QHT-lər 2017-ci ili necə başa vurdu? - SORĞU
A A A
12/29/2017
Oxunma sayısı : 11675


Bu gün Azərbaycanda Qeyri Hökumət Təşkilatları cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb. Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər. Gəlin görək, QHT rəhbərləri bu ili hansı uğurlarla baş vurdu?

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud: “2017-ci il Azərbaycan dövlətinin, ölkəmizin həyatında çox mühüm hadisələrlə yadda qaldı. Bu il ölkəmizdə çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli mədəni, hümanitar, iqtisadi, idman xarakterli tədbirlər keçirildi. Bu tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmaqla yanaşı daha böyük arealda Azərbaycanın tanınmasına səbəb olur. Dövlətimiz çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bu tədbirlər çərçivəsində müxtəlif dövlətlərin yüzlərlə dövlət, hökumət başçıları, ayrı-ayrı müvafiq sahələr üzrə məsul şəxslər ölkəmizə səfər etdilər və Azərbaycanın nə qədər tolerant mühitə malik, eləcə də yüksək dözümlülüyə, poli-etnik, müxtəlif dini konfensiyalara mənsub insanların bir arada yaşadığı sülhsevər ölkə olduğunu bir daha gördülər. Eyni zamanda Azərbaycan dövlətinin ordu quruculuğu sahəsində də atdığı davamlı addımlar bu il də davam etdi. Cənab Prezident xarici ölkələrə çox uğurlu səfərlər etdi. Hər zamanki kimi ölkəmizin haqlı mövqeyini beynəlxalq tribunalardan bir daha qətiyyətlə qorudu və mövqeyini ifadə etdi.

Bununla belə hər zaman qarşımızda dayanan ən mühüm məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması, məcburi köçkün və qaçınların öz dogma yurd-yuvalarına qayıtması və orada müvafiq quruculuq işlərinin aparılmasıdır. Biz 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin timsalında Azərbaycan dövlətinin qələbə ilə “Böyük Qayıdış” prosesinə start verdiyinin şahidi olduq. Hazırda həmin ərazinin siması tamamilə dəyişdirilib. Artıq kompleks surətdə Cocuq Mərcanlının inkişafı və orada əhalinin yaşayışı üçün hər bir zəruri şərait təmin olunub.

Əlbəttə ki, biz 2017-ci ili xarakterizə edərkən hökmən Azərbaycanda Vətəndaş Cəmiyyətinin qarşısında dayanan məsələlər haqqında da danışmalıyıq. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2008-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində Şura mərhələ-mərhələ QHT-lərin bütün sahələr üzrə inkişafı, onların ictimai problemlərinin həllinə həsr olunmuş təşəbbüslərin dəstəklənməsi üçün davamlı dəstək verir. Şura QHT-lərə yalnız maliyyə dəstəyi vermir, eyni zamanda onlara davamlı olaraq konsultativ məlumat, təşkilati texniki metodik dəstək də göstərir. Bu da QHT-lərin həm ayrı-ayrı layihələrin daha keyfiyyətli yüksək şəkildə icrasında, həm beynəlxalq əlaqələrin inkişafında, həm də artıq oturuşmuş strukturlarının mövcud olmasında özünü bir daha göstərir. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci ildə 2 qrant müsabiqəsi həyata keçirib. Bu müsabiqələrin hər biri cəmiyyəti narahat edən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətimizin prioritetlərinə uyğun mövzulardır.

Şura 2017-ci ildə insan hüquqlarının müdafiəsi və demokratiya məsələlərinə dair təşəbbüslər, açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınmasına dair məsələlər, mətbuatda, sosial mediada, ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etnik normaların qorunmasına dair təşəbbüslər, Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq miqyasda təbliğat işlərinin gücləndirilməsi, qaçqın və məcburi köçkün, əlil, müharibə veteranları və digər həssas qrupların sosial problemlərinin həllinə dair təşəbbüslər, narkomaniya, insan alveri, zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığı məsələləri, aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, ümumtəhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi, valideyinlərin təhsil prosesində iştirakının stimullaşdırılması və s. istiqamətində çoxsaylı Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunmuş cəmiyyəti narahat edən problemlərə aid müsabiqə mövzularında qrand elan edib. Bu mövzulara uyğun olaraq 494 QHT layihəsi 2017-ci ildə Şura tərəfindən dəstəklənib. Bu tədbirlər çərçivəsində 17 internet saytı hazırlanıb, 30 kitab nəşr olunub, 25 kitabça büroşur dərc olunub, 1489 təlim keçirilib.

