Cəlil Xəlilov: Veteranlar həmişə ön sıradadırlar
A A A
12/26/2017
Oxunma sayısı : 34201

|

Bakı, 27 dekabr, AZƏRTAC

Yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu hesab edilə bilər. İl ərzində veteranlarımız üçün ən yaddaqalan hadisə alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə görüşü olub. Dövlətimizin başçısı həmişə olduğu kimi, veteranlarla səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Həmin görüşdə veteranlarımız bir daha əmin olublar ki, Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara diqqət və qayğı siyasətini bundan sonra da uğurla davam etdirəcək.

Bu fikirləri Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun il ərzindəki fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Hesabat dövründə təşkilatın yeddinci Plenumunun keçirildiyini və istefada olan general-polkovnik Tofiq Ağahüseynovun Rəyasət Heyətinin sədri vəzifəsinə təsdiq edildiyini xatırladan C.Xəlilov bildirib ki, həmin iclasda qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.

Azərbaycanda veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan sədr müavini deyib ki, 2017-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 602 nəfər olub. Onlardan 16-sının yaşı 100-dən çoxdur. Hazırda respublikamızda 4742 məhəlli döyüş iştirakçısı, 3340 arxa cəbhə və 21 min 954 Silahlı Qüvvələr veteranı, 133 min 624 əmək veteranı var. Veteranların dul qadınlarının sayı 6683-dür. Veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il Mərdəkandakı Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında 3786 veteran müalicə kursu keçib.

Qurum itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə də məşğul olub. Hazırda ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13 mindən çox şəxsə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, həmin şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə sosial proqramlar icra olunur. Son iyirmi ildə 3646 nəfər müharibə əlilinə və şəhid ailəsinə mənzil və fərdi ev verilib. Ötən il 450 nəfər müharibə əlili sanatoriya və kurortlara göndərilib.

C.Xəlilov bildirib ki, veteranlarımız Azərbaycan dövlətinin yüksək diqqət və qayğısına cavab olaraq ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir.

Müsahibimiz, həmçinin qeyd edib ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir. Belə ki, bu ilin martında Respublika Veteranları Təşkilatında “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub. Hazırda “Xatirə Kitabı”nın növbəti cildlərinin hazırlanması üzərində iş uğurla davam etdirilir.

Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov deyib ki, veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi mühüm töhfələrlə yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbət açıblar.

Veteranlarımız ölkəmizlə bağlı, eləcə də cəbhə xəttində baş verən hadisələrə dərhal reaksiya verir, bu məsələlərə dair mətbuatda intensiv çıxışlar edirlər. Veteranlar Təşkilatı bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı qəsəbəsini minaatan və qumbaratanlarla atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı işğalçı ölkənin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratmasını, xüsusilə dinc sakinləri hədəfə almaq siyasətini sərt şəkildə pisləyən bəyanatlar verib. Bu bəyanatlar bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilib.

Gələn ilin Azərbaycan, o cümlədən Respublika Veteranlar Təşkilatı üçün mühüm hadisələrlə əlamətdar olacağını qeyd edən C.Xəlilov deyib: “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaq, ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Eləcə də Böyük Vətən müharibəsinin iştirakçısı, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubiley mərasiminin də təşkili planlaşdırılır. Veteranlar həmişə olduğu kimi, builki Prezident seçkilərində də fəal iştirak edəcəklər. Onlar Prezident İlham Əliyevə hər zaman dəstək nümayiş etdirir, onun ətrafında sıx birləşirlər.

Bundan başqa, Böyük Vətən müharibəsində Azərbaycan milli diviziyalarının keçdikləri döyüş yolu haqqında bəzi universitetlərdə elmi-praktiki konfransların, Qələbənin 73-cü ildönümünə həsr edilmiş görüşlərin təşkili nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edim ki, Respublika Veteranlar Təşkilatı Qələbənin 75 illik yubileyinə indidən xüsusi hazırlaşır. Ölkədə veteran hərəkatının, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə fəaliyyətimizi yüksəltməklə, ölkəmizin ümumi inkişafına töhfə verməyə çalışırıq. Bu, həm də bizim dövlətin yüksək qayğı və diqqətinə layiqli cavabımız olardı”.

