Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib.
A A A
12/27/2017
Oxunma sayısı : 39001

|

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib.

Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə bütün sahələrdə müşahidə edilən dinamik inkişafın QHT-lərin də üzərinə bir sıra mühüm vəzifələr qoyduğunu bildirib. F. Qurbanov qeyd edib ki, QHT-lər müasir inkişafın tələbləri ilə ayaqlaşmağı bacarmalı, ictimaiyyətlə əlaqələr işini gücləndirməlidirlər. Onlar sosial şəbəkələrin imkanlarından istifadə edərək həyata keçirdikləri çoxsaylı maraqlı və faydalı layihələr haqqında ictimaiyyəti daha səmərli şəkildə məlumatlandırmalıdırlar.

Şura sədrinin müavini Vüsal Quliyev çıxışında bildirib ki, QHT-lər milli maraqların qorunması üçün həyata keçirdikləri təşəbbüslərdə dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılması kimi məsələlərə xüsusi diqqət yetirməlidirlər: “Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaq, milli maraqlarımızı qorumaqdır”.


Vüsal Quliyev deyib ki, milli maraqların qorunması cəmiyyətin aparıcı qüvvəsi kimi QHT-lərin ən əsas vəzifəsi olmalıdır. Onlar cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq göstərməlidirlər.

Şura sədrinin müavini Şuranın, eyni zamanda digər fond və nazirliklərin hər il yüzlərlə QHT-nin ideya və təşəbbüsünü dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

Şura üzvü Emin Həsənli QHT-lərin müharibə şəraitində olan ölkəmizin milli maraqlarının müdafiəsi işində nümayiş etdirdiyi həssaslığı hər zaman qorumalı olduğunu qeyd edib. E.Həsənli ötən ilin aprel döyüşləri zamanı xalqımızın ordumuza verdiyi mənəvi dəstəyin mütəşəkkil şəkildə təşkilində QHT-lərin yaxından iştirakı haqqında konkret misallar göstərib.

Şura üzvü Rufiz Qonaqov ötən 2017-ci ilin ölkəmizin həyatında mühüm hadisələrlə-çoxsaylı yerli və beynəlxalq idman, mədəniyyət tədbirləri, sosial-iqtisadi sahədə uğurla həyata keçirilən islahatlarla yadda qaldığını bildirib. R.Qonaqov Azərbaycanın milli maraqlarının qorunmasında QHT-lərin müasir çağrışlara uyğun olaraq səmərəli və fəal şəkildə iştirak etdiyini qeyd edib.

Şura üzvü Anar Xəlilov ölkə QHT-lərinin hər zaman cənab prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin dəstəklənməsində fəal şəkildə iştirak etdiyini deyib. O, QHT-lərin öz fəaliyyətlərində milli mənafelərimizin müdafiəsini hər bir maraqdan öndə tutduğunu vurğulayıb.
Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov QHT-lərin sosial şəbəkədən səmərəli istifadə mexanizmləri ilə bağlı praktiki nümunələrlə zəngin olan təqdimatla çıxış edib. S. Nəcəfov QHT-lərin piar alətlərindən effektiv istifadə etməklə milli maraqlarımızın təbliği işində daha fəal və məhsuldar şəkildə iştirak edə biləcəyini deyib.

QHT rəhbərləri Rauf Zeyni, Niyaməddin Orduxanlı, Şəlalə Həsənova, Anar Yusifoğlu, Aydınxan Əbilov, Seymur Verdizadə, Şahin Rəcəb, Muğan Əliyev, Xatirə Vəliyeva və digər şəxslər çıxış edərək milli maraqlarımızın qorunması istiqamətində QHT-lərin üzərinə düşən vəzifələrin icrası ilə bağlı təkliflərini bildiriblər.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sağlamlıq imkanları məhdud gənclərə maliyyə uçotu kursu keçilir - 20 / 05 / 2018 19:11
Layihə çərcivəsində Şirvan və Gəncə şəhərlərində təlimlərə start verilib - 20 / 05 / 2018 14:45
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli İstanbul valisi Vasip Şahinə xatirə hədiyyəsi təqdim etdi - 20 / 05 / 2018 08:59
Azərbaycan qaziləri Türkiyə Böyük Millət Məclisində - 20 / 05 / 2018 07:59
Aprel şəhidlərinin xatirəsinə həsr olunuş turnir yekunlaşdı - 19 / 05 / 2018 21:12
Regionlarda suvarma suyu ilə bağlı problemləri necə həll etmək olar? –EKSPERT MÜZAKİRƏLƏRİ - 19 / 05 / 2018 14:15
Kayseridə Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi yarandı - 19 / 05 / 2018 05:36
Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turnirinin yarım final oyunları kecirildi - 18 / 05 / 2018 20:32
Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illiyi ilə əlaqədar Şabranda tədbir keçirilib - 18 / 05 / 2018 20:23
Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri davam edir - 18 / 05 / 2018 20:11
Sahib Məmmədov: "Xaricdən Azərbaycana qarşı fəaliyyət üçün ayrılan 45 milyona yaxın pul üzərində dava gedir" - 18 / 05 / 2018 19:55
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir - 18 / 05 / 2018 18:43
Azərbaycan təlimçilərinin 1-ci Forumu keçiriləcək - 18 / 05 / 2018 15:09
Layihə çərçivəsində uşaqların mənəvi-estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə dəstək göstərilir - 18 / 05 / 2018 09:58
Şirvan İqtisadiyyat və Humanitar Kollecinində seminar təşkil olunub - 18 / 05 / 2018 08:54
YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi. - 18 / 05 / 2018 08:18
QHT rəhbərləri və Qazilər Türkiyə Müdafiə Nazirliyində olub - 17 / 05 / 2018 18:02
QHT sədri SÜKUTU POZDU: 7800 manatlıq dələduzluq ittihamının TƏFƏRRÜATLARI - 17 / 05 / 2018 16:03
О ЖИЗНИ ДЖАЛИЛЯ ХАЛИЛОВА - 17 / 05 / 2018 15:41
QHT tərəfindən vəkilliyə namizəd olan şəxslər üçün təlim keçirildi - Ədliyyə Akademiyasında - 17 / 05 / 2018 15:26
Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüş keçirildi. - 17 / 05 / 2018 12:22
Şəxsiyyətin özünütəsdiqi yalnız diplomdan keçmir - 17 / 05 / 2018 11:09
Vəsilə Vahidqızı Diaspor Komitəsinin mətbuat katibi təyin edildi - 17 / 05 / 2018 09:10
Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq müzakirə olunub - 16 / 05 / 2018 18:44
ATƏT PA-nın vitse prezidenti Azay Quliyevdən “Səməd Seyidov” MESAJI - 16 / 05 / 2018 18:35
Aprel şəhidlərinin xatirsinə həsr olunmuş mini futbol yarışı davam edir - 16 / 05 / 2018 17:44
Veteranlar təşkilatında Çexiya Respublikasının səfiri ilə görüş keçirilib - 16 / 05 / 2018 12:48
İctimai sektorun akademik proqramı yekunlaşdı - 16 / 05 / 2018 11:52
Kimdir cəmiyyəti yanıltmaq istəyən? - 16 / 05 / 2018 11:48
QHT Xaçmazda vətənpərvərliklə bağlı tədbir keçirib - 16 / 05 / 2018 11:45