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev: “Uğurlu gənclər siyasəti hər bir gənclər təşkilatının öz potensialını realizə etməyə imkan verir. Bizim təşkilatımız bu il bir sıra fəaliyyətlər həyata keçirib. Bu fəaliyyətlər də əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilmiş layihələrdir. Eyni zamanda Azərbaycan mədəniyyəti ilə bağlı layihələrdir ki, bu da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Ən önəmli isə “Virtual Qarabağ” İnformasiya Kommunsikasiya Texnologiyaları layihəsi adı altında həyata keçirilmiş layihədir.

Bu layihə çərçivəsində biz bu il Azərbaycan tarixində ilk dəfə olaraq “Zəngəzur” haqqında sənədli film istehsal etdik və həmin film cəmiyyətə təqdim olundu. Eyni zamanda “Qubadlı” 3D qrafik təsvirli film və “Qarabağ xalçaları” elektron albomunu gənclərə və ictimaiyyətə təqdim etdik. Bununla yanaşı təşkilatımız “Virtual Qarabağ” layihəsi çərçivəsində öz portalını yenidən qurdu. Bu portal zəngin məlumatlarla dolu bir portal olacaq. “Zəngəzur” sənədli filmi ilə biz həm cəmiyyətimizin, həm də gənclərimizin maariflənməsinə xidmət edirik. Bununla belə dünyaya bir məlumat xarakterli mesaj veririk. Film 3 ildə olduğu üçün daha da əhəmiyyətlidir. Film Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox önəmli bir layihələrdəndir. 2018-ci il də bizim üçün uğurlu illərdən olacaq”.

“Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı: “2017-ci il bizim təşkilat üçün çox səmərəli il olub. Azərbaycan Respublikasının Prezidentin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir sıra rayonlarda, Salyan, Hacıqabul və Şirvan rayonlarında "Gənclərin işsizliyinə dair alternativ monitorinqin aparılması" layihəsini reallaşdırmışıq. Hər 3 rayonda 400-dən artıq gəncin işsizlik səbəbini araşdırıb və layihəni uğurla başa vurmuşuq. Layihənin nəticələrinə dair müvafiq rəsmi qurumlara hesabatlar təqdim etmişik. Bu il ərzində təşkilatımız vətəndaş cəmiyyətinin ölkədə keçirdiyi əksər tədbirlərdə yaxından iştirak edib. Dövlət və milli maraqların müdafiəsi istiqamətində bir sıra tədbirlər keçirmişik. Azərbaycanın milli maraqlarına zərbə vuran və erməni diasporasının maliyyəsi ilə fəaliyyət göstərən milli satqınlar və ünsürlərə qarşı kəskin mövqeyimizi bildirmişik. Azərbaycanda artıq 4000-ə yaxın QHT rəsmi qeydiyyatdan keçib. Hər il Prezidentin yanında QHT Şurasının ciddi dəstəyi ilə 600-ə yaxın QHT -yə maddi və mənəvi dəstək olur. Hörmətli millət vəkilimiz, Şuranın rəhbəri Azay Quliyevin QHT-yə göstərdiyi xüsusi diqqəti qeyd etmək istəyirəm. Vətəndaş cəmiyyətində dövlət və milli maraqların müdafiəsi istiqamətində hər bir QHT-nin fəaliyyətinə Azay müəllimin birbaşa dəstəyini görmək olur. Hesab edirəm ki, 2017-ci il bizim təşkilat üçün yadda qalan il olub”.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov: “1997-ci ilin fevralın 1-də Ümummilli Lider Heydər Əliyevin birbaşa diqqəti sayəsində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının yaradılmasının və rəsmi dövlət qeydiyyatından keçməsinin 20 ili tamam oldu. Bu bizim təşkilatın fəaliyyətində ən uğurlu hadisə idi. Təbii ki, bu 20 ildə biz öz fəaliyyətimizdə bir sıra işlər gördük. Fəaliyyətimiz dövründə həyata keçirilən layihələr onu deməyə əsas verdi ki, biz qaçqın və məcburi köçkün gənclərin həyatında az rol oynamadıq. İstedadlı gənclərin aşkarlanmasında, o gənclərin hüquqlarının qorunmasında və s. biz prinsipial olaraq öz fəaliyyətimizi göstərmişik. 2017-ci ildə bizim fəaliyyətimizin əsas istiqaməti social problemlərin həllinə yönəlmişdi. 2017-ci ildən etibarən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına daha müasir yanaşmalar, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında peşəkar gənclərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək məqsədimizdir. Əsas məqsədimiz isə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması üçün fəallığımızı təmin etməkdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi ilə birgə səmərəli layihələrimiz həyata keçirildi. Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatımız məcburi köçkün gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə “Yay məktəbi” təşkil etdi. Hazırda layihəni başa çatdırmışıq. Eləcə də “Səngərdən başlanan Vətən” layihəsini həyata keçirdik. 6 rayonu əhatə edən bu layihədə də təbii ki, bizim əsas məqsədimiz Azərbycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, cənab Prezidentin apardığı siyasətin gənclər arasında təbliği, eyni zamanda Silahlı Qüvvələrimiz arasında ön xəttdə daim düşmənlə üz-üzə dayanan əsgərlərimizin arasında ruh yüksəkliyinin təmin olunmasıdır. 2017-ci il həmçinin mədəni tədbirlərin keçirilməsi istiqamətində təşkilat üçün yadda qalan il oldu".

