"Yeni Yurd" elm adamlarını mükafatlandırdı
A A A
12/28/2017
Oxunma sayısı : 13137


Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda "Yeni Yurd " Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə bir qrup elm adamının mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə görkəmli alimlər, tədqiqatçılar, eləcə də gənc elm adamları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəyli əvvəlcə azərbaycançılıqdan və bu amal uğrunda xidmətləri olmuş tarixi şəxsiyyətlərimizi xatırladıb. Akademik həmçinin ulu öndər Heydər Əliyevin Sovetlər zamanında milli dilimizi, ənənələrimin qorunması uğrundakı səylərindən danışıb. Alim qeyd edib ki, Heydər Əliyevin azərbaycançılığımızı qorumağı uğrundakı xidmətləri bu gün də davam etdirilir. İsa Həbibbəyli "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin də ölkə, milli birliyimiz üçün göstərdiyi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.


Çıxış edən "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin rəhbəri Mahirə Əsədova akademikə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Mahirə Əsədova qeyd edib ki, azərbaycanlı alimlərimizin, ictimai xadimlərimizin xidmətləri hər zaman diqqətdə olmalı, onların əməyi qiymətləndirilməlidir.

Daha sonra Birlik rəhbəri "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təsis etdiyi "Xurşidbanu Natəvan" mükafatını sahiblərinə təqdim edib. Filologiya üzrə fəlsəfə doktorları Esmira Fuad Cənubi Azərbaycan ədəbiyyatı sahəsindəki fəaliyyətinə, Gülbəniz Məcnunqızı Milli Mətbuat tarixi sahəsindəki elmi işlərinə, Lütfiyyə Əsgərzadə isə Yeni dövr Azərbaycan ədəbiyyatına dair fəaliyyətinə görə "Xursidbanu Natəvan" mükafatına layiq görülüblər. Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşı Şəbnəm Şəfizadə isə "Molla Nəsrəddin" jurnalı ensiklopediyasının hazlırlanmasında göstərdiyi əməyə görə Fəxri Fərmanla təltif olunub.


Təltif olunanlar “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin onların fəaliyyətinə verdiyi diqqət və dəyərə görə təşəkkür ediblər.
Sonda Həm tədbir təşkilatçıları, həm də təltif olunmuş qonaqlar hamını qarşıdan gələn yeni il bayramı və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik ediblər.

Ramina Eyvazqızı

Elmir Mirzəzadə

QHT.az









Yeni Yurd Sosial İnkişaf İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
İlham Əliyev: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır” - 23 / 01 / 2018 19:01
Türkiyədə təhsil almış azərbaycanlı məzunlardan “Zeytun budağı”na dəstək - 23 / 01 / 2018 13:13
Əfsanəvi sərkərdənin anım günü keçirilib - 22 / 01 / 2018 18:19
QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək - 22 / 01 / 2018 18:01
Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu - 22 / 01 / 2018 15:17
ASGA media-hesabat yaydı: 2017-ci il ərzində 20 layihə, 14 tədbir, 12 səfər və 1267 məqalə - 22 / 01 / 2018 08:36
Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi - 22 / 01 / 2018 06:36
Yayım Assosiasiyası və QHT TV-nin birgə layihəsi olan "Yeni Nəşrlər" verilişinin ilk buraxılışı - 22 / 01 / 2018 05:59
Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi ehtiyacı olan insanları bir araya yığdı - 21 / 01 / 2018 08:58
Vətən sağ olsun!- Şuranın dəstəyi ilə çəkilən filmin nümayişləri davam edir. - 19 / 01 / 2018 19:43
20 yanvar faciəsinin 28-ci ildönümündə məktəblilər Şəhidlər Xiyabanına ziyarətə gəliblər - 19 / 01 / 2018 19:17
Bakıda 20 yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirilib - 18 / 01 / 2018 18:56
“Müstəqil Azərbaycanın tarixində 20 yanvar” - 18 / 01 / 2018 18:29
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək - 18 / 01 / 2018 18:21
Gənc rəssamlar 20 Yanvar şəhidlərini andılar - 18 / 01 / 2018 17:36
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür - 18 / 01 / 2018 13:31
Gənclər biomüxtəliflik və ətraf mühitlə Milli parkda tanış oldular - 18 / 01 / 2018 07:56
QHT sədri "ARB24"-ə təşəkkür etdi - 17 / 01 / 2018 19:16
QHT-dən gənclərə iş imkanı - 17 / 01 / 2018 18:57
Как жили азербайджанцы в Армении. - 17 / 01 / 2018 18:52
Müşfiq Ələsgərli sorğunun nəticələrini açıqladı - 17 / 01 / 2018 15:37
QHT sədri müğənniləri "topa tutdu" + VİDEO - 17 / 01 / 2018 15:31
Azay Quliyev Şura Katibliyinin baş məsləhətçisini Fəxri Fərman ilə təltif etdi - 17 / 01 / 2018 15:10
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46