayna xalqı da hərbi münaqişə nəticəsində, Azərbaycan xalqı kimi, öz doğma torpaqlarından didərgin düşərək, başqa dövlətlərin ərazisində sığınacaq taparaq qaçqınlıq həyatını yaşayirlar.    

 Sərraf Orucov Kazak Marşalından, Müstəqil Dövlətlər Birliyində Avropaya inteqrasiya edən ən böyük dövlətlərdən biri sayılan və Avropa, Müstəqil Dövlətlər Birliyinin dövlətlərinin diqqət və marağı mərkəzində olan Ukraynada fəaliyyət göstərən, müharibə, veteran QHT-ları, KİV-ları, Azərbaycan Diaspor təşkilatları və Ukrayna ictimaiyyəti arasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını, özgəninkiləşdirilməsini, yer adlarının qanunsuz dəyişdirilməsinı barədə və bu ərazilərin guya Ermənistana məxsus olduğunu “sübut” edən “erməni yalanlarını” ifşa edərək, əsl həqiqətləri Ukrayna və Kazak xalqlarının diqqətinə çatdırmağı üçün təbliğat aparmağı xahiş etdi.

Görüşdə, “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyinin Atamanı Çiqiryov Yuri Sergeyeviç qonağa Kazak Həmyerlilləri təşkilatı haqqında və Azərbaycanda yaşayan Kazaklar barəsində ətraflı məlumat verdi.  “Azərbaycanda Kazak Həmyerlilləri” Atamanı Yuri Sergeyeviç qonağa məlmat verərək bildirdi ki, vətənpərvər Azərbaycan Kazakları vətənimizə olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 4 nəfəri şəhid, 15 nəfəri əlil olmuş 1 nəfəri isə Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bu gündə keçmiş cəsur kazak döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması üçün, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə səfərbər olaraq torpaqlarımızın ermənilərdən azad etmək üçün yenidən döyüşə getməyə hazırdırlar. 

 Görüşdə gələcəkdə, Dünya Kazaklarının Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları” Təşkilatı, “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyi və Azərbaycan Respublikası Beynəlmiləlçi  Döyüşçülər Fondu birlikdə əməkdaşlıq edərək, Ukraniyada fəaliyyət  göstərən, müharibə, veteran QHT-ları, KİV-ları, Azərbaycan Diaspor təşkilatları və Ukrayna, Kazak xalqları arasında təbliğat apararaq, Azərbaycan, Ukrayna və Kazak xalqları arasındakı dostluq əlaqələrini inkişaf etdirərək həmrəylik nümayiş etdirmək üçün birgə tədbirlərin keçirilməsi qərara alındır.

                             

 

 

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
İlham Əliyev: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır” - 23 / 01 / 2018 19:01
Türkiyədə təhsil almış azərbaycanlı məzunlardan “Zeytun budağı”na dəstək - 23 / 01 / 2018 13:13
Əfsanəvi sərkərdənin anım günü keçirilib - 22 / 01 / 2018 18:19
QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək - 22 / 01 / 2018 18:01
Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu - 22 / 01 / 2018 15:17
ASGA media-hesabat yaydı: 2017-ci il ərzində 20 layihə, 14 tədbir, 12 səfər və 1267 məqalə - 22 / 01 / 2018 08:36
Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi - 22 / 01 / 2018 06:36
Yayım Assosiasiyası və QHT TV-nin birgə layihəsi olan "Yeni Nəşrlər" verilişinin ilk buraxılışı - 22 / 01 / 2018 05:59
Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi ehtiyacı olan insanları bir araya yığdı - 21 / 01 / 2018 08:58
Vətən sağ olsun!- Şuranın dəstəyi ilə çəkilən filmin nümayişləri davam edir. - 19 / 01 / 2018 19:43
20 yanvar faciəsinin 28-ci ildönümündə məktəblilər Şəhidlər Xiyabanına ziyarətə gəliblər - 19 / 01 / 2018 19:17
Bakıda 20 yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirilib - 18 / 01 / 2018 18:56
“Müstəqil Azərbaycanın tarixində 20 yanvar” - 18 / 01 / 2018 18:29
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək - 18 / 01 / 2018 18:21
Gənc rəssamlar 20 Yanvar şəhidlərini andılar - 18 / 01 / 2018 17:36
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür - 18 / 01 / 2018 13:31
Gənclər biomüxtəliflik və ətraf mühitlə Milli parkda tanış oldular - 18 / 01 / 2018 07:56
QHT sədri "ARB24"-ə təşəkkür etdi - 17 / 01 / 2018 19:16
QHT-dən gənclərə iş imkanı - 17 / 01 / 2018 18:57
Как жили азербайджанцы в Армении. - 17 / 01 / 2018 18:52
Müşfiq Ələsgərli sorğunun nəticələrini açıqladı - 17 / 01 / 2018 15:37
QHT sədri müğənniləri "topa tutdu" + VİDEO - 17 / 01 / 2018 15:31
Azay Quliyev Şura Katibliyinin baş məsləhətçisini Fəxri Fərman ilə təltif etdi - 17 / 01 / 2018 15:10
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46