Müəllif: Ceyhun Rasimoğlu //SİA

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
İlham Əliyev: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır” - 23 / 01 / 2018 19:01
Türkiyədə təhsil almış azərbaycanlı məzunlardan “Zeytun budağı”na dəstək - 23 / 01 / 2018 13:13
Əfsanəvi sərkərdənin anım günü keçirilib - 22 / 01 / 2018 18:19
QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək - 22 / 01 / 2018 18:01
Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu - 22 / 01 / 2018 15:17
ASGA media-hesabat yaydı: 2017-ci il ərzində 20 layihə, 14 tədbir, 12 səfər və 1267 məqalə - 22 / 01 / 2018 08:36
Nəyə görə İndira? - Sumqayıtın ilk qadın müfəttişi - 22 / 01 / 2018 06:36
Yayım Assosiasiyası və QHT TV-nin birgə layihəsi olan "Yeni Nəşrlər" verilişinin ilk buraxılışı - 22 / 01 / 2018 05:59
Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi ehtiyacı olan insanları bir araya yığdı - 21 / 01 / 2018 08:58
Vətən sağ olsun!- Şuranın dəstəyi ilə çəkilən filmin nümayişləri davam edir. - 19 / 01 / 2018 19:43
20 yanvar faciəsinin 28-ci ildönümündə məktəblilər Şəhidlər Xiyabanına ziyarətə gəliblər - 19 / 01 / 2018 19:17
Bakıda 20 yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirilib - 18 / 01 / 2018 18:56
“Müstəqil Azərbaycanın tarixində 20 yanvar” - 18 / 01 / 2018 18:29
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək - 18 / 01 / 2018 18:21
Gənc rəssamlar 20 Yanvar şəhidlərini andılar - 18 / 01 / 2018 17:36
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür - 18 / 01 / 2018 13:31
Gənclər biomüxtəliflik və ətraf mühitlə Milli parkda tanış oldular - 18 / 01 / 2018 07:56
QHT sədri "ARB24"-ə təşəkkür etdi - 17 / 01 / 2018 19:16
QHT-dən gənclərə iş imkanı - 17 / 01 / 2018 18:57
Как жили азербайджанцы в Армении. - 17 / 01 / 2018 18:52
Müşfiq Ələsgərli sorğunun nəticələrini açıqladı - 17 / 01 / 2018 15:37
QHT sədri müğənniləri "topa tutdu" + VİDEO - 17 / 01 / 2018 15:31
Azay Quliyev Şura Katibliyinin baş məsləhətçisini Fəxri Fərman ilə təltif etdi - 17 / 01 / 2018 15:10
Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər - 16 / 01 / 2018 22:48
"Müstəqil Azərbaycanın tarixində - 20 yanvar” mövzusuna həsr olunmuş tədbir keçiriləcək - 16 / 01 / 2018 19:48
"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır - 16 / 01 / 2018 19:42
QHT "Odlar Yurdu" Milli Mükafatına layiq görülüb. - 16 / 01 / 2018 19:33
Qrant müsabiqəsinin nəticələri açıqlandı - Qalib layihələrin siyahısı - 16 / 01 / 2018 18:46
Diqqət: Qrant müsabiqəsi elanı - 16 / 01 / 2018 18:40
Qərbin "demokratik institutları" dəyişməz ampluadadır - 16 / 01 / 2018 17:46