Respublika Veteranlar Təşkilatının yaradılmasının otuz illiyi münasibətilə nəzərdə tutulan tədbirlərdən danışan istefada olan polkovnik bildirib ki, bu əlamətdar hadisə ilə əlaqədar Təşkilatın muzeyi yaradılıb və otuz illik tarixi yolu əks etdirən kitab çapdan çıxıb. Yubiley tədbirinin gələn il keçirilməsi planlaşdırılır. Bununla bağlı Təşkilatın mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin və “veteran.az” saytının imkanlarından da səmərəli istifadə olunacaq. C.Xəlilov təşkilatın fəaliyyətinin geniş işıqlandırılmasında və ölkə ictimaiyyətinə çatdırılmasında quruma dəstək olan KİV-lərə, o cümlədən AZƏRTAC-a təşəkkürünü bildirib.

Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin veteranlara göstərdiyi yüksək diqqət və qayğının mühüm rol oynadığını vurğulayan C.Xəlilov yaradılmış şəraitə görə dövlətimizin başçısına veteranlar adından minnətdarlığını bildirib, onların dövlət siyasətini bundan sonra da fəal dəstəkləyəcəklərinə inamını ifadə edib.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sağlamlıq imkanları məhdud gənclərə maliyyə uçotu kursu keçilir - 20 / 05 / 2018 19:11
Layihə çərcivəsində Şirvan və Gəncə şəhərlərində təlimlərə start verilib - 20 / 05 / 2018 14:45
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli İstanbul valisi Vasip Şahinə xatirə hədiyyəsi təqdim etdi - 20 / 05 / 2018 08:59
Azərbaycan qaziləri Türkiyə Böyük Millət Məclisində - 20 / 05 / 2018 07:59
Aprel şəhidlərinin xatirəsinə həsr olunuş turnir yekunlaşdı - 19 / 05 / 2018 21:12
Regionlarda suvarma suyu ilə bağlı problemləri necə həll etmək olar? –EKSPERT MÜZAKİRƏLƏRİ - 19 / 05 / 2018 14:15
Kayseridə Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi yarandı - 19 / 05 / 2018 05:36
Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turnirinin yarım final oyunları kecirildi - 18 / 05 / 2018 20:32
Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illiyi ilə əlaqədar Şabranda tədbir keçirilib - 18 / 05 / 2018 20:23
Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri davam edir - 18 / 05 / 2018 20:11
Sahib Məmmədov: "Xaricdən Azərbaycana qarşı fəaliyyət üçün ayrılan 45 milyona yaxın pul üzərində dava gedir" - 18 / 05 / 2018 19:55
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir - 18 / 05 / 2018 18:43
Azərbaycan təlimçilərinin 1-ci Forumu keçiriləcək - 18 / 05 / 2018 15:09
Layihə çərçivəsində uşaqların mənəvi-estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə dəstək göstərilir - 18 / 05 / 2018 09:58
Şirvan İqtisadiyyat və Humanitar Kollecinində seminar təşkil olunub - 18 / 05 / 2018 08:54
YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi. - 18 / 05 / 2018 08:18
QHT rəhbərləri və Qazilər Türkiyə Müdafiə Nazirliyində olub - 17 / 05 / 2018 18:02
QHT sədri SÜKUTU POZDU: 7800 manatlıq dələduzluq ittihamının TƏFƏRRÜATLARI - 17 / 05 / 2018 16:03
О ЖИЗНИ ДЖАЛИЛЯ ХАЛИЛОВА - 17 / 05 / 2018 15:41
QHT tərəfindən vəkilliyə namizəd olan şəxslər üçün təlim keçirildi - Ədliyyə Akademiyasında - 17 / 05 / 2018 15:26
Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş keçirildi. - 17 / 05 / 2018 12:22
Şəxsiyyətin özünütəsdiqi yalnız diplomdan keçmir - 17 / 05 / 2018 11:09
Vəsilə Vahidqızı Diaspor Komitəsinin mətbuat katibi təyin edildi - 17 / 05 / 2018 09:10
Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq müzakirə olunub - 16 / 05 / 2018 18:44
ATƏT PA-nın vitse prezidenti Azay Quliyevdən “Səməd Seyidov” MESAJI - 16 / 05 / 2018 18:35
Aprel şəhidlərinin xatirsinə həsr olunmuş mini futbol yarışı davam edir - 16 / 05 / 2018 17:44
Veteranlar təşkilatında Çexiya Respublikasının səfiri ilə görüş keçirilib - 16 / 05 / 2018 12:48
İctimai sektorun akademik proqramı yekunlaşdı - 16 / 05 / 2018 11:52
Kimdir cəmiyyəti yanıltmaq istəyən? - 16 / 05 / 2018 11:48
QHT Xaçmazda vətənpərvərliklə bağlı tədbir keçirib - 16 / 05 / 2018 